18
iştirak etməyən, lakin qaynar hadisələrlə sıx bağlı olan insanların
psixoloji durumunun təsviri ilə insan təbiətinin
mahir bilicisi və
realist nasir kimi tanınmışdır. Onun hekayələrinin qəhrəmanları
dünyanın o başında gedən müharibələrə görə həm gərgin
psixoloji, həm də ağır fziki vəziyyətə düşən insanlardır.
Stefan Qeym tərəfindən yazılmış “Birə” hekayəsi də onun
mahir psixoloq olduğunu bir daha göstərir.
Hekayə professor Elinqtonun Kemp şəhərində yerləşən
qarajında şənbə səhərinin təsviri ilə başlayır. Professor
Elinqton çox məmnuniyyətlə Amerikanın
müdafiə gücünün
artması naminə çalışır. Və məhz onun sayəsində həddən məxfi
bakteriya “iyirmidən üçyüz” seriyasından alınmışdı və onun
Pentaqondakı rəhbərinin dediyinə görə: “Professor” Elinqton
olmasaydı “E–327” hələ də həyata keçməmiş arzu olaraq
qalacaqdı. Əsl faciə cənab Elinqtonun sabahı gün “E–327”
bakteriyasına yoluxduğu məlum olandan sonra baş verir.
Həyat yoldaşı və övladlarının yoluxmaması
üçün Elinqton
Kempa qayıtmaq və Moto ilə danışmaq qərarına gəlir. Və birdən
XX əsrin amansız zarafatını düşünərək anlayır ki, o, artıq özü
məxfi silaha, zəhərlənmiş gülləyə çevrilib və istədiyi vaxt atıla
bilər. Özü əzab-əziyyətlə öləcək. Onun ölümündə günahı olan
insanlardan intiqam almaq iqtidarında idi. Və professor
günahkarları axtarmağa başlayır. Daxili iztirablar keçirərək
“Birdən o, əcəzəxananın qarşısında dayandı və pəncərədən
gözlərini ona dikəltmiş qatili gördü. Vitrinin keyfiyyətsiz şüşəsi
görüntünü tanınmaz etmişdi, lakin o yenə də kifayət qədər aydın
idi: hündür, qamətli, xoşagələn amerikalı, əla ailə başçısı,
şəhər
ətrafında evi, yaxşı geyimli və nə üzündə, nə də baxışında
cinayətkara oxşar bir əlaməti olmayan – budur əsl qatil!
Ulyam Stayron çağdaş Amerika ədəbiyyatında ədəbi-bədii,
fəlsəfi-estetik və milli düşüncənin formalaşmasında əvəzsiz
xidmətləri olan yazıçıdır. Koreya müharibəsinin ən şiddətli
məqamında baş verən kəskin hərbiləşməyə öz tənqidi
münasibətin 1952-ci ildə çıxan “Uzun sürən yürüş”
hekayəsi ilə
yazıçı-pasifist Ulyam Stayron öz mütərəqqi ideyaların bir realist
kimi qələmə almışdır.
19
Bir vaxt keçdikdən sonra qələmə alınmış hərbi təcrübə
ehtiraslı bir yazıçının qələmindən çıxmış əsər təsiri bağışlayır.
Hekayənin ərsəyə gəlməsinin səbəbi amerikalıların Koreyada
apardıqları müharibə idi.
Bu gün yenə Amerika Koreyanı
müharibə ilə hədələməkdədir. Deməli əsərin mövzusu bu gün də
çox aktualdır.
Görkəmli jurnalist və publisist Stiv Kol və Çerenu Bouen
müharibə həqiqətlərini əks etdirən əsərləri sənədli-publisistikanın
təzahürünə çevrilir. Müharibə dövrünün tələblərindən irəli gələn
ən yararlı
və operativ janrlar hekayə, oçerk, şeir, publisistik
məqalələrdə qanlı-qadalı döyüşlərin canlı iştirakçısı olub və bu
ümdə səbəbdən də oxucu ruhuna müharibənin psixoloji ovqatını
aşılaya bilir, oxucunu qiyabi-xəyalən müharibənin od-alovunun
içinə ata bilirlər. Əsərlərdə bədii obrazlar hesabına fakt və
hadisələri müxtəlif rakurslardan
şərh edən müəlliflər iri
dövlətlərin siyasi mənafeləri nəzərə alınmaqla müharibə kimi
taleyüklü məsələni dünyəvi qanunlar və geosiyasi vəziyyət
kontekstindən nəzərdən keçirirlər.
Əsərlərin sənədli faktlarla bolluğu dramaturji strukturun
əsasını yaratmış olur.
Dostları ilə paylaş: