A.T.Ağayev, A.İ.İsmayılov, T.İ.Süleymanov
XƏBƏRLƏR
YER ELMLƏRİ ■ ИЗВЕСТИЯ
НАУКИ О ЗЕМЛЕ ■ PROCEEDINGS
THE SCIENCES OF EARTH
80
AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASININ XƏBƏRLƏRİ, YER ELMLƏRİ, №1-2, 2016
© A.T.Ağayev, A.İ.İsmayılov, T.İ.Süleymanov, 2016
MƏSAFƏDƏN ZONDLAMA MƏLUMATLARI VƏ COĞRAFİ İNFORMASİYA
TEXNOLOGİYALARI ƏSASINDA DAŞQIN ƏRAZİSİNİN
3D (TIN) MODELLƏŞDİRİLMƏSİ
A.T.Ağayev
1
, A.İ.İsmayılov
2
, T.İ.Süleymanov
3
1
–Milli Aviasiya Akademiyası,
1045, Bakı, Mərdəkan pr.30,
amil_agayev@mail.ru
2
– AMEA Torpaqşünaslıq və Aqrokimya İnstitutu,
1073, Bakı, M. Rahim küç., 5,
amin_ismayilov@mail.ru
3
– Azərbaycan Milli Aerokosmik Agentliyi,
1115, Bakı, S. Axundov küç., 1,
sul.tofik@yahoo.com
Məqalədə 2010-cu ildə Kür çayında baş vermiş daşqın hadisəsi zamanı bəndlərin dağılma səbəbləri araş-
dırılmış və tədqiqat ərazisi olan Sabirabad rayonunun Mürsəlli kəndi nümunəsində TIN modeli qurulmuşdur.
Hündürlük göstəriciləri əsasında seçilmiş profillər üzrə fərqlərin hesablanması metodikası işlənilmiş və daş-
qın sularının çayın sağ sahili boyunca bəzi yerlərdə qoruyucu bəndi yararaq relyefin nisbətən aşağı hissələrinə
yayılma prosesi tədqiq edilmişdir. Tədqiqat zamanı Landsat 5 TM multispektral təsvirlərdən və ərazinin x, y,
z koordinatlarından istifadə edilmişdir.
Giriş.
Müasir dövrümüzdə məsafədən zond-
lama (MZ) məlumatları ilə CİS texnologiyalarının
inteqrasiyası əsasında dünya praktikasında TIN mo-
dellərinin qurulması və analizi sahəsində bir sıra
tədqiqatlar aparılmış, müxtəlif yanaşmalarla hidro-
loji cəhətdən təhlükəli
vəziyyətin inkişafina təsir
edən təbii və antropogen faktorların təhlilinə geniş
yer verilmişdir (Marc and Rodrigo, 2011; Suriya et
al., 2009; Suriya et al., 2011). Həmin tədqiqatlarda
əsasən müxtəlif zamanlı peyk məlumatlarından, çöl
ölçmə göstəricilərindən, arxiv materiallarından isti-
fadə
edilmişdir ki, bu da daşqın hadisələrinin dina-
mikasının qiymətləndirilməsinə və daşqın riskli əra-
zilərin müəyyənləşdirilməsinə imkan vermişdir.
Qeyd etmək lazımdır ki, çay daşqını hüdudla-
rının müəyyən edilməsi ilə yanaşı, suqoruyucu
bəndlərin dağılmasının səbəblərinin araşdırılması da
aktual məsələlərdən hesab olunur. Belə ki, daşqın-
lardan mühafizə olunmaq üçün çayboyu salınmış
suqoruyucu bəndlər bu
və ya digər səbəblərdən tə-
sirlərə məruz qalır. Yerli tədqiqatçılar tərəfindən
bəzi araşdırmalar aparılmış və əhalinin gözlənilən
daşqın və subasma təhlükəsindən müdafiə olunması
üçün yerlərdə torpaq və digər əsaslı suqoruyucu
bəndlərə onların münasibətinin birmənalı olmadığı
təsdiqlənmişdir. Əhalinin
bu ərazilərdə intensiv və
pərakəndə şəkildə məskunlaşması nəticəsində bənd-
lərin çox hissəsi yaşayış məntəqələrinin içərisində
qalmış, çayla torpaq bəndlər arasındakı istifadə
üçün qadağan olunmuş ərazilərdən istifadə edilməsi
bəndlərin daşqınqoruyucu imkanını azaltmış, ona
xidmət işi çətinləşmış və bəzi kəndlərin ərazilərində
bəndlər dağıdılaraq yeni suvarma arxları
çəkilmiş-
dir. Hal-hazırda isə ayrı-ayrı ərazilərdə bəndlərdən
avtomobil yolu kimi istifadə edilir. Belə münasibət
bəndlərin davamlılığını zəiflədir və hər an daşqın-
olma ehtimalını artırır (Məhərrəmova, 2008).
Çay daşqınlarının gözlənilə bilən fəsadlarının
qiymətləndirilməsi, suqoruyucu bəndlərin sağ və sol
sahilboyu fərqlərinin
daha dolğun və dəqiq müəy-
yən olunması üçün müasir Coğrafi İnformasiya Sis-
temləri imkanlarından istifadə olunması zəruridir.
Tədqiqatın məqsədinə uyğun olaraq Triangulated
Irregular Network (TIN) modelinin imkanlarından
istifadə edilmişdir. TIN modeli x, y, z koordinatları
olan və nizamsız məsafədə yerləşən nöqtələrin əsa-
sında səthin təqdimatıdır ki, bu da daşqın sularının
ərazidə yayılmasını modelləşdirmək baxımından
çox əhəmiyyətlidir. Üst-üstə düşməməklə əlaqəli
üçbucaqlar, məlumatların
nöqtələri təpə nöqtələri
olan bütün göstəricilər arasında çəkilir. TIN pay-
lanmış hidroloji model üçün su hövzəsinin topoqra-
fiyası çərçivəsində axın şəbəkəsini və hövzə sərhə-
dini dəqiqliklə təsvir etməyə imkan verir (Enrique
et al., 2004)