4. Atalığın müəyyən edilməsinin qeydə alınması qaydası
Ərizə əsasında atalığın müəyyən edilməsinin qeydə alınması valideynlərdən birinin yaşadığı yerin
Qeydiyyat şöbəsi (konsulluq idarəsi) tərəfindən həyata keçirilir. Atalığın müəyyən edilməsi
valideynlərin birgə ərizəsi (məhkəmənin qətnaməsi) əsasında qeydə alınır.
5. Ana öldükdə və ya ananın yaşadığı yeri müəyyən etmək mümkün olmadıqda atalığı necə
müəyyən etmək olar?
9
Qeydiyyat şöbəsi (konsulluq idarəsi) ana öldükdə, fəaliyyət qabiliyyəti olmayan hesab edildikdə,
ananın yaşadığı yeri müəyyən etmək mümkün olmadıqda və ya o, valideynlik hüquqlarından
məhrum edildikdə, atalığın müəyyən edilməsini yerli icra hakimiyyətinin qəyyumluq və himayə
orqanlarının razılığı ilə uşağın atasının ərizəsi əsasında qeydə ala bilər. Bu halda atanın ərizəsinə
müvafiq olaraq aşağıdakı sənədlər əlavə olunmalıdır:
•
yerli icra hakimiyyətlərinin qəyyumluq və himayə orqanlarının müvafiq razılığını təsdiq edən
sənəd;
•
ananın ölümü haqqında şəhadətnamənin surəti;
•
ananın fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında məhkəmə qətnaməsindən çıxarış;
•
ananın valideynlik hüquqlarından məhrum olunması barədə məhkəmə qətnaməsindən çıxarış;
•
ananın xəbərsiz itkin düşmüş hesab edilməsi barədə məhkəmə qətnaməsindən çıxarış və ya onun
yaşadığı yeri müəyyən etməyin mümkün olmasını təsdiq edən daxili işlər orqanlarından müvafiq
sənəd.
Atalığın müəyyən edilməsi haqqında akt qeydinin qeydlər üçün müəyyən olunmuş qrafasında bu
sənədlər barədə məlumatlar qeyd olunur.
Ölümün qeydə alınması qaydası
Ölümün qeydə alınması qaydası nədir?
Ölümün qeydə alınması ölmüş şəxsin yaşamış olduğu yerdə və ya ölümün baş verdiyi yerdə
Qeydiyyat şöbəsi (konsulluq idarəsi və icra hakimiyyətinin nümayəndəliyi) tərəfindən aparılır.
Ölüm faktının müəyyən edilməsi haqqında və ya vətəndaşın ölmüş elan edilməsi haqqında
məhkəmənin qətnaməsi üzrə ölümün qeydə alınması qətnamə çıxarmış məhkəmənin olduğu yerdə
aparılır.
Ölümün qeydə alınması ölmüş şəxsin qohumlarının, onun qonşularının, mənzil-istismar təşkilatları
işçilərinin məlumatı üzrə, habelə ölümün baş vermiş olduğu təşkilatın müdiriyyətinin və başqa
şəxslərin məlumatı üzrə aparılır.
Ölüm haqqında məlumat Qeydiyyat şöbəsi (konsulluq idarəsi və icra hakimiyyətinin
nümayəndəliyinə) ölümün baş verdiyi və ya meyitin tapıldığı vaxtdan on gündən gec olmayaraq
verilməlidir.
Ölüm faktı tibb müəssisəsinin müvafiq sənədi ilə (ölüm haqqında həkim arayışı, ölüm haqqında
feldşer arayışı ilə) təsdiq edilməlidir. Ölüm faktını təsdiq edən sənəd ölüm haqqında akt qeydlərinin
ikinci nüsxəsinə əlavə olunmalı və onun üzərində qeydlərin nömrəsi, ölümün qeydiyyat tarixi
yazılmalıdır. Ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən
müəyyən edilir.
Məhkəmə qaydasında ölmüş elan edilən şəxslərin ölümü qeyd edilərkən ölüm haqqında akt
qeydlərində ölümün vaxtı məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi tarixlə göstərilir. Əgər
ölüm faktı məhkəmə qətnaməsində müəyyən tarixlə göstərilibsə, ölüm haqqında akt qeydində
ölümün tarixi məhkəmə qətnaməsində yazılmış tarixlə göstərilir.
Ölüm haqqında şəhadətnamə ölən şəxsin müraciət etmiş yaxın qohumlarına təqdim olunur.
Nikahın qeydə alınması qaydası nədir
Nikahın qeydə alınması qaydası nədir?
Azərbaycan Respublikasında nikah yaşı 18 yaş müəyyən olunur.
Nikahın qeydə alınması nikaha daxil olanlardan və ya onların valideynlərindən birinin seçdiyi hər
hansı bir Qeydiyyat şöbəsi (konsulluq idarəsi və icra hakimiyyətinin nümayəndəliyi) tərəfindən
həyata keçirilir. Nikaha daxil olmağı arzu edənlər bu barədə Qeydiyyat şöbəsinə (konsulluq idarəsi
və icra hakimiyyətinin nümayəndəliyinə) şəxsən yazılı ərizə verirlər.
Əgər nikaha daxil olmaq istəyən şəxslərdən birinin üzürlü səbəbə görə (ağır xəstəlik, uzunmüddətli
ezamiyyətə getmə, uzaq yerdə yaşama və s.) ərizə vermək məqsədilə Qeydiyyat şöbəsinə (konsulluq
idarəsinə və icra hakimiyyətinin nümayəndəliyinə) gəlmək imkanı olmadıqda, gəlmiş ikinci tərəf
digər tərəfin özünə aid hissəsini şəxsən doldurduğu birgə ərizə və ya ayrı-ayrı ərizələri təqdim edir.
10
Gəlməmiş tərəfin ərizədəki imzasının həqiqiliyi onun yaşadığı yerin Qeydiyyat şöbəsi (konsulluq
idarəsi və icra hakimiyyətinin nümayəndəliyi) tərəfindən və ya notariat qaydasında təsdiq
edilməlidir.
Ərizəni qəbul etmiş Qeydiyyat şöbəsi, konsulluq idarəsi və icra hakimiyyətinin nümayəndəliyi
nikaha daxil olanları nikahın qeyd olunması şərtləri və qaydası ilə tanış etməli, bu şəxslərin bir-
birinin səhhəti və ailə vəziyyəti haqqında xəbərdar olduqlarını aydınlaşdırmalı, habelə gələcək ər-
arvad və ya valideyn kimi onlara hüquqlarını və vəziyyətini izah etməlidir. Nikahın qeydiyyatının
günü və saatı nikaha daxil olan şəxslərlə razılaşdırılaraq müəyyən edilir.
Qeydiyyat şöbəsi, konsulluq idarəsi və icra hakimiyyətinin nümayəndəliyi ərizəni qəbul etdikdən
sonra evlənənlərin razılığı ilə istirahət günü də nəzərə alınmaqla nikahın bağlanması günü və saatı
təyin edilir. Nikah Qeydiyyat şöbəsi, konsulluq idarəsi və icra hakimiyyətinin nümayəndəliyi
tərəfindən nikaha daxil olmaq istəyən şəxslərin bu barədə ərizə verdikləri gündən 1 aydan tez
olmayaraq onların iştirakı ilə bağlanır. Üzrlü səbəblər olduqda nikahın bağlanma müddəti
Qeydiyyat şöbəsi, konsulluq idarəsi və icra hakimiyyətinin nümayəndəliyi tərəfindən azaldıla və ya
1 aydan çox olmayan müddətə uzadıla bilər.
Müddəti azaltmaq və uzatmaq üçün əsas ola bilən üzrlü səbəblərə təcili olaraq uzunmüddətli
ezamiyyətə getmə və ya daimi yaşamaq üçün başqa yerə köçmə, birgə uşaqların olması, nikaha
daxil olmaq istəyən qadının hamilə olması, evlənənlərin və ya onların yaxın qohumlarının ağır
xəstəliyi, hərbi xidmətə çağırılma və digər hallar aid edilə bilər. Bu hallar müvafiq sənədlərlə
(ezamiyyə vərəqəsi, tibb arayışı, doğum haqqında şəhadətnamə və s) təsdiq edilməlidir. Xüsusi
hallarda (hamiləlik, birgə uşağın olması, nikaha daxil olmaq istəyən şəxslərin hər ikisinin yaşının
50-dən yuxarı olması) nikah ərizə verilən gün bağlana bilər.
Nikaha daxil olan şəxslərin arzusu ilə nikahın qeydə alınmasında digər şəxslər iştirak edə bilərlər.
Nikah haqqında aktın qeydində imza edən şahidlər iki nəfərdən artıq olmamalıdır.
Nikaha daxil olmağı arzu edən şəxslərin müraciətinə əsasən nikah toy mərasimində qeydə alına
bilər. Nikahın qeydiyyatı günü təyin edilərkən nikaha daxil olmağı arzu edən şəxslər Qeydiyyat
şöbəsinə (konsulluq idarəsi və icra hakimiyyətinin nümayəndəliyinə) nikahın toy mərasimində
qeydə alınmaq istəyi barədə məlumat verirlər.
Nikahın bağlanması haqqında qeyd aparıldıqda nikah haqqında şəhadətnamə verilir.
Soyadı, adı və ata adını necə dəyişdirilməsi
Soyadı, adı və ata adını necə dəyişdirilməlidir?
Azərbaycan Respublikası vətəndaşlarının öz adını, ata adını və soyadını dəyişdirməsinə 18 yaşına
çatdıqdan sonra yol verilir.
Adın, ata adının və soyadın dəyişdirilməsi qeydiyyat şöbəsi və ya konsulluq tərəfindən həyata
keçirilir.
Ərizə verən şəxsin istəyi ilə ata adı onu tərbiyə etmiş şəxsin razılığı ilə həmin şəxsin adı ilə
dəyişdirilir.
Adın, ata adının və soyadın dəyişdirilməsi haqqında ərizə vətəndaşın yaşayış yeri üzrə qeydiyyat
şöbəsinə, xarici ölkədə daimi və ya il ərzində 182 gündən artıq müvəqqəti yaşayan Azərbaycan
Respublikasının vətəndaşı tərəfindən isə konsulluğa verilir.
Ərizə iki nüsxədə təqdim olunur. Nüsxələrdən birinin üzərində ərizənin qəbul edilməsinə dair qeyd
aparılır və o, ərizə verən şəxsə qaytarılır.
Adın, ata adının və soyadın dəyişdirilməsi haqqında ərizədə aşağıdakı məlumatlar göstərilməlidir:
1. ərizə verən şəxsin soyadı, adı, atasının adı;
2. adını, ata adını və ya soyadını dəyişdirmək istəyi;
3. daşımaq istədiyi ad, ata adı və soyad;
4. doğulduğu tarix və yer;
5. milliyyəti və vətəndaşlığı;
6. yaşayış və iş yeri, vəzifəsi;
7. hərbi uçot yeri;
11
8. əvvəllər ad, ata adı və soyad dəyişdirilibsə, nə vaxt və harada;
9. ərizə verənədək bağladığı nikahlar və onların pozulması haqqında məlumat (kimlə nikah
bağlanıb və ya pozulub, nə vaxt və harada);
10. övladları (soyadı, adı, atasının adı, doğulduğu tarix və yer);
11. xarici ölkələrdən deportasiya olunmuşdursa, hansı ölkədən, nə vaxt;
12. şəxsiyyətini təsdiq edən sənəd (seriyası, nömrəsi və verilmə tarixi).
Adın, ata adının və soyadın dəyişdirilməsi haqqında ərizəyə aşağıdakı sənədlər əlavə edilir:
1. ərizə verən şəxsin doğum haqqında şəhadətnaməsi;
2. ərizə verən şəxs nikahdadırsa, nikah haqqında şəhadətnamə;
3. ərizə verən şəxsin nikahı pozulmuşdursa, nikahın pozulması haqqında şəhadətnamə;
4. ərizə verən şəxsin yetkinlik yaşına çatmayan uşaqları vardırsa, onların doğumu haqqında
şəhadətnamələr;
5. şəxsiyyətini təsdiq edən sənədin notariat qaydasında təsdiq olunmuş surəti;
6. çağırış məntəqəsinə təhkim olunma vəsiqəsinin və ya hərbi biletin notariat qaydasında
təsdiq edilmiş surəti;
7. ərizə verən şəxsin 3x4 sm ölçüdə 2 ədəd fotoşəkli;
8. "Dövlət rüsumu haqqında" Azərbaycan Respublikasının Qanununda müəyyən edilmiş
hallarda dövlət rüsumunun ödənilməsinə dair qəbz.
Qeydiyyat şöbəsi və ya konsulluq ad, ata adı və soyad dəyişdirildikdən sonra şəxsiyyət vəsiqəsinin
və digər sənədlərin dəyişdirilməsinin zəruriliyini ərizə verən şəxsə izah edir.
Atanın öz adını dəyişdirməsi qeydə alınarkən onun yetkinlik yaşına çatmayan uşaqlarının ata adı
dəyişdirilir. Yetkinlik yaşına çatanların ata adı yalnız o hallarda dəyişdirilir ki, onların özləri bu
barədə müraciət etmiş olsunlar. Hər iki valideynin soyadı dəyişdirildikdə, yetkinlik yaşına
çatmayanların soyadı dəyişir. Soyadı valideynlərdən biri dəyişdirərsə, onun yetkinlik yaşına
çatmayan uşaqlarının soyadının dəyişməsi məsələsi valideynlər arasında razılığa görə, razılıq
olmadıqda isə yerli icra hakimiyyətlərinin qəyyumluq və himayə orqanı tərəfindən həll edilir.
Adın verilməsindən və ya dəyişdirilməsindən imtina edilməsi barədə qeydiyyat orqanının
qərarından inzibati qaydada və (və ya) məhkəməyə şikayət verilə bilər.
5. Notariat xidmətləri
1. Notarius hansi hərəkətləri apara bilər ?
Notarius əqdlərin, ərizələrin və digər sənədlərin layihələrini tərtib edə bilər, sənədlərin surətlərini və
onlardan cıxarışları hazırlaya bilər, notariat hərəkətlərinin aparılması ilə əlaqədar məsləhətlər verə
bilər, fiziki və huquqi şəxslərdən həmin hərəkətlərin aparılması üçun sənədləri və məlumatları tələb
edə bilər.
2. Notariusun vəzifələri nədən ibarətdir?
•
Fiziki və hüquqi səxslərə aparılan notariat hərəkətləri ilə bağlı
•
onların huquq və vəzifələrini izah etməli, bu huquqların həyata keçirilməsi və qanuni
mənafelərinin qorunması ucun koməklik gostərməlidir;
•
Hüquqi məlumatsızlıgın onlara vura biləcəyi ziyanın qarşısını almaq üçün notariat
hərəkətlərinin aparılması nəticələri barədə onlara xəbərdarlıq etməlidir;
•
Bu Qanuna və Azərbaycan Respublikasının digər qanunvericilik aktlarına əməl etməli, peşə
fəaliyyətinin həyata kecirilməsi ilə əlaqədar ona məlum olan məlumatları gizli saxlamalıdır;
3. Dövlət Notariusu tərəfindən hansı notariat hərəkətlər aparıla bilər?
Dovlət notariusu aşağıdakı notariat hərəkətlərini aparır:
•
Əqdləri və etibarnamələri təsdiq edir;
•
Miras əmlakın muhafizə olunması üçün tədbirlər görür;
•
Vərəsəlik hüququ haqqında şəhadətnamələr verir;
12
•
Ər-arvadın ümumi əmlakındakı paya mulkiyyət hüququ haqqında şəhadətnamələr verir;
•
Yaşayış evlərinin, mənzillərin açıq hərracdan əldə olunmasına dair şəhadətnamələr verir;
•
Sənədlərin surətlərinin və sənədlərdən çıxarışların düzgünlüyünü təsdiq edir;
•
Sənədlərdəki imzaların həqiqiliyini təsdiq edir;
•
Sənədlərin bir dildən basqa dilə tərcuməsinin düzgünlüyünü təsdiq edir;
•
Şəxsin sağ olması faktını təsdiq edir;
•
Şəxsin muəyyən yerdə olması faktını təsdiq edir;
•
Şəxslə fotoşəkildəki səxsin eyniliyini təsdiq edir;
•
Sənədlərin təqdim olunduğu vaxtı təsdiq edir;
•
Fiziki və hüquqi şəxslərin ərizələrini basqa fiziki və hüquqi şəxslərə verir;
•
Ohdəliyin icra predmetini saxlamağa, pul məbləğlərini, qiymətli kağızları və vəsiyyətnamələri
depozitə qəbul edir;
•
İcra qeydləri aparır;
•
Veksellərə protestlər tərtib edir;
•
Çekləri odənilmək üçün təqdim edir və çeklərin odənilmədiyini təsdiq edir;
•
Sənədləri saxlanmaq üçün qəbul edir;
•
Dəniz protestləri tərtib edir;
•
Sübutları təmin edir.
4. Xaricdə istifadə edilməsi məqsədilə sənədlərin rəsmiləşdirilməsi, dəniz protestlərinin tərtib
edilməsi hansı notariusa həvalə edilə bilər?
1 saylı notariat kontoru
Ünvan: Bakı şəhəri, Ü.Hacıbəyov küçəsi, 17
telefon: (0-12)493-63-16;493-45-14
5. Notariat hərəkətləri neçə gün ərzində aparıla bilər?
Notariat hərəkətləri rüsum odənildikdən sonra bunun üçün lazım olan bütün sənədlər təqdim
olunduğu gün aparılır.
6. Hansı hallarda Notarius və notariat hərəkətlərini aparan digər vəzifəli səxslər notariat
hərəkətlərini aparmaqdan imtina etməlidirlər?
•
Hərəkətin aparılması qanuna zidd olduqda;
•
Hərəkəti başqa notarius və ya digər vəzifəli şəxs aparmalı olduqda;
•
Hərəkətin aparılması barədə fəaliyyət qabiliyyəti olmayan şəxs və ya lazımi səlahiyyəti olmayan
numayəndə muraciət etdikdə;
•
Hüquqi şəxsin adından bağlanan əqd onun nizamnamə və ya əsasnaməsində gostərilən
məqsədlərə zidd olduqda;
•
Qanunun tələblərinə uyğun olmayan əqd bağlandıqda;
•
Notariat hərəkətinin aparılması üçün təqdim olunan sənədlər qanunvericiliyin tələblərinə zidd
olduqda və ya həmin sənədlərdə ayrıayrı şəxslərin sərəf və ləyaqətini ləkələyən məlumatlar
olduqda;
•
Əqdin məzmunu tərəflərin həqiqi niyyətinə uyğun olmadıqda.
•
Notariuslar və notariat hərəkətini aparan digər vəzifəli səxşlər hərəkətin aparılmasına rədd
cavabı almış şəxsin xahişi ilə üç gün muddətində imtina barədə əsaslandırılmış qərar çıxarmalı
və ondan sikayət verilməsi qaydasını izah etməlidirlər.
7. Notarus tərəfindən notariat qaydasında təsdiq edilmiş sənədin dublikatı verilirmi?
Notariusun və müvafiq icra hakimiyyəti orqanının verdiyi və ya təsdiq etdiyi sənəd itirildikdə,
şəxslərin yazılı ərizəsinə əsasən itmiş sənədin dublikatı verilir.
13
8. Notariat kontorları və dövlət orqanları tərəfindən notariat hərəkətlərinin aparılmasına
görə dövlət rüsumunun dərəcələri
8.1. Daşınmaz əmlakın (mənzillərin, bağ evlərinin, qurğuların, tikililərin, torpaqların və
başqa daşınmaz əmlakın) özgəninkiləşdirilməsi, mənzil sahələrinin və bağ evlərinin
müvəqqəti istifadəyə verilməsi barədə müqavilələrin təsdiqi üçün:
8.1.1. müqavilə üzrə əmlakın ərə (arvada), uşaqlara, valideynlərə, babaya, nənəyə, nəvəyə, qardaşa,
bacıya keçirsə - 20 manat
8.1.2. müqavilə üzrə əmlak başqa şəxslərə keçirsə:
Bakı şəhərində - 200 manat
digər şəhər və rayonlarda - 80 manat
8.1.4. mənzil sahələrinin və bağ evlərinin müvəqqəti istifadəyə verilməsi üçün – 20 manat
8.2.Nəqliyyat vasitələrinin özgəninkiləşdirilməsi müqavilələrinin təsdiqi üçün:
8.2.1. müqavilə üzrə əmlak ərin (arvadın), uşaqların, valideynlərin, babanın, nənənin, qardaşın,
bacının mülkiyyətinə keçirsə - 25 manat
8.2.2. müqavilə üzrə əmlak digər şəxsin mülkiyyətinə keçirsə - 50 manat
8.3. Yaşayış evlərinin tikintisi üçün torpaq sahələrinin müddətsiz istifadəyə verilməsi
haqqında müqavilələrin təsdiqi üçün:
8.3.1. müqavilə üzrə istifadə hüququ ərə (arvada), uşaqlara, babaya, nənəyə, nəvəyə, valideynlərə,
qardaşa, bacıya keçirsə - 10 manat
8.3.2. müqavilə üzrə istifadə hüququ digər fiziki və ya hüquqi şəxsə keçirsə - 20 manat
8.4. Kredit müqavilələrinin təminatı kimi bağlanılan girov (ipoteka) müqavilələri üzrə:
8.4.1. dəyəri 2200 manatadək - 5 manat
8.4-1. İpoteka krediti hesabına alınan yaşayış sahəsinə dair qarışıq müqavilə formasında bağlanan
alqı-satqı və ipoteka müqaviləsinin təsdiqi üçün:
8.4-1.1. Bakı şəhərində - 110 manat
8.4-1.2. digər şəhər və rayonlarda - 44 manat
8.4-2. Qanunvericiliklə nəzərdə tutulmuş güzəştli ipoteka krediti hesabına alınan yaşayış sahəsinə
dair qarışıq müqavilə formasında bağlanan alqı-satqı və ipoteka müqaviləsinin təsdiqi üçün:
8.4-2.1. Bakı şəhərində - 55 manat
8.4-2.2. digər şəhər və rayonlarda - 22 manat
8.4.2. dəyəri 2200 manatdan 5500 manatadək - 20 manat
8.4.3. dəyəri 5500 manatdan çox olduqda - 30 manat
8.5. Qiymətləndirilən başqa müqavilələrin təsdiqi üçün:
8.5.1. tərəflər ər (arvad), uşaqlar, valideynlər, baba, nənə, nəvə, qardaş, bacıdan ibarətdirsə - 10
manat
8.5.2. tərəflərdən biri kənd təsərrüfatı məhsullarının istehsalı ilə məşğul olan fiziki və ya hüquqi
şəxsdirsə - 10manat
8.5.3. tərəflər digər fiziki və hüquqi şəxsdirsə - 80 manat
8.6. Əmlak bölgüsü, zaminlik, təsis və başqa qiymətləndirilməyən müqavilələrin, əvvəllər
bağlanmış müqavilələrin ləğvi barədə sazişin təsdiqi üçün:
8.6.1. tərəflər ər (arvad), uşaqlar, valideynlər, baba, nənə, nəvə, qardaş, bacıdan ibarətdirsə - 10
manat
8.6.2. tərəflər digər fiziki və ya hüquqi şəxslərdən ibarətdirsə - 20 manat
8.7. Vərəsəlik hüququ haqqında şəhadətnamələrin verilməsi üçün:
8.7.1. qanunla müəyyən edilən bütün növbəli vərəsələrə (şəhadətnamənin qanun üzrə və ya
vəsiyyətnamə üzrə verilməsindən asılı olmayaraq); 20 manat
14
8.7.2. vərəsə digər fiziki və ya hüquqi şəxsdirsə - 40 manat
8.8. Ər-arvadın birgə nigah müddətində əldə etdikləri ümumi birgə əmlakındakı paya
mülkiyyət hüququ haqqında şəhadətnamələrin verilməsi üçün - 10 manat
8.9. Nəqliyyat vasitələrinin özgəninkiləşdirilməsi və ona sərəncam verilməsi ilə bağlı verilən
etibarnamələrin təsdiqi üçün:
8.9.1. etibarnamə ərə (arvada), uşaqlara, valideynlərə, babaya, nənəyə, nəvəyə, qardaşa, bacıya
verilərsə - 10 manat
8.9.2. etibarnamə digər vətəndaşlara və ya hüquqi şəxslərə verilərsə - 20 manat
8.11. Nəqliyyat vasitələrindən istifadə edilməsi və başqa etibarnamələrin təsdiqi üçün:
8.11.1. etibarnamə ərə (arvada), uşaqlara, valideynlərə, babaya, nənəyə, nəvəyə, qardaşa, bacıya
verilirsə - 5 manat
8.11.2. etibarnamə digər fiziki və ya hüquqi şəxslərə verilirsə - 20 manat
8.12. Vərəsəlik əmlakının mühafizəsi barədə tədbir görülməsi üçün - 20 manat
8.13. Dəniz protestlərinin tərtibi üçün - 20 manat
8.14. Vəsiyyətnamələrin təsdiqi üçün - 20 manat
8.15. Notariat qaydasında təsdiq edilmiş sənədlərin təkrarən verilməsi (dublikat) üçün - 5 manat
8.16. Sənədlərin bir dildən başqa dilə tərcüməsinin düzgünlüyünün təsdiqi (hər səhifəyə görə),
sənədlərdən surət və çıxarışların düzgünlüyünün təsdiqi, sənədlərdəki imzanın həqiqiliyinin,
həmçinin tərcüməçinin imzasının həqiqiliyinin (hər imza üçün) və vətəndaşla fotoşəkildəki şəxsin
eyniliyinin təsdiqi üçün - 2 manat
8.17. İcra qeydlərinin aparılması üçün - 10 manat
8.18. Vətəndaşların, dövlət, idarə, müəssisə və təşkilatlarının, kooperativ və digər ictimai
təşkilatların ərizələrinin başqa vətəndaşlara, dövlət idarə müəssisəyə təşkilatlarına, kooperativ və
başqa ictimai təşkilatlara verilməsi və 10.1-10.17-ci maddələrdə göstərilən hərəkətlərdən başqa
notariat hərəkətləri üçün - 5 manat
8.19. Müştərinin verdiyi bildiriş üzrə əvvəlcədən razılaşdırılmış vaxtda qəbulu üçün - 3 manat
8.20. Bu qanunla müəyyən edilmiş hallarda müştərini onun qabaqcadan verdiyi bildiriş üzrə iş
yerindən kənarda notariat hərəkətlərinin aparılmasına görə getmək üçün - 10 manat
8.21. Notariusun iş yerindən kənarda notariat hərəkətlərinin aparılmasına görə olduğu vaxtın hər bir
saatı üçün - 5 manat
8.24. Ödəniş qiymətli kağızlarına dair təsdiq qeydi və imtina (protest) aktlarının rəsmiləşdirilməsi
üçün - 5 manat
8.25. Notariat fəaliyyəti ilə məşğul olmaq üçün şəhadətnamənin müddətinin uzadılmasına ğörə - 50
manat
15
9. Notariat hərəkətlərinin aparılması üzrə dövlət rüsumunun ödənilməsindən azadolmalar və
dövlət rüsumunun ödənilməsinin xüsusiyyətləri
9.1. Notariat hərəkətlərinin aparılmasına görə aşağıdakı hallarda dövlət rüsumu ödənilmir
9.1.1. doğumu, ölümü, övladlığa götürülməni və atalığı (analığı) təsdiqləyən sənədləri almaq üçün;
9.1.2. təminatlı kreditorun iştirakçısı olduğu girov müqaviləsi ilə bağlı notariat hərəkətləri
aparılarkən dövlət rüsumu tutulmuşdursa, həmin müqavilədən irəli gələn borc öhdəliklərinin təmin
edilməsi üçün iflas prosesi zamanı təminatlı kreditor ilə əmlak inzibatçısı arasında bağlanmış saziş
ilə əlaqədar notariat hərəkətləri üzrə - təminatlı kreditor və əmlak inzibatçısı;
9.1.3. mənzil və ya ev (evin bir hissəsi) alqı-satqısı və dəyişdirilməsi ilə bağlı notariat hərəkətləri
üzrə - birinci qrup işləməyən əlillər, sağlamlıq imkanları məhdud 18 yaşınadək şəxslər, qaçqınlar və
məcburi köçkünlər;
9.1.4. Mülki-hüquqi əqdlərin bağlanması zamanı, habelə mənzil (fərdi ev) alınması və ya
dəyişdirilməsi əqdləri ilə bağlı notariat hərəkətləri üzrə - "Valideynlərini itirmiş və valideyn
himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsi haqqında" Azərbaycan Respublikasının
Qanunu ilə müəyyən olunmuş valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş
uşaqlar, habelə onların arasından olan şəxslər və qəyyumluqda (himayədə) olan uşaqlar;
9.1.5. pensiya, müavinət, yardım və alimentin alınması üçün verilən etibarnamələr üzrə.
9.2. Notariat hərəkətlərinə görə dövlət rüsumu notarius tərəfindən qəbul edilərək iki bank günü
ərzində dövlət büdcəsinə köçürülür.
Notarius tərəfindən notariat hərəkətlərinə görə dövlət rüsumunun qəbulu zamanı ödəyiciyə dövlət
rüsumunun ödənilməsini təsdiq edən rəsmi sənədin (mədaxil qəbzi, kassa mədaxil orderi və s.) əsli
verilir.
Dostları ilə paylaş: |