20
Seyidbəyli) “General” (Hüseyn Abbaszadə), “Qartal əfsanəsi”
(Əfqan), “Kəhrəba işığında”, “Yeddi ulduzlu səma”, “Gecə
günəşi” (Gəray Fəzli), “Mübahisəli şəhər” (Süleyman Vəliyev)
və s. romanlar yarandı. Lakin qeyd olunmalıdır ki, bu romanların
heç birində müharibə həqiqətləri Əbülhəsənin romanında olduğu
kimi səslənmədi.
1918-ci ildə milli ədəbiyyatıımızın nəhənglərindən biri
H.Cavid imperialist müharibəsi əleyhinə “İblis” faciəsini yazır.
Hadisələr Birinci Dünya müharibəsi zamanı Türkiyə və
Ərəbistanda cərəyan edir. Böyük dramaturq insanların necə
qanlar tökdüyünü, İblisə uyduqlarıını əks etdirib. Deməli,
dünya
durduqca insan nəfsindəki Mələklə İblisin, Xeyirlə Şərin,
Ədalətlə Zülmün bir-birilə canlı çarpışması davam edəcək. Bu iki
əks qüvvəyə Nəsirəddin Tusinin ifadəsilə desək, fəzilət və rəzalət
də deyilir. Bizim daxilimizdə fəzilətlə rəzalət həmişə bir-birilə
aktiv mübarizədədir. Fəzilət rəzalətə qalib gələndə insan –
Mələk, fəzilət rəzalətə məğlub olanda İnsan-Şeytan olur.
İkinci Dünya Müharibəsi özünün miqyasına
və insan
tələfatına görə dəhşətli bir savaş idi. Müharibə dünyanın əksər
dövlətlərini əhatə etmiş, cəbhələrdə
milyonlarla insan qurban
getmiş, böyük şəhərlər darmadağın edilmiş, xarabalığa
çevrilmişdi. Azərbaycan da Böyük Vətən müharibəsinin əsas
ağırlığını öz üzərinə götürmüş ölkələrdən biri idi.
İkinci paraqraf
“Qarabağ müharibəsi haqqında nəsrdə
Dostları ilə paylaş: