Əsas fondlar balansı
dövlət statistika orqanları tərəfindən tam ilk və
köhnəlmə çıxılmaqla qalıq dəyəri ilə bütövlükdə iqtisadiyyat və onun
“xalis sahələri” üzrə tərtib olunur. Xalis sahələr dedikdə,
hamin sahə
yə mənsub olan müəssisələrdə sahə məhsulunun istehsalı prosesində işti
rak edən əsas fondlar nəzərdə tutulur. Buraya yalnız hər hansı bir sahəyə
mənsub olan müəssisə və təşkilatların əsas fəaliyyət sahələri ilə yanaşı,
həm də digər sahələrin müəssisə və təşkilatlarının balansında olan (müs
təqil uçot aparan və ayrıca uçot vahidi hesab olunan vahidlər) və təyinat
larına görə köməkçi-yardımçı istehsalat və bölmələrin əsas fondları da
daxil edilir. Beləliklə, bütövlükdə iqtisadiyyat üzrə tərtib olunan əsas
fondlar balansı “xalis” sahələr üzrə tərtib olunan əsas fondlar balansından
fərqlənir. Başqa sözlə, bütövlükdə iqtisadiyyat üzrə əsas fondların əhatə
dairəsinə onun bütün sahələrində olan əsas fondlar daxil edildiyi
Ья1гП
“xalis” sahələr üzrə əsas fondlara hər hansı bir sahədə fəaliyyət göstərən
müəssisə və təşkilatların bütün fondları aid edilir.
Əsas fondlar balansı
cari, orta illik və sabit qiymətlərlə tərtib oluna bilər.
Balans dəyəri (tam ilk dəyər) ilə tərtib olunan əsas fondlar balansı əsas
hesab olunur. Onun məlumatlarına əsasən müqayisəli, orta illik və digər
qiymətlərlə müxtəlif göstəricilər hesablana bilər. Balansdan real şəraitdə
və formalaşmış real qiymətlərlə əsas fondların həcmi, strukturu və təkrar
istehsalını öyrənmək üçün istifadə olunur.
Sabit qiymətlərlə tərtib olunan əsas fondlar balansından müqayisə
aparmaq, onların real dinamikasına xarakteristika vermək, bir neçə il üzrə
orta göstəriciləri (əsas fondların orta illik dəyəri, təzələnməsi və xaric ol
ması əmsalları, «yaş» tərkibi) hesablamaq üçün istifadə edilir. Əsas fond
ların mövcudluğu və hərəkəti göstəriciləri hər hansı bir ilin qiymətləri ilə
sabit qiymətlərə çevrilir.
Dostları ilə paylaş: