10. Hərbi qulluqçulara əlilliyə görə pensiya hansı şərtlərlə təyin edilir?
Hərbi qulluqçulara (hərbi rütbələrdən məhrum edilmiş hərbi qulluqçular, müddətli həqiqi hərbi
xidmət hərbi qulluqçuları istisna olmaqla) əlilliyə görə əmək pensiyaları xidmət müddətindən asılı
22
olmayaraq, əlillik hərbi qulluqçuların xidmət etdiyi dövrdə və ya xidmətdən buraxıldıqdan sonra 3
aydan gec olmayaraq üz verdikdə, yaxud əlillik bu müddətdən sonra, lakin xidmət dövründə alınmış
xəsarət (yaralanma, travma, kontuziya), xəstəlik nəticəsində üz verdikdə təyin edilir.
11.Əlilliyə görə əmək pensiyasının məbləği hər qrupa görə neçə faizl təşkil edir?
Əlilliyə görə əmək pensiyasının baza hissəsinin məbləği yaşa görə əmək pensiyasının baza
hissəsinin məbləğinin I qrup əlillərə və sağlamlıq imkanları məhdud 18 yaşınadək şəxslərə 120 faizi
(I qrup gözdən əlillərə və sağlamlıq imkanları məhdud 18 yaşınadək şəxslərə 200 faizi), II qrup
əlillərə 100 faizi, III qrup əlillərə isə 55 faizi həcmində müəyyən edilir.
12. Ailə başçısını itirməyə görə əmək pensiyası hüququ olan şəxslər kimlərdir?
•
Vəfat etmiş və ya həlak olmuş şəxslərin 18 yaşına çatmamış övladları:
•
Ata, ana, ər, arvad müəyyən edilmiş pensiya yaşına çatmışdırsa, yaxud I və ya II qrup
əlildirsə
•
Təhsil müəssisələrinin əyani şöbəsində təhsil alanlar, lakin ən çoxu 23 yaşına çatanadək;
•
Ata, ana, ər (arvad) pensiya yaşına — kişilər 62 yaşa, qadınlar 57 yaşa çatmışdırsa, yaxud I
və ya II qrup əlildirsə;
•
Yaşından və əmək qabiliyyətindən asılı olmayaraq valideynlərdən biri və ya ər (arvad),
yaxud baba, nənə, qardaş, bacı vəfat etmiş və ya həlak olmuş ailə başçısının 8 yaşına
çatmamış uşaqlarına, qardaşlarına, bacılarına, nəvələrinə baxırsa və işləmirsə.
13. Ailə başçısını itirməyə görə əmək pensiyasının məbləği neçə faizlə hesablanır?
Ailə başçısını itirməyə görə əmək pensiyasının baza hissəsinin məbləği hər iki valideynini itirmiş
uşaqların və vəfat etmiş tənha ananın uşaqlarının hər biri üçün, habelə vəfat etmiş ailə başçısının bir
ailə üzvü olduqda və pensiya hüququ olan bir ailə üzvü qaldıqda həmin şəxs üçün yaşa görə əmək
pensiyasının baza hissəsinin 100 faizi məbləğində, digər ailə üzvlərinin hər biri üçün isə yaşa görə
əmək pensiyasının baza hissəsinin 50 faizi məbləğində hesablanır.
14. Əmək pensiyasının baza hissəsinə əlavələr necə hesablanır?
Öhdəsində əmək qabiliyyəti olmayan ailə üzvləri olan işləməyən I və II qrup əlillərə və ya
sağlamlıq imkanları məhdud 18 yaşınadək şəxslərə, həmçinin öhdəsində ailə başçısını itirməyə görə
pensiya ilə təmin edilməli şəxslərə aid edilən əmək qabiliyyətsiz ailə üzvləri olan işləməyən hərbi
qulluqçular sırasından olan əmək pensiyaçılarına — ailənin əmək qabiliyyəti olmayan hər üzvü
üçün yaşa görə əmək pensiyasının baza hissəsinin 5 faizi məbləğində hesablanır
.
15. I qrup əlillərə və ya sağlamlıq imkanları məhdud 18 yaşınadək şəxslərə qulluq üçün əmək
pensiyasının baza hissəsi neçə faiz təşkil edir?
I qrup əlillərə və ya sağlamlıq imkanları məhdud 18 yaşınadək şəxslərə qulluq üçün — yaşa görə
əmək pensiyasının baza hissəsinin 10 faizi məbləği təşkil edir
16. Müharibə əlillərinin və müharibə iştirakçıları sırasından olan əlillərin yaşa görə əmək
pensiyalarının baza hissəsinə edilən əlavələr neçə faiz təşkil edir?
•
I qrup əlillərə — yaşa görə əmək pensiyasının baza hissəsinin 100 faizi məbləğində;
•
II qrup əlillərə — yaşa görə əmək pensiyasının baza hissəsinin 70 faizi məbləğində;
•
III qrup əlillərə — yaşa görə əmək pensiyasının baza hissəsinin 50 faizi məbləğində.
17. Böyük Vətən müharibəsi iştirakçılarının və əlillərinin əmək pensiyalarının baza hissəsinə
edilən əlavələr neçə faiz təşkil edir?
•
Müharibə iştirakçılarına (müharibə əlilləri istisna olmaqla) — yaşa görə əmək pensiyasının baza
hissəsinin 50 faizi məbləğində;
•
I qrup əlillərə — yaşa görə əmək pensiyasının baza hissəsinin 140 faizi məbləğində;
•
II qrup əlillərə — yaşa görə əmək pensiyasının baza hissəsinin 110 faizi məbləğində;
23
•
III qrup əlillərə — yaşa görə əmək pensiyasının baza hissəsinin 90 faizi məbləğində.
18. Yaşa görə əmək pensiyası nə vaxt təyin edilir?
Yaşa görə əmək pensiyası, buna hüququ olan şəxsin müraciəti əsasında əmək pensiyası hüququnun
yarandığı gündən, lakin bu qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla ömürlük təyin edilir.
19. Əlilliyə görə əmək pensiyası nə vaxt təyin edilir?
Əlilliyə görə əmək pensiyası, buna hüququ olan şəxsin müraciəti əsasında əlilliyin və ya 18
yaşınadək sağlamlıq imkanları məhdudluğunun müəyyən olunduğu gündən
müvafiq icra
hakimiyyəti orqanının
müəyyən etdiyi bütün əlillik və ya sağlamlıq imkanlarının məhdudluğu dövrü
üçün müəyyən edilmiş pensiya yaşına çatmış şəxslərə ömürlük təyin edilir.
20. Ailə başçısını itirməyə görə əmək pensiyası nə vaxt təyin edilir?
Ailə başçısını itirməyə görə əmək pensiyası, buna hüququ olan şəxsin müraciəti əsasında ailə
başçısını itirməyə görə əmək pensiyası hüququnun yarandığı gündən müəyyən edilmiş pensiya
yaşına çatmış şəxslərə ömürlük təyin edilir.
21. Əmək pensiyasının bir növündən başqa növünə keçmə mümkündürmü?
Bəli mümkündür, belə ki, əmək pensiyaçısının yaşa görə əmək pensiyası növündən əlilliyə görə
əmək pensiyası növünə keçirilmə istisna olmaqla, əmək pensiyasının bir növündən başqa növünə
keçmə hüququ vardır. Əmək pensiyasının bir növündən başqa bir növünə keçirilmə ərizəçi
tərəfindən müvafiq əmək pensiyası təyin edilməsi üçün zəruri sənədlər təqdim edilməklə pensiyanın
başqa növünə keçirilir.
22. Əmək pensiyaçısı vəfat etdikdə alınmamış əmək pensiyası kimə ödənilir?
Əmək pensiyaçısı vəfat etdikdə, onun ailəsinə pensiyaçının vəfatı tarixinə yaşa görə əmək
pensiyasının baza hissəsinin üç misli məbləğində dəfn üçün müavinət verilir.
23. Əmək pensiyaçısı vəfat etdikdə onu ailə üzvləri dəfn etmədikdə,dəfn müavinatı o halda
kimlərə ödənilməlidir?
Əmək pensiyaçısını onun ailə üzvlərinə aid olmayan şəxslər dəfn etdikdə, dəfn üçün müavinət məhs
onu dəfn edən şəxslərə ödənilir.
24. Xaricdə yaşayan Azərbaycan vətəndaşlarına Azərbaycanda təyin edilmiş əmək pensiyası
ödənilirmi?
Bəli ödənilir, belə ki, Azərbaycan Respublikasının vətəndaşlığını saxlamış şəxslərin xaricdə
olduqları müddətdə onlara Azərbaycan Respublikasında təyin edilmiş əmək pensiyası arzularına
əsasən Azərbaycan Respublikasının banklarında olan şəxsi hesablarına və ya öz vəsaitləri hesabına
yaşadıqları digər dövlətlərə köçürülür.
25. Xaricdə yaşayan və Azərbaycan vətəndaşlığından çıxan şəxslərin Azərbaycanda təyin
edilmiş əmək pensiyası ödənilirmi?
Azərbaycan Respublikası vətəndaşlığından çıxmış şəxslər xaricdə olduqları müddətdə onlara yalnız
əmək zədəsi və ya peşə xəstəliyi nəticəsində təyin edilmiş pensiyalar ödənilir. Bu pensiyaların
başqa dövlətlərə köçürülməsi qaydası Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən
edilir.
26. Etibarnamə üzrə əmək pensiyası ödənilə bilərmi?
Bəli, əmək pensiyası etibarnamə üzrə də ödənilə bilər.
9. Sosial müavinatlar
1. Sosial müavinatlar nə deməkdir?
24
Sosial müavinətlər ayrı-ayrı kateqoriya şəxslərə sosial yardım göstərilməsi məqsədilə aylıq və ya
birdəfəlik ödənilən pul vəsaitidir
2. Sosial müavinat hansı müddətə təyin edilir?
Sosial müavinat aşağıdakı müddətlərə təyin edilir:
•
dövlət qulluqçularına ömürlük, yaşa görə müavinət - ömürlük;
•
əlilliyə görə müavinət-əlillik müddətinə;
•
sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlara müavinət - 18 yaşınadək uşaqların
müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş sağlamlıq imkanlarının
məhdudluğu müddətinə;
•
ailə başçısını itirməyə görə müavinət:
•
vəfat etmiş şəxsin uşaqlarına - 18 yaşına çatanadək (əyani təhsil alanlara təhsili bitirənədək,
lakin 23 yaşdan çox olmamaqla);
•
vəfat etmiş şəxsin 18 yaşına çatanadək sağlamlıq imkanlarının məhdudluğu müəyyən
olunmuş 18 yaşından yuxarı əlil uşaqlarına - əlillik müddətinə;
•
vəfat etmiş şəxsin 8 yaşınadək uşaqlarına baxan və işləməyən (yaşından və əmək
qabiliyyətindən asılı olmayaraq) valideynlərdən, qardaş, bacı, baba və nənələrdən birinə - uşağın
8 yaşınadək.
•
müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş bəzi kateqoriya şəxslərə
kommunal, nəqliyyat və digər xidmətlərə görə müavinət - onu almaq hüququ olan şəxs
qanunvericiliklə müəyyən edilmiş hallarda bu hüququ itirənədək;
•
3 yaşınadək uşağa qulluğa görə müavinət - müvafiq icra hakimiyyəti orqanı tərəfindən
müəyyən edilən şəxs qismən ödənişli sosial məzuniyyətə çıxdığı gündən məzuniyyət müddətinə;
•
müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş bəzi kateqoriya şəxslərin 16
yaşınadək (ümumtəhsil müəssisələrində əyani təhsil alanlar üçün 18 yaşınadək) uşaqlarına
müavinət:
•
uşağın 16 yaşı tamam olan ayın sonunadək;
•
ümumtəhsil məktəblərində əyani təhsil alanlara - 18 yaşı tamam olan ayın sonunadək (təhsil
müddətindən çox olmamaqla).
•
valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların qəyyumlarına
(himayəçilərinə) müavinət - müvafiq icra hakimiyyəti orqanı tərəfindən qəyyumluq
(himayəçilik) müəyyən edildiyi müddətə;
•
1 yaşınadək uşağı olan aztəminatlı ailələrə müavinət - uşağın bir yaşı tamam olan ayın
sonunadək.
3.Birdəfəlik müavinat növləri hansılardır?
•
Radiasiya qəzası nəticəsində zərər çəkmiş şəxslərə hər il müalicə üçün müavinət müraciət
edilən aydan sonrakı ayın 1-dən ildə bir dəfə ödənilməklə əlillik və ya sağlamlıq imkanlarının
məhdudluğu müddətinə təyin edilir.
•
Uşağın anadan olmasına görə və dəfn üçün birdəfəlik müavinətlər müraciət etmə
müddətindən asılı olmayaraq təyin edilir.
4. Uşağın anadan olmasına görə verilən müavinat hansı müddətə qədər ödənilir?
Yalnız bir dəfə uşaq anadan olanda ödənilir
5. Uşağın anadan olmasına görə birdəfəlik müavinat aldıqda hansı sənədlər tələb olunur?
Aşağıda göstərilən sənədlər tələb olunur:
•
Valideynlərin şəxsiyyət vəsiqələrinin surəti;
•
Uşağın doğum şəhadətnaməsinin surəti
•
Nikah şəhadətnaməsinin surəti;
•
Yaşayış yerindən ailə tərkibinə dair arayış.
Qeyd: Arayışda valideynlərin işləyib işləməməsi göstərilməlidir;
25
•
Ailəyə məxsus torpaq üzərində hüquqları təsdiq edən sənəd;
Qeyd: Torpaq sahəsinə görə məcburi dövlət sosial sığortası ödənildikdə birdəfəlik müavinatı Sosial
Müdafiə Fondu ödəyir, həmçinin valideynlər işləyirlərsə bu halda da müavinatı Fond ödəyir. Sosial
Müdafiə Fondu torpaq sahəsinə dair məcburi dövlət sosial sığortası ödənilmədiyinə dair arayış
verərsə bu halda müavinatı Sosial Müdafiəsi Mərkəzi ödəyir, habelə valideynlər işsizdirsə o halda
da müavinat Mərkəz tərəfindən ödənilir.
6. Sosial müavinat hansı hallarda təyin edilir?
•
Yaşa görə müavinət - əmək qabiliyyəti olmayan şəxsin əmək pensiyası hüququ olmadıqda
və işləmədikdə;
•
Əlilliyə müavinət - əmək qabiliyyəti olmayan şəxsin əmək pensiyası hüququ olmadıqda
•
Sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlara müavinət-müvafiq icra hakimiyyəti
orqanı tərəfindən təsdiq edilmiş qaydada müvafiq icra hakimiyyəti orqanı tərəfindən sağlamlıq
imkanlarının məhdudluğu müəyyən edilmiş şəxsin əmək pensiyası hüququ olmadıqda
•
Ailə başçısını itirməyə görə müavinət:
•
Əmək qabiliyyəti olmayan şəxsin əmək pensiyası hüququ olmadıqda;
•
Yaşından və əmək qabiliyyətindən asılı olmayaraq valideynlərdən, qardaş, bacı, baba və
nənələrdən biri vəfat etmiş şəxsin 8 yaşınadək uşaqlarına baxdıqda və işləmədikdə.
•
Müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş bəzi kateqoriya şəxslərə
kommunal, nəqliyyat və digər xidmətlərə görə müavinət - onu almaq hüququ müəyyən edilmiş
şəxslərin əmək pensiyası hüququ olmadıqda;
•
3 yaşınadək uşağa qulluğa görə müavinət - 3 yaşınadək uşağa qulluq göstərən, müvafiq icra
hakimiyyəti orqanı tərəfindən müəyyən edilən şəxs qismən ödənişli sosial məzuniyyətdə
olduqda;
•
Müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş bəzi kateqoriya şəxslərin 16
yaşınadək (ümumtəhsil müəssisələrində əyani təhsil alanlar üçün 18 yaşınadək) uşaqlarına
müavinət bəzi kateqoriya şəxslərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən onu almaq
hüququ müəyyən edildikdə;
•
Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların qəyyumlarına
(himayəçilərinə) müavinət - müvafiq icra hakimiyyəti orqanı tərəfindən qəyyum (himayəçi)
təyin edilmiş şəxslərin "Ünvanlı dövlət sosial yardımı haqqında" Azərbaycan Respublikası
Qanununa əsasən sosial yardım almaq hüququ olduqda və barəsində qəyyumluq (himayəçilik)
təyin edilmiş uşaqlar tam dövlət təminatında olmadıqda
•
1 yaşınadək uşağı olan aztəminatlı ailələrə müavinət - ailənin "Ünvanlı dövlət sosial yardımı
haqqında" Azərbaycan Respublikası Qanununa əsasən ünvanlı sosial yardım almaq hüququ
olduqda;
•
Radiasiya qəzası nəticəsində zərər çəkmiş şəxslərə hər il müalicə üçün müavinət - şəxsin
radiasiya qəzası nəticəsində əlil olduğunu və Çernobıl AES qəzası nəticəsində zərər çəkmiş
şəxslərin 18 yaşınadək uşaqlarının qəza nəticəsində sağlamlıq imkanlarının məhdudluğunu
təsdiq edən müvafiq icra hakimiyyəti orqanının arayışı təqdim edildikdə;
•
Uşağın anadan olmasına görə müavinət - müvafiq icra hakimiyyəti orqanı tərəfindən
verilmiş arayış təqdim edildikdə;
•
Dəfn üçün müavinət şəxs vəfat etdikdə.
10. Ünvanlı sosial yardım
1.Ünvanlı dövlət sosial yardımı kimlər üçün təyin olunur?
Sosial yardım yalnız aztəminatlı ailələr üçün təyin olunmalıdır
2.Sosial yardımı hansı ailələr ala bilərlər?
26
Azərbaycan Respublikasının ərazisində yaşayan və müraciətdən əvvəlki son 1 il ərzində orta aylıq
gəliri onlardan asılı olmayan səbəblərdən (ailə üzvlərinin əmək qabiliyyətli olmaması, ailənin əmək
qabiliyyətli üzvünün Baş Məşğulluq İdarəsinin yerli orqanında işsiz kimi qeydə alınması, vəfat
etməsi, məhkəmə tərəfindən itkin düşmüş hesab edilməsi, azadlıqdan məhrum edilməsi, ailə
üzvünün olduğu yerin məlum olmaması və s.) hər bir ailə üzvü üçün ehtiyac meyarının
məcmusundan aşağı olan aztəminatlı ailələr dövlət büdcəsinin vəsaiti hesabına ailənin orta aylıq
gəliri ilə hər bir ailə üzvü üçün ehtiyac meyarının məcmusu arasında yaranan fərq məbləğində sosial
yardım almaq hüququna malikdirlər.
3.Sosial yardım hansı müddətə təyin edilir?
Sosial yardım onu almaq üçün müraciət edilən ayın 1-dən etibarən, 1 il müddətinə təyin olunur.
Aztəminatlı ailə sosial yardım almaq üçün təkrar müraciət etmək hüququna malikdir.
4.Sosial yardım təyin olunduqda ailə tərkibində nəzərə alınmayan şəxslər kimlərdir?
•
Tam dövlət təminatında olan şəxslər (uşaq evi və internatlarda, qocalar və əlillər üçün internat
evlərində, sağlamlıq imkanları məhdud şəxslər üçün müvafiq xüsusi təhsil müəssisələrində
yaşayanlar);
•
Müddətli həqiqi hərbi xidmətdə olan şəxslər cəzaçəkmə müəssisələrində cəza çəkən şəxslər;
•
Axtarışda olan şəxslər;
•
Azərbaycan Respublikasının ərazisində yaşamayan Azərbaycan Respublikası vətəndaşları;
•
Əcnəbilər (Azərbaycan Respublikasının ərazisində daimi yaşayanlar istisna olmaqla
5. Sosial yardım almaq üçün hansı sənədlər tələb edilir?
•
Ailə üzvlərinin şəxsiyyət vəsiqəsinin əsli və surəti
•
Nikah, boşanma, doğum və ya ölüm haqqında şəhadətnamələrin surəti
•
Qəyyumluqda (himayədə) olan uşaqlar üçün qəyyumluq (himayəçilik) haqqında rayon
(şəhər) icra hakimiyyəti başçısının sərəncamının surəti
•
Ailə üzvünün müddətli həqiqi hərbi xidmətdə olması barədə hərbi komissarlıqdan arayış
•
Hər bir ailə üzvünün qazancı (əmək haqqı, pensiya, müavinət, təqaüd, aliment,
kompensasiya, sahibkarlıq fəaliyyətindən əldə olunan gəlir, mülki-hüquqi müqavilə əsasında
işləyənlərin qazancı və s.) barədə aidiyyəti orqanın arayışı;
•
Dövlət Sosial Sığorta Şəhadətnaməsi
•
İş yerindən gəlir (istehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində zərərə görə verilən
ödənclər də daxil olmaqla) haqqında arayış;
•
Ailənin mülkiyyətində və ya istifadəsində olan torpaq payı və həyətyanı torpaq sahəsi
barədə müvafiq sənədlərin surəti;
•
ailə üzvlərindən hər hansı birinin ali, orta ixtisas və ya texniki peşə təhsili alması barədə
təhsil müəssisəsindən arayış;
•
ailə üzvləri tərəfindən əmlakın icarəyə (kirayəyə) verilməsi və ya icarəyə (kirayəyə)
götürülməsi barədə müqavilənin surəti;
•
məhkəmə tərəfindən ailə üzvünün itkin düşmüş və yaxud ölmüş hesab edilməsi barədə
məhkəmə qərarının surəti;
•
ailə üzvünün axtarışda olması və ya olduğu yerin məlum olmaması barədə müvafiq
orqanın arayışı;
•
ailə üzvünün azadlıqdan məhrum edilməsi barədə cəzaçəkmə müəssisəsinin arayışı,
•
ailə üzvünün tam dövlət təminatında olması barədə müvafiq xidmət müəssisəsinin arayışı.
6.Hansı halllarda sosial yardımın verilməsindən imtina olunur?
•
Sosial yardımın verilməsinə təsir edəcək hallar barədə zəruri məlumatlar verilmədikdə, yaxud
ailə tərkibi və ailə üzvlərinin gəlirləri barədə düzgün və ya tam olmayan məlumatlar və sənədlər
verildikdə. Bu halda “Ünvanlı dövlət sosial yardımı haqqında” Azərbaycan Respublikası
27
Qanununun 10.2-ci maddəsinə uyğun olaraq həmin ailə 1 il müddətinə sosial yardım almaq
hüququnu itirir;
•
Yardım üçün müraciətdən 1 il əvvəl ailə mənzil aldıqda və yaxud respublika üzrə təsdiq edilmiş
yaşayış minimumunun 10 mislindən çox məbləğdə təhsil haqqı (1006 AZN) ödədikdə və yaxud
alqı-satqı etdikdə;
•
Ailənin istifadəsində nəqliyyat vasitəsi olduqda (dövlət tərəfindən reabilitasiya məqsədləri üçün
verilmiş nəqliyyat vasitələri istisna olunmaqla)
•
Ailənin orta aylıq gəlirinin 50 faizindən çox məbləğdə aylıq kredit öhdəliyi olduqda;
•
Ailənin əmək qabiliyyətli, işləməyən üzvü Baş Məşğulluq İdarəsinin yerli orqanı tərəfindən
təklif olunmuş iki münasib işdən imtina etdikdə (bu halda ailənin sosial yardım hüququna onun
təkrar müraciəti əsasında 1 aydan sonra baxıla bilər).
Qeyd:
Sosial yardımın təyin edilməsindən imtina edildiyi barədə komissiyanın qərarı çıxarıldığı
vaxtdan 3 gündən gec olmayaraq sosial yardım verilməsindən imtina edilməsinin səbəbləri
göstərilməklə ailəni təmsil edən şəxsə bildiriş verilir
7.Sosial yardım necə ödənilir?
Sosial yardım ayda bir dəfə aztəminatlı ailənin yaşayış yeri üzrə ödəniş müəssisələri (bank və ya
rabitə şöbəsi) vasitəsilə ödənilir.
11. Elektrik enerji təhçizatı sahəsində yaranan suallar
1. Enerji haqqının məbləği nəqədərdir?
Tariflər 1 kVt/saat üçün (ƏDV ilə) - 6,0 qəpik
2. Fərdi istifadəçilər və hüquqi şəxslər arasında enerji haqqının ödənilməsində fərq varmı?
Xeyr, enerji haqqının ödənilməsində bütün istehlakçılar qrupları üçün eyni tarifdir.
3.Enerji haqqı hara və hansı formada ödənilməlidir?
Elektrik enerjisinə görə hesablaşmalar enerjitəchizatı müəssisəsinin abonentə təqdim etdiyi ödəniş
sənədlərinə əsasən aparılır. Enerji haqqı üzrə ödəmələr vətəndaş tərəfindən şəxsən olaraq aidiyyatı
üzrə poçt bölmələrinə və ya müvafiq banklara ödənilməlidir. İstehlakçı hesablaşma dövründə
işlətdiyi elektrik enerjisinin haqqını enerjitəchizatı müəssisəsi tərəfindən ödəmə sənədi təqdim
edildikdən sonra bir ay müddətində ödəməlidir.
4.Sayğac nasaz olduğu halda hesablama necə aparılır?
İstehlakçının, o cümlədən məişət abonentinin təqsiri olmadan uçot müvəqqəti pozulduqda, elektrik
enerjisi sərfinin hesabatı enerjitəchizatı müəssisəsinin və istehlakçının razılığına əsasən uçot
pozulana qədər və ya ucot bərpa edildikdən sonrakı dövrün orta gündəlik sərfinə uyğun aparılır.
Elektrik enerjisinin orta gündəlik sərfinə görə hesablaşma dövrü bir aydan artıq olmamalıdır, bu
müddət ərzində hesablaşma elektrik sayğaclarının normal işi enerjitəchizatı müəssisəsi tərəfindən
bərpa olunmalıdır.
5.Ödəniş gecikdirilməsinə görə sanksiyalar?
Hər hansı bir səbəbdən, enerjitəchizatı müəssisəsi təqdim edilmiş elektrik enerjisinə görə ödəniş
sənədi üzrə ödənişi elektrik enerjisinin alqı-satqı müqaviləsində müəyyən edilmiş müddət ərzində
dövlət elektroenergetika müəssisəsinin hesabına köçürmədikdə, hər bir gün üçün ödəniş aparılan
günədək ödəmə sənədindəki məbləğin 0,01 faizi miqdarında dəbbə (penya) verilməlidir. Elektrik
enerjisinə görə enerjitəchizatı müəssisəsinin abonentə təqdim etdiyi ödəniş sənədlərinə əsasən
ödəmə bir ay müddətinı aparılmalıdır.
Dostları ilə paylaş: |