80 azərbaycan miLLİ elmlər akademiyasinin xəBƏRLƏRİ, YER elmləRİ, №1-2, 2016 A. T. Ağayev, A.İ.İsmayılov, T.İ. Süleymanov, 2016



Yüklə 1,31 Mb.
Pdf görüntüsü
səhifə2/5
tarix22.09.2023
ölçüsü1,31 Mb.
#146674
1   2   3   4   5
2016 02 G Aghayev Ismailov Suleymanov az

81 
Tədqiqat obyekti
. Tədqiqat ərazisi olaraq 
2010-cu ildə daşqın zamanı ərazisinin çox hissəsi su 
altında qalmış Sabirabad rayonunun Mürsəlli kəndi 
götürülmüşdür (1-ci şəkil). Məlum olduğu kimi, 
həmin vaxt Azərbaycanın bir sıra rayonlarının əra-
zisi daşqına məruz qalmış və Sabirabad rayonu, 
demək olar ki, daşqın prosesinin mərkəzi olmuşdur. 
Daşqın zamanı Kür çayının sağ sahili boyu uzanan 
qoruyucu bənd Mürsəlli kəndi yaxınlığında bir neçə 
yerdən dağılmış və nəticədə kəndin çox hissəsi 
subasmaya məruz qalmışdır. Tədqiqatın məqsədi 
MZ məlumatları və CİS texnologiyalarından isti-
fadə etməklə daşqın zamanı bəndlərin dağıldığı yer-
lərin TIN modelini qurmaq və subasmanın istiqa-
mətini müəyyən etməkdir. 
Sabirabad rayonu şimaldan Hacıqabul rayo-
nu, şərqdən və cənubdan Salyan və Biləsuvar ra-
yonları, qərbdən Saatlı rayonu, şimal-qərbdən isə 
Kürdəmir və İmişli rayonları ilə həmsərhəddir. 
Rayonun ümumi sahəsi 146940 ha-dır. Rayonun 
əhalisi kənd təsərrüfatı məhsulları: meyvəçilik, nar-
çılıq, tərəvəzçilik, taxılçılıq, heyvandarlıqla məşğul 
olur. Rayonda kənd təsərrüfatı məhsullarının emalı, 
tikinti materialları istehsalı da mövcuddur. Rayon 
ərazisində yayılmış torpaqlar dövlətə məxsus ol-
maqla yanaşı, bələdiyyə və xüsusi mülkiyyətə veril-
mişdir. Rayonun relyefi əsasən düzənliklərdən iba-
rətdir. Düzənliyin ümumi mailliyi cənub-şərq istiqa-
mətində olub, çox zəif hiss olunur. Müasir relyefin 
formalaşmasında Kür və Araz çaylarının təsiri aydın 
nəzərə çarpır. Belə ki, rayonun ərazisində Kür və 
Araz çayları qovuşur. Rayonun iqlimi yayı quraq 
keçən mülayim isti, yarımsəhra və quru bozqır iqlim 
tipinə aiddir. Bu iqlim tipi çox az və zəif nəmliyi, 
qışının mülayim və yayının quru-isti keçməsi ilə 
səciyyələnir. Bu ərazi üçün ən soyuq aylar yanvar, 
fevral və ən isti aylar isə iyul və avqustdur. Ərazinin 
yayı quru və isti keçir ki, bu da öz növbəsində bitki 
örtüyünə və torpaqəmələgəlmə prosesinə mənfi təsir 
göstərir. Ərazidə havanın illik temperaturu 18,0÷26,5 
dərəcə arasında dəyişir. Rayon ərazisində hallofit, 
kserofit, efemer və hidrofil bitkilər geniş yayılmışdır. 

Yüklə 1,31 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin