9. Azərbaycan Respublikasına gələn əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin ölkədə
müvəqqəti olma müddətinin uzadılması ilə əlaqədar hansı sənədlər tələb olunur?
•
müvəqqəti olma müddətinin uzadılması barədə ərizə-anket - 1 ədəd;
•
əcnəbinin ölkə ərazisinə daxil olması üçün əsas olmuş pasportunun və ya onu əvəz edən sənədi,
vətəndaşlığı olmayan şəxsin isə şəxsiyyətini təsdiq edən sənədi;
•
3x4 ölçüdə fotoşəkil - 2 ədəd (qırmızı fonda);
•
müvəqqəti olma müddətinin uzadılmasına əsas olan halların mövcudluğunu təsdiq edən sənəd;
•
Azərbaycan Respublikasında 30 gündən artıq yaşamaq istəyən əcnəbinin və ya vətəndaşlığı
olmayan şəxsin qeydiyyata alınmasını təsdiq edən sənədi;
•
14-18 yaşlarında olan şəxslərin notarial qaydada təsdiq edilmiş yazılı razılığı;
40
•
yaşayış sahəsinə köçmək üçün əsas verən sənədin (mülkiyyət hüququnun dövlət qeydiyyatına
alınması haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış, order, icarə və ya kirayə
müqaviləsi, yaxud Azərbaycan Respublikası qanunvericiliyində nəzərdə tutulmuş başqa
sənədin) notarial qaydada təsdiq olunmuş surəti;
•
vətəndaşa yaşayış sahəsi verən şəxsin ərizəsi (Dövlət Miqrasiya Xidmətinin rəisinin adına
olmaqla notarial qaydada təsdiq olunmuş);
•
vətəndaşa yaşayış sahəsi verən şəxsin şəxsiyyət vəsiqəsinin notarial qaydada təsdiq olunmuş
surəti.
Qeyd: Aşağıda sadalanan hallarda əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan
Respublikasının ərazisində müvəqqəti olma müddəti uzadılır:
a) əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikası ərazisində təcili
müalicə olunmasına zərurət yarandıqda;
b) əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında yaşayan
yaxın qohumları ağır xəstələndikdə və ya vəfat etdikdə;
c) xidməti zərurətlə əlaqədar Azərbaycan Respublikasına gəlmiş əcnəbilər və vətəndaşlığı
olmayan şəxslər tərəfindən nəzərdə tutulmuş işlərin başa çatdırılmadığına dair həmin
şəxsləri ölkəyə dəvət etmiş təşkilat tərəfindən əsaslandırılmış vəsatət verildikdə.
10. Əcnəbilərin Azərbaycan Respublikasında qaçqın statusunu əldə etmələri ilə əlaqədar
hansı sənədlərtələb olunur?
Qaçqın statusu verilməsi barədə vəsatətlə müraciət edən şəxs vəsatətində qaçqın statusu verilməsi
xahişinin səbəblərini göstərməklə xüsusi anket (Əlavə 7) blankını doldurmalı, özünün, habelə
(himayəsində və qəyyumluğunda olan şəxslər də daxil olmaqla) ailə üzvləri barədə məlumatları
göstərməklə ölkəsi, doğulduğu yer, ailə vəziyyəti haqqında məlumatları qeyd edir, yol sənədini və
şəxsiyyətini təsdiq edən sənədi (xarici pasport, yol vəsiqəsi və s.) Azərbaycan Respublikası Dövlət
Miqrasiya Xidmətinə təhvil verməlidir.
Əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında olma, yaşama və ya
Azərbaycan Respublikası ərazisindən tranzitlə keçmə qaydalarını pozmasına, yəni:
•
Azərbaycan Respublikasında olma və ya yaşama hüququ verən sənədlər olmadan, habelə
qeydiyyatsız yaşamasına;
•
etibarsız sənədlərlə Azərbaycan Respublikasının ərazisində olmasına və ya yaşamasına;
•
Azərbaycan Respublikasının ərazisində müvəqqəti olduğu və ya müvəqqəti yaşadığı dövrdə
Azərbaycan Respublikasına gəlişinin bəyan edilmiş məqsədinə uyğun olmayan fəaliyyətlə
məşğul olmasına;
•
işə düzələrkən qanunvericilikdə müəyyən edilmiş qaydaları pozmasına;
•
bir yerdən başqa yerə getmə və yaşayış yeri seçmə üçün qanunvericilikdə müəyyən olunmuş
qaydaya əməl etməməsinə; qanunvericilikdə müəyyən edilmiş qalma müddəti qurtardıqdan
sonra getməkdən boyun qaçırmasına;
Azərbaycan Respublikasının ərazisindən tranzitlə keçmə qaydalarına əməl etməməsinə görə -
əcnəbilər və ya vətəndaşlığı olmayan şəxslər Azərbaycan Respublikasının hüdudlarından kənara
inzibati qaydada çıxarılmaqla və ya çıxarılmamaqla 300 manatdan 400 manatadək miqdarda cərimə
edilir.
Əcnəbiləri və ya vətəndaşlığı olmayan şəxsləri Azərbaycan Respublikasına dəvət etmiş və onlara
yaşayış sahəsi vermiş Azərbaycan Respublikası vətəndaşları və ya Azərbaycan Respublikasında
daimi yaşayan əcnəbilər və ya vətəndaşlığı olmayan şəxslər tərəfindən həmin şəxslərin Azərbaycan
Respublikasında müvəqqəti olma müddəti bitdikdən sonra müəyyən olunmuş qaydada vaxtında
ölkə ərazisindən çıxmasının təmin edilməsi üçün tədbir görülməməsinə görə - 300 manatdan 400
manatadək miqdarda cərimə edilir.
41
Azərbaycan Respublikasında əcnəbiləri və ya vətəndaşlığı olmayan şəxsləri qəbul edən, onlara
xidmət göstərilməsini və ya onların işə qəbul olunmasını təmin edən və onların Azərbaycan
Respublikasında olması, yaşaması və ya Azərbaycan Respublikası ərazisindən tranzitlə keçməsi
şərtlərinə əməl edilməsi ilə əlaqədar vəzifələri yerinə yetirən müəssisə, idarə və ya təşkilatların
vəzifəli şəxsləri tərəfindən əcnəbilərin və ya vətəndaşlığı olmayan şəxslərin qeydiyyata alınmasının
və qeydiyyatdan çıxarılmasının, onlara Azərbaycan Respublikasında olma və ya yaşama hüququ
verən sənədlərin rəsmiləşdirilməsinin müəyyən edilmiş qaydalarının pozulmasına görə - vəzifəli
şəxslər 300 manatdan 500 manatadək miqdarda cərimə edilir.
Əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin işə cəlb edilməsi qaydasının pozulması İşəgötürən
tərəfindən qanunvericiliyin tələbləri pozulmaqla fərdi icazəalınmadan əcnəbinin və ya vətəndaşlığı
olmayan şəxsin işə cəlb edilməsinə görə - vəzifəli şəxslər üç min manatdan beş min manatadək
miqdarda, hüquqi şəxslər 30 000 manatdan 35 000 manatadək miqdarda cərimə edilir.
11. Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətin müəyyən edilməsi ilə əlaqədar
tələb olunan sənədlər hansılardır?
Azərbaycan Respublikasında yaşayan şəxslərdən tələb olunan sənədlər:
•
Azərbaycan Respublikası vətəndaşlığına mənsubiyyət ilə bağlı ölkə ərazisində yaşayan şəxslər
tərəfindən doldurulan ərizə-anket – 1 ədəd;
•
3*4 sm ölçüdə fotoşəkil - 2 ədəd;
•
tərcümeyi-hal;
•
şəxsiyyəti təsdiq edən sənədin surəti (notarial qaydada təsdiqlənmiş);
•
yaşayış yeri üzrə qeydiyyatı barədə F-A kartının surəti (müvafiq icra hakimiyyətinin təsdiqi ilə);
•
18 yaşnadək uşaqların valideynlərinin şəxsiyyətlərini təsdiq edən sənədlərinin surətləri (notarial
qaydada təsdiqlənmiş);
•
qaçqınsınızsa, bu statusunuzu təsdiq edən sənədin surəti (notarial qaydada təsdiqlənmiş).
Xarici ölkələrdə yaşayan şəxslərdən tələb olunan sənədlər:
•
Azərbaycan Respublikası vətəndaşlığına mənsubiyyət ilə bağlı xarici ölkələrdə yaşayan şəxslər
tərəfindən elektron formada doldurulmalı olan ərizə-anket – 1 ədəd;
•
3*4 sm ölçüdə fotoşəkil - 2 ədəd;
•
tərcümeyi-hal;
•
şəxsiyyəti təsdiq edən sənədin surəti (notarial qaydada təsdiqlənmiş);
•
18 yaşınadək uşaqların valideynlərinin şəxsiyyətlərini təsdiq edən sənədlərinin surətləri (notarial
qaydada təsdiqlənmiş);
•
qaçqınsınızsa, bu statusunuzu təsdiq edən sənədin surəti (notarial qaydada təsdiqlənmiş).
Azərbaycan Respublikasının “Ölkədən getmək, ölkəyə gəlmək və pasportlar haqqında” Qanununun
12-ci maddəsinin tələblərinə uyğun olaraq cinayət işi üzrə şübhəli və ya təqsirləndirilən şəxs
qismində tanınmışdırlarsa - barələrində cinayət təqibi üzrə icraat başa çatanadək; cinayət törətdiyinə
görə məhkum olunublarsa — cəza çəkməkdən azad olunana, yaxud cəzanı tam çəkənədək;
məhkəmədə onlara qarşı mülki iddia verilibsə — müvafiq olaraq Azərbaycan Respublikasının
qanunvericiliyi ilə müəyyənləşdirilmiş qaydada mülki iş üzrə qərar qüvvəyə minənədək əcnəbilərin
Azərbaycan Respublikasından getməsi müvəqqəti məhdudlaşdırıla bilər.
“Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Azərbaycan Respublikası Qanununun 10-cu
maddəsinə əsasən, Azərbaycan Respublikasının vətəndaşı olan şəxsin xarici dövlətin vətəndaşlığına
mənsubiyyəti, Azərbaycan Respublikasının beynəlxalq müqavilələrində nəzərdə tutulmuş və ya
42
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndinə müvafiq surətdə həll
edilmiş hallar istisna olmaqla tanınmır.
Azərbaycan Respublikası ərazisində müvəqqəti və ya daimi yaşamaq üçün icazələrin alınması ilə
əlaqədar əcnəbiyə yaşayış sahəsi verən şəxs (ev sahibi) tərəfindən Azərbaycan Respublikası Dövlət
Miqrasiya Xidmətinin rəisinin adına müraciət olunan müvafiq ərizədə ev sahibinin və qediyyata
düşən şəxsin adı, soyadı, atasının adı, həmçinin şəxsin qeydiyyata düşmək istədiyi ünvan
göstərilməklə, əcnəbi və ya vətəndaşlığı olmayan şəxsə müvəqqəti və ya daimi qeydiyyata
düşməsinə etiraz edilməməsi barədə qeydlər öz əksini tapmalıdır.
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 6 dekabr tarixli 214 saylı qərarı ilə təsdiq
edilmiş “Əcnəbinin Azərbaycan Respublikası ərazisində haqqı ödənilən əmək fəaliyyətini həyata
keçirməsi üçün fərdi icazənin verilməsi Qaydaları”nin 1.3-cü bəndinə əsasən, işəgötürən fərdi icazə
almış əcnəbini başqa işəgötürənin yanında işə keçirə bilməz. Belə ki, əcnəbini və vətəndaşlığı
olmayan şəxsi Azərbaycan Respublikası ərazisində haqqı ödənilən əmək fəaliyyətinə cəlb etmək
istəyən digər işəgötürən yeni fərdi icazənin alınması ilə bağlı Azərbaycan Respublikasının Dövlət
Miqrasiya Xidmətinə müraciət etməlidir.
-Birillik müvəqqəti yaşama icazəsinə görə 120 (yüz iyirmi), fərdi icazəyə görə isə işəgötürən
tərəfindən 1000 (min) manat məbləğində dövlət rüsumu Kapital Bankın yerli filiallarından birinə
ödənməlidir
17. Avtomobilin alınması və texniki baxışdan keçirilməsi
1.Avtomobil alarkən onun rəsmləşdirilməsi üçün qaydalar və rüsumlar necə müəyyən
olunur?
Avtomobil alarkən daha çox istifadə olunan iki qayda mövcuddur:
•
Ümumi etibarnamə ilə (Generalnı)
•
Alqı-satqı yolu ilə
2. Avtomobilin etibarnamə yolu ilə alınmasının qaydaları nədir?
Etibarnamə ilə avtomobil alarkən sadəcə avtomobi satan şəxs həmin avtomobil üzərində bütün
hüquqları müəyyən olunmuş müddətə etibar edir. Ancaq, mülkiyyət hüququ satan şəxsdə qalır, yəni
avtomobilin qeydiyyat şəhadətnaməsi (texniki pasportu) satan şəxsin adında qalır.
Etibarnamənin müddəti ərzində avtomobili alan şəxs onun üzərində müstəqil olaraq sərəncam verə
bilər. Onu öz adına rəsmləşdirə bilər, kiməsə bağışlaya bilər, sata bilər, girov qoya bilər və digər
hərəkətlər edə bilər. Amma əgər müəyyən olunmuş müddət ərzində avtomobili alan şəxs heç bir
hərəkət etmirsə, etibarnamənin müddəti bitdikdən sonra həmin şəxs avtomobil üzərində hüquqlarını
itirmiş olur. Bu halda təkrar olaraq avtomobili satan şəxsdən yenidən etibarnamə alınmalıdır.
3. Etibarnamə ilə bağlı xərclər nə qədərdir?
Dövlət Rüsumu haqqında AR-sı qanunun 10.9-cu maddəsinə görə Nəqliyyat vasitələrinin
özgəninkiləşdirilməsi və üzərində sərəncam verilməsi ilə bağlı etibarnamələrə(generalnı)görə dövlət
rüsumu 10 manat nəzərdə tutulmuşdur. Əgər etibarnamə ərə(arvada), uşaqlara, nənəyə, babaya,
nəvəyə, bacıya, qardaşa verilərsə bu zaman 5 manat dövlət rüsumu ödənilməlidir. Etibarnamələr
Dövlət Notariat Konturlaraında verilir. Həmin Etibarnamə 10 gün müddətində qeydiyyatda olduğu
yer üzrə DYP-nin qeydiyyat şöbəsində 10 manat dövlət rüsumu ödənilməklə qeydiyyata
alınmalıdır.
4. Avtomobilin idarə edilməsi ilə bağlı etibarnamə necə verilməlidir və xərclər nə qədərdir?
Avtomobilin istifadə edilməsi ilə bağlı etibarnamə isə yalnız sürücülük vəsiqəsi olan şəxslərə
verilir. Bu halda Dövlət Rüsumu haqqında AR-sı qanunun 10.11-ci maddəsinə görə Nəqliyyat
43
vasitələrinin istifadə edilməsi ilə bağlı etibarnamələrə görə dövlət rüsumu 10 manat nəzərdə
tutulmuşdur. Əgər etibarnamə ərə (arvada), uşaqlara, nənəyə, babaya, nəvəyə, bacıya, qardaşa
verilərsə bu zaman 5 manat dövlət rüsumu ödənilməlidir.
Avtomobilin alqı-satqı yolu ilə alınmasiının qaydaları nədir?
5. Avtomobilin alqı-satqı yolu ilə alınması isə ən etibarlı və məqsədəmüvafiq qaydadır. Bu zaman
avtomobili alan şəxslə satan şəxs arasında alqı-satqı müqaviləsi bağlanılır. Həmin müqəvilə
əsasında avtomobil tam olaraq alan şəxsin mülkiyyətinə keçir. Bu halda avtombilin qeydiyyat
şəhadətnaməsi(texniki pasportu) alan şəxsin adına rəsmləşdirilir və həmin şəxs avtomobilin tam
mülkiyyətçisi sayılır.
Avtomobilin alqı-satqı yolu ilə alınması üçün xərclər nə qədərdir? Avtomobilin alqı-satqı
müqəviləsi üzrə xərclərə gəlincə isə qeyd edim ki, Dövlət Rüsumu haqqında AR-sı qanunun 10.2-cu
maddəsinə görə Nəqliyyat vasitələrinin özgəninkiləşdirilməsi ilə bağlı müqavilələrə görə dövlət
rüsumu 50 manat nəzərdə tutulmuşdur. Əgər müqavilə ərə(arvada), uşaqlara, nənəyə, babaya,
nəvəyə, bacıya, qardaşa verilərsə bu zaman 25 manat dövlət rüsumu ödənilməlidir.
6.Avtomobillər texniki baxışdan hansı vaxtlarda keçirilir və nə qədər rüsum ödənilməlidir?
Azərbaycan Respublikasında qeydiyyatda olan bütün nəqliyyat vasitələrinə "Yol hərəkəti haqqında"
Qanunun 30-cu maddəsinin altıncı hissəsində qeyd olunduğu kimi ildə bir dəfə texniki baxış
keçirilir. Nəqliyyat vasitəsinə texniki baxış keçirilməsi üçün:
Nəqliyyat vasitələrinin illik texniki baxışdan keçirilməsinə görə:
- аvtonəqliyyаt vаsitələri üçün - 20 mаnаt;
- motonəqliyyat vasitələri, traktor, tikintidə, meşə və kənd təsərrüfatında, başqa işlərdə istifadə üçün
nəzərdə tutulan özügedən maşınlar, texnoloji, yarış məqsədli idman və digər mexaniki nəqliyyat
vasitələri, qoşqular, yarımqoşqular üçün - 10 mаnаt.
Minik avtomobilləri, avtobuslar və digər avtomobil nəqliyyatı vasitələrinin mühərrik həcminin hər
kub santimetrinə görə - 0,01 manat, muhərrikin həcmi 2000 kub santimetrdən 3000 kub
santimetrədək olduqda, 20 manat + mühərrikin həcminin 2000 kub santimetrdən çox hissəsi üçün
hər kub santimetrə görə - 0,02 manat, muhərrikin həcmi 3000 kub santimetrdən 4000 kub
santimetrədək olduqda 40 manat + muhərrikin həcminin 3000 kub santimetrdən cox olan hissəsinin
hər kub santimetrinə gorə - 0,03 manat, muhərrikin həcmi 4000 kub santimetrdən 5000 kub
santimetrədək olduqda 70 manat + muhərrikin həcminin 4000 kub santimetrdən cox olan hissəsinin
hər kub santimetrinə gorə - 0,04 manat, muhərrikin həcmi 5000 kub santimetrdən cox olduqda 110
manat + muhərrikin həcminin 5000 kub santimetrdən cox olan hissəsinin hər kub santimetrinə gorə
- 0,05 manat yol vergisi tutulur.
Texniki baxış üçün avtomobillərin markaları nəzərə alınmaqla aşağıdakı müddətlər müəyyən
olunmuşdur:
•
VAZ markalı avtomobillər üçün – yanvar ayının 1-dən may ayının 1-dək.
•
QAZ, Moskviç, ZAZ, UAZ və digər MDB istehsalı olan avtomobillər üçün – may ayının 1-dən
iyul ayının 1-dək.
•
Yük avtomobilləri və avtobuslar üçün – iyul ayının 1-dən sentyabr ayının 1-dək.
•
Digər xarici dövlətlərdə istehsal olunmuş minik avtomobilləri üçün – sentyabr ayının 1-dən
noyabr ayının 1-dək.
Nəqliyyаt vаsitəsinin sаhibləri (səlаhiyyətli şəхs), onlаrа məхsus nəqliyyаt vаsitələrini teхniki bахış
tаlonundа müəyyən edilən vахtdаn gec olmаyаrаq (müddətin son tarixi texniki baxış talonunun
üzərində dəlik vasitəsilə qeyd olunur) dövlət teхniki bахışınа sаz vəziyyətdə təqdim etməyə
borcludur.
44
Аzərbаycаn Respublikаsının İnzibаti Хətаlаr Məcəlləsinin 154.1 mаddəsinin tələbinə müvаfiq
olаrаq, nəqliyyаt vаsitələrinin sаhibləri və yа sürücüləri tərəfindən müəyyən edilmiş qаydаdа və
müddətdə (müddətin son tarixi texniki baxış talonunun üzərində dəlik vasitəsilə qeyd olunur)
nəqliyyаt vasitəsini dövlət qeydiyyatından və ya texniki baxışdan keçirmədən idarə etməyə görə
fiziki şəхslər 50 mаnаt miqdаrındа, vəzifəli şəхslər 100 mаnаt miqdаrındа, hüquqi şəхslər 300
mаnаt miqdаrındа cərimə edilirlər. Məcəllənin 154.1-ci maddəsində nəzərdə tutulmuş nəqliyyat
vasitəsini dövlət qeydiyyatından və ya texniki baxışdan keçirmədən idarə etməyə görə inzibati
məsuliyyətə cəlb olunduqda 10 gün ərzində nəqliyyat vasitəsini dövlət qeydiyyatından və ya texniki
baxışdan keçirməlidir. Bu müddət ərzində şəxs həmin əməlin törədilməsinə görə təkrarən inzibati
məsuliyyətə cəlb olunmur.
18. Dövlət qulluğuna qəbul
Dövlət qulluğu dedikdə nə başa düşülür?
Dövlət qulluğu Azərbaycan Respublikasının Konstitusiyasına və digər qanunvericilik aktlarına
uyğun olaraq dövlətin məqsədlərinin və funksiyalarının həyata keçirilməsi sahəsində dövlət
qulluqçularının öz vəzifə səlahiyyətlərini yerinə yetirməsidir.
Hansı orqanlar dövlət orqanları hesab edilirlər?
Azərbaycan Respublikasının qanunvericilik aktları ilə müəyyən edilmiş hüdudlarda Azərbaycan
Respublikasının məqsəd və funksiyalarını həyata keçirən, qanunvericiliyə uyğun olaraq yaradılmış
və dövlət büdcəsindən maliyyələşdirilən dövlət qulluqçularının qurumu dövlət orqanıdır.
Kimlər dövlət qulluqçuları hesab edilirlər?
Dövlət qulluqçuları “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanununu ilə
müəyyən edilmiş qaydada maaşlı (maaş yalnız dövlət büdcəsi vəsaitindən verilə bilər) dövlət
qulluğu vəzifəsini tutan və Azərbaycan Respublikasına sadiq olacağına and içən Azərbaycan
Respublikasının vətəndaşlarıdır.
Hansı şəxslərin dövlət qulluğuna girmək hüququ vardır?
Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun 27.1-ci maddəsinə əsasən
Azərbaycan Respublikasının 16 yaşına çatmış, irqindən, milliyyətindən, dilindən, cinsindən, sosial
mənşəyindən, əmlak vəziyyətindən, yaşayış yerindən, dinə münasibətindən, əqidəsindən, ictimai və
digər birliklərə mənsubiyyətindən asılı olmayaraq, müvafiq vəzifənin tələblərinə uyğun peşə
hazırlığına malik olan vətəndaşlarının dövlət qulluğuna girmək hüququ vardır.
Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya
hansı vəzifələrin tutulması üzrə müsabiqə elan edir?
“Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun 28.2-ci maddəsinə müvafiq olaraq
inzibati vəzifələrin altıncı-doqquzuncu təsnifatlarına uyğun olan vəzifələr boşaldıqda, müvafiq icra
hakimiyyəti orqanı (Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Qulluğu Məsələləri
üzrə Komissiya) həmin vəzifələrin tutulması üçün müsabiqə elan edir.
Prokurorluq, Ədeliyyə, Milli Təhlükəsizlik, Müdafiə, Fövqəladə Hallar, sərhəd xidməti, Miqrasiya
xidməti, daxili işlər, gömrük, vergi xarici işlər və feldyeger rabitəsi orqanlarına qəbulla bağlı
imtahanlar Dövlət Qulluğu komissiyası tərəfindən aparılmır.
Dövlət orqanlarında vakant dövlət qulluğu vəzifələrinin tutulması üçün müsabiqələrin
keçirilməsi ilə bağlı məlumatı haradan əldə etmək olar?
Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya
tərəfindən dövlət orqanlarında vakant dövlət qulluğu vəzifələrinin tutulması üçün müsabiqələrin
keçirilməsi ilə bağlı elanlar mütəmadi olaraq kütləvi informasiya vasitələrində dərc edilir, o
cümlədən Komissiyanın rəsmi internet saytında (
http://www.csc.gov.az/
) yerləşdirilir.
45
Müsabiqədə iştirak etmək istəyən vətəndaşlar hansı sənədləri təqdim etməlidirlər?
Müsabiqədə iştirak etmək istəyən vətəndaşlar aşağıdakı sənədləri Azərbaycan Respublikası
Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyaya təqdim etməlidirlər:
•
ərizə
•
şəxsiyyəti təsdiq edən sənədin surəti (notarial qaydada təsdiq edilmiş)
•
kadrlar uçotunun şəxsi vərəqəsi
•
ali təhsil haqqında sənədin surəti (notarial qaydada təsdiq edilmiş)
•
əmək kitabçasının surəti (olduğu təqdirdə, notarial qaydada və ya işəgötürən tərəfindən təsdiq
edilmiş)
•
ixtisas dərəcəsini təsdiq edən sənədlərin surəti (olduğu təqdirdə, notarial qaydada və ya
işəgötürən tərəfindən təsdiq edilmiş)
•
sağlamlıq haqqında arayış
•
ağ fonlu rəngli fotoşəkil 4 ədəd (2 ədəd 3 x 4, 2 ədəd 4 x 6)
•
Sənədlərin qəbulu müsabiqə elan edilən gündən etibarən 30 gün Azərbaycan Respublikasının
Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya tərəfindən aparılır.
“Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun 13.2-ci maddəsinə əsasən inzibati
vəzifə iddiasında olan şəxsin müvafiq ali təhsili olmalıdır, orta təhsilli vətəndaşlar elan edilən
müsabiqələrdə iştirak edə bilməzlər.
Müsabiqədə iştirak etmək istəyən vətəndaşların təqdim etməli olduqları ərizə formasını və kadrlar
uçotunun şəxsi vərəqəsini Komissiyanın rəsmi internet saytından (
http://www.csc.gov.az/
) yükləyə
və ya inzibati binasından (AZ1072, Bakı şəhəri, K.Rəhimov küçəsi, 874-cü məhəllə) əldə edə etmək
olar.
Dövlət qulluğuna qəbul üzrə müsabiqə hansı mərhələlərdən ibarətdir?
Qanunvericiliyə uyğun olaraq müsabiqə vahid test imtahanından və söhbətdən ibarətdir. Test
İmtahanında mümkün olan baldan ən azı 80 faizini toplamış namizəd imtahanı müvəffəqiyyətlə
vermiş hesab edilir. Əlavə olaraq bildiririk ki, test imtahanında hər namizədə 100 sual təqdim edilir
və hər düzgün cavab bir balla qiymətləndirilir.
19. Vərəsəlik hüququnun ümumi müddəaləri
1. Vərəsəlik nə deməkdir?
Vərəsəlik ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) keçməsidir.
2. Miras qoyanın əmlakı vərəsələrə hansı əsaslarla keçir?
Miras qoyanın əmlakı vərəsələrə qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçə bilər.
Qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman
qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən
etibarsız sayılır.
3. Vərəsələr kimlərdir?
1. Qanun üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə
miras qoyanın ölümündən sonra doğulmuş uşaqları ola bilərlər.
2. Vəsiyyət üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər,
habelə miras qoyanın sağlığında mayası bağlanmış və onun ölümündən sonra doğulmuş şəxslər, bu
şəxslərin onun uşaqları olub-olmadığına, habelə hüquqi şəxslər olub-olmadığına baxmayaraq, ola
bilərlər.
46
QANUN ÜZRƏ VƏRƏSƏLİK
4. Qanun üzrə vərəsələr kimlərdir?
Qanun üzrə vərəsəlik zamanı aşağıdakılar bərabər pay hüquqlu vərəsələr sayılırlar:
1. Birinci növbədə - ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər),
valideynlər (övladlığa götürənlər).
(Övladlığa götürülən və onun övladları övladlığa götürənin vərəsələri və ya qohumları kimi
övladlığa götürənin uşaqlarına və onların övladlarına bərabər tutulurlar.)
2. İkinci növbədə - ölənin bacıları və qardaşları. Miras qoyanın bacısı uşaqları və qardaşı uşaqları
və onların uşaqları o halda qanun üzrə vərəsə sayılırlar ki, mirasın açıldığı vaxt miras qoyanın
vərəsəsi olacaq valideynləri sağ olmasın. Onlar qanun üzrə vərəsəlik zamanı onların ölmüş
valideyninə çatası miras payını bərabər olaraq miras alırlar.
3. Üçüncü növbədə - həm ana tərəfdən, həm də ata tərəfdən nənə və baba, nənənin anası və atası,
babanın anası və atası. Nənənin anası və atası, babanın anası və atası o halda qanun üzrə vərəsə
sayılırlar ki, mirasın açıldığı vaxt nənə və baba sağ olmasın.
4. Dördüncü növbədə - xalalar və bibilər, dayılar və əmilər.
5. Beşinci növbədə - xala uşaqları və bibi uşaqları, dayı uşaqları və əmi uşaqları, onlar sağ
olmadıqda isə onların uşaqları.
VƏSİYYƏT ÜZRƏ VƏRƏSƏLİK
5. Vəsiyyət üzrə vərəsəlik nə deməkdir?
Fiziki şəxs ölməsi halı üçün öz əmlakını və ya onun bir hissəsini həm vərəsələr sırasından, həm də
kənar adamlar sırasından bir və ya bir neçə şəxsə qoya bilər. Bunun üçün miras qoyan tərəfindən
vəsiyyətnamə qoyulmalıdır.
6. Vəsiyyətnamə necə tərtib olunur?
Vəsiyyətnamə yazılı formada tərtib edilməlidir. Həm notariat formasında və ya bunsuz yazılı
vəsiyyətnaməyə yol verilir.
Vəsiyyətnamənin notariat forması tələb edir ki, vəsiyyətnaməni vəsiyyət edən özü yazır və
imzalayır, notarius isə təstiqləyir. Vəsiyyətnaməni vəsiyyət edənin sözlərindən iki şahid olmaq şərti
ilə notarius yaza bilər, vəsiyyət edən isə vəsiyyətnaməni notariusun və şahidlərin yanında oxuyub
imzalayır. Əgər vəsiyyət edən hər hansı bir səbəbdən vəsiyyətnaməni özü imzalaya bilmirsə, başqa
fiziki şəxs imzalaya bilər. Bu zaman vəsiyyət edənin hansı səbəbdən vəsiyyətnaməni imzalaya
bilmədiyi göstərilməlidir.
Ev vəsiyyətnaməsi- vəsiyyət edən vəsiyyətnaməni öz əli ilə yazıb imzalaya bilər. Bu halda o,
vəsiyyətnaməni zərfə qoyub bağlayaraq üç şəxsin yanında notariusa (və ya digər notariusa bəbrabər
tutulan şəxsə) verə bilər.
Mirasda məcburi pay nə deməkdir?
Vəsiyyət edənin uşaqlarının, valideynlərinin və arvadının (ərinin) vəsiyyətnamənin
məzmunundan asılı olmayaraq mirasda məcburi payı vardır. Bu pay qanun üzrə vərəsəlik zamanı
onlara çatası payın yarısını (məcburi pay) təşkil etməlidir.
Məcburi pay almaq hüququ olanvərəsə onu qəbul etməkdən imtina edə bilər, lakin bu imtina digər
qanun üzrə vərəsələrin məcburi payının artmasına səbəb olmur. Onun payı vəsiyyət üzrə vərəsələrə
keçir.
Mirasın qəbul edilməsi qaydası nədir?
Mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir.
47
Vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya
əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktiki başladıqda və bununla da mirası qəbul
etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır.
Vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə
edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir.
Miras hansı müddətə qəbul edilə bilər?
Vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə
bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir.
Mirasın qəbul edilməsinin xüsusi müddəti
Əgər miras almaq hüququ digər vərəsələrin mirası qəbul etmədikləri halda yaranırsa, miras onun
qəbulu üçün müəyyənləşdirilmiş müddətin qalan hissəsi ərzində qəbul edilməli, bu müddət altı
həftədən az olduqda isə altı həftəyədək uzadılmalıdır.
Vərəsəlik şəhadətnaməsi nə vaxt verilir?
Vərəsəlik şəhadətnaməsinin verildiyi müddət:
Vərəsəlik şəhadətnaməsi vərəsələrə mirasın açıldığı gündən altı ay keçdikdən sonra istənilən vaxt
verilir. Əgər notariat orqanında şəhadətnamə tələb edən şəxslərdən savayı, başqa vərəsələrin
olmadığı barədə məlumat vardırsa, vərəsəlik şəhadətnaməsi altı aydan da tez verilir.
Vəsiyyətnaməni dəyişdirmək və ya ləğv etmək olarmı?
Vəsiyyət edən vəsiyyətnaməni həmişə dəyişdirə və ya ləğv edə bilər. Bunu aşağıdakı üsullarla
etmək olar:
-
əvvəlki vəsiyyətnaməni və ya onun bir hissəsini ləğv edən yeni vəsiyyətnamə tərtib etməklə
(əvvəlki vəsiyyətnamənin göstərişləri sonrakı vəsiyyətnamə ilə dəyişdirilmədiyi halda
qüvvədə qalır),
-
notariat orqanına ərizə verməklə,
-
vəsiyyətnaməni ləğv etmək üçün onun bütün nüsxələri vəsiyyət edənin özü və ya onun
sərəncamı ilə notarius tərəfindən məhv edilməlidir.
-
Notariat vəsiyyətnaməsi başqa formalı vəsiyyətnamə ilə ləğv edilə bilməz.
20. Hüquqi yardimla bağli uğurlu işlər və maraqli prosesslər
Lənkəran – Hüquqi Yardım Mərkəzi (LRC) – İyul, 2011
Regionlarda ən xarakterik problemlərdən biri vətəndaşların əmək müqaviləsi olmadan işə
cəlb olunması və işlədilməsidir. İşsizliyin ciddi problem olması səbəbindən və bəzi hallarda
işverənin vergidən yayınma və lazımı anda məsuliyyəti öz üzərindən ata bilməsi üçün, vətəndaşlar
bu cür hallara göz yumaraq işyerlərində çalışmağa razılıq verirlər. Bu baxımdan əmək müqaviləsi
olmadan işləyən vətəndaşların daha sonra problemlərlə qarşılaşaraq mərkəzlərimizə hüquqi
məsləhət üçün müraciət etməsi başa düşüləndir. Bununla bağlı mərkəzlərimizə bir çox müracitlər
daxil olub. Xüsusilə bu müraciətləri digərlərindən fərqləndirən əsas cəhət onların kollektiv
müraciətlər olmasıdır. Mərkəzimizə 10 nəfərdən ibarət Masallı və Lənkəran rayon sakini müraciət
edərək bildiriblər ki, onlar hərbi hissələrdən birində təmir-tikinti işlərində çalışmışlar və işləri təhvil
verdikdən sonra onlara haqqları tam ödənilməmişdir. Vətəndaşların şikayəti ilə bağlı bir başa
olaraq müdafiə nazirliyinə müraciət ünvanlanıb və problem iki həftə ərzində yoluna qoyulub,
vətəndaşları almalı olduqları əmək haqqı tam olaraq onlara ödənib.
Digər belə bir hal Lənkəran şəhərində yerləşən hərbi hissədə baş verib. Müdafiə
nazirliyinə göndərilən müraciətə cavab olaraq bildirilib ki, işlər özəl şirkət tərəfindən aparılır və
48
işçilərin əmək haqqının ödənilməsi də məhz şirkətin vəzifəsidir. Lakin cavab məktubunda özəl
şirkətin əlaqə vasitələri və ünvanı göstərilməyib. Bu isə vətəndaşlara həmin şirkəti tapmaqda
çətinlik yaradıb. Təşkilatımız bu işdə də vətəndaşlara köməklik göstərib və şirkətin əlaqə
vasitələrini müəyyənləşdirərək, ora müraciət ünvanlanmasına yardım edib. Şirkətə müraciət
ünvanlandıqdan sonra problem yoluna qoyulub. Vətəndaşların əmək haqqı tam olaraq ödənilib.
Bu iki nümunədən çıxan ümimi nəticə ondan ibarətdir ki, vətəndaşlarla əmək müqaviləsi
bağlanmadan yalnız özəl şirkətlər deyil, eyni zamanda bəzi hallarda dövlət qurumlarının özləri də
fəaliyyət göstərirlər. Bu isə bir başa qanun pozuntusudur və problemin aktuallığını və ciddiliyini
göstərir. Ümumiyyətlə Əmək hüquqları ilə bağlı əksər problemlər vətəndaşların hüquqi
maarifsizliyi, əmək münasibətlərinə girən zaman öz hüquqlarını bilməməsi ilə bağlıdır. Amma digər
bir diqqət ayrılmalı məqam odur ki, vətəndaşlar problemlə qarşılaşdıqları halda onunla yalnız
şəkildə deyil, kollektiv qaydada, birgə mübarizə aparmağa üstnülük verirlər. Kollektiv şəkildə
edilən müraciətlərə daha erkən baxılır və onların həlli daha tez baş verir.
Məhz bu səbəbdən “Şəfafflıq Azərbaycan” təşkilatı 2011-ci il 6 dekabr tarixində Əmək
münasibətləri zamanı qarşıya çıxan hüquq pozmaları mövzusunda Əmək və Əhalinin sosial
müdafiəsi nazirliyi və vətəndaş cəmiyyətinin üzvlərinin də qatıldığı dəyirmi masa keçirib. Bu
dəyirmi masada yuxarıda sadalanan problemlər də daxil olmaq əmək münasibətləri zamanı qarşıya
çıxan digər çatışmazlıqlar da müzakirə edilib və onların həlli ilə bağlı tövsiyyələr səsləndirilib.
Şəki – Hüquqi Yardım Mərkəzi (LRC) - Noyabr 2011
Şəki şəhərinin mərkəzi bazarında bir neçə dükana sahib olan sahibkarın mülkiyyəti haqsız
olaraq onun əlindən alınıb. Haqsız yerə köşklərini itirən sahibkar bununla bağlı məhkəməyə
müraciət edib. Amma sahibkarın ziyanına qərar çıxarılıb. Qarşılaşdığı haqqsızlıqlarla əlaqədar
mərkəzimizə müraciət edən vətəndaşa lazımı məsləhət verilməklə yanaşı, şikayət ərizəsi müvafiq
qurumlara göndərilib. Məsələ ilə bağlı kütləvi informasiya vasitələrində məlumatlar yerləşdirilib və
məhkəmə proseslərinin gedişi müşahidə olunub. Məhz bunun nəticəsində vətəndaş Apelyasiya
məhkəməsində qalib gəlib. Amma daha sonra problem məhkəmə qərarının icra edilməməsi ilə bağlı
yaranıb. Məhkəmə tərəfindən vətəndaşın leyhinə çıxarılmış qərar müxtəlif bəhanələrlə icra
edilməyib. Tərəfimizdən bununla bağlı müvafiq dövlət qurumlarına məlumat verilib və məhkəmə
qərarının tez zamanda icra olunması ilə bağlı tələbimiz çatdırılıb. Bu hadisələrdən sonra Məhkəmə
qərarının icrası istiqamətində işlər görülməyə başlanıb. “Şəffaflıq Azərbaycan” təşkilatının Şəki
mərkəzi işə fəal cəlb olunub və onlar icra prosesini yerində izləyərək baş verən hadisələrlə bağlı
ictimaiyyəti məlumatlandırıblar. Mərkəzimizin hüquqşünasları icra proesesinin gedişində vətəndaşa
daim hüquq məsləhətlər veriblər və onu dəstəkləyiblər. Nəticədə 2011-ci ilin 23 Noyabr tarixində
məhkəmə qərarı tam icra olunub və dükanlar sahibinə təhvil verilib. Hadisədən bir müddət sonra
Şəki şəhər icra hakimi işində yol verdiyi nöqsanlara görə vəzifəsindən azad edilib.
Azərbaycan reallığında vətəndaşların qarşılaşdıqları qanun pozuntusu ilə sonadək
mübarizəsi xarakterik hal deyil. Belə ki, bir çox hallarda vətəndaşlar problemlərini rüşvət verərək
həll edir, bəzən isə haqsız qərarla razılaşmaq məcburiyyətində qalırlar. Amma yuxarıda adını
çəkdiyimiz işdə vəziyyət fərqlidir. Vətəndaş ona qarşı edilən haqsızlıqla barışmamaqla yanaşı,
problemini rüşvət verərək deyil, əksinə hər tərəfli mübarizə ilə yoluna qoymağa çalışır. O vətəndaş
cəmiyyətinin üzvlərini də prosesə cəlb etməklə, onun əhatə dairəsini daha da genişləndirir. Bu kimi
işlər insanları öz hüquqlarını müdafiə etməyə həvəsləndirir və vətəndaşlarla, ictimai təşkilatlar
arasında inamı gücləndirir. Baş verənlərə şahid olan digər sahibkarlar da qarşılaşdıqları oxşar
problemlərlə bağlı müvafiq qürumlar qarşısında məsələ qaldırdıqdan sonra isə günhkarlar barəsində
daha ciddi tədbirlər görülür. Prosesdən bir müddət sonra şəki şəhər icra hakiminin vəzifəsindən
uzaqlaşdırılması məhz bu amillə bağlıdır.
Quba – İctimai Maraqların Qorunması və Hüquqi Məsləhət Mərkəzi – Avqust 2011
49
Quba şəhəri sakini Quba ALAC ofisinə müraciət edərək aldığı ticarət obyektinin Daşınmaz
Əmlakın Dövlət Reyestri tərəfindən qeydiyyata alınmamasından şikayətini bildirmişdir. Vətəndaş
DƏDRX-nin Xaçmaz ərazi idarəsi tərəfindən onun ərizəsinə cavab olaraq verilən məktubunda,
haqlı olaraq bildirilirdi ki, alqı-satqı müqaviləsi notarial qaydada təsdiq olunmadığı üçün AR MM-
nin 146.1-ci maddəsinə əsasən o qəbul edilə bilməz. Alqı-satqı müqaviləsinin digər tərəfi olan,
tərəfindən müqavilənin rəsmi möhür ilə təsdiqlədiyini bildirərək notarial qaydada müqavilənin
yenilənməsindən imtina etmişdir.
Vətəndaşa əqdin bağlanmış hesab edilməsinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət
etmə hüququ izah edilmişdir. Vətəndaşın xahişi ilə iddia ərizəsi tərtib edilmiş və vətəndaş
məhkəməyə müraciət etmişdir. Quba ALAC ofisi vətəndaşı Məhkəmədə təmsil etmişdir. Quba
rayon məhkəməsinin Qətnaməsi ilə İddia tələbi təmin edilmişdir.
Bu işdən görüldüyü kimi vətəndaşlar bir çox hallarda öz hüquqları barədə tam məlumatlı
olmurlar və müxtəlif qurumlar onların məlumatsızlığından istifadə edərək süni əngəllər yaradırlar.
ALAC layihəsinin köməkliyi ilə vətəndaşlara onların hüquqları izah olunur və onlar bu qurumlar
qarşısında öz hüquqlarını daha inamlı şəkildə qoruyurlar. Bu məsələ digər vətəndaşlar üçün də
nümunə təşkil edir və onları hüquqların pozulmasına qarşı mübarizədə həvəsləndirir.
Gəncə- – Hüquqi Yardım Mərkəzi (LRC)
Oktyabr, 2010
“Şəffaflıq Azərbaycan” təşkilatının Gəncə mərkəzinə müraciət edən bir qrup vətəndaş
Goranboy rayonu qəsəbələrindən birində yerləşən onlara məxsus və şəxsi mülkiyyətlərində olan
torpaq sahələrinin Azenerji ASC və Goranboy rayon İcra Hakimiyyəti tərəfindən qanunsuz olaraq
zəbt edildiyini bildiriblər. Belə ki, bu vətəndaşların Hüquqi savadsızlığından istifadə edərək onların
Torpaq Şəhadətnamələri əllərindən alınıb və nəticədə Azenerji ASC tərəfindən şəxsi mülkiyyətdə
olan torpaq sahələri qanunsuz olaraq zəbt edilmişdir.
Vətəndaşların məsələ ilə bağlı müraciətinin ardından lazımı sənədlər toplanaraq “dəymiş
maddi ziyanın ödənilməsinə dair” İddia Ərizəsi hazırlandı və məhkəməyə müraciət edildi. İşə
aidiyyatı üzrə Gəncə İnzibati-İqtisadi Məhkəməsində baxıldı və vətəndaşların leyihinə qərar
çıxarıldı. Nəticə etibarı ilə Azenerji ASC vətəndaşların Mülkiyyət Hüquqlarını pozduğuna görə
Konpensasiya ödəməli oldu.
İcra hakimiyyətinin nümayəndəsi vətəndaşlardan onları aldadaraq torpaq şəhadətnamələrini
alması ilə öz səlahiyyətlərini aşmışdır.
Azernerji ASC isə vətəndaşların xüsusi mülkiyyətində
olan torpaq sahələrini qanunsuz olaraq zəbt etməsi ilə Azərbaycan Respublikasının
Konstitusiyasında göstərilən mükiyyət hüququnu, o cümlədən “Torpaqların Dövlət ehtiyacları üçün
alınması” haqqında Azərbaycan Respublikası qanunundan irəli gələn tələbləri və Mülki Məcəllə ilə
qorunan şəxsin mülkiyyət hüquqlarını pozmuşdur.
Azenerji tərəflərlə uzun müddətdən sonra razılığa gələrək Kompensasiya ödəməyi qəbul
edib və Məhkəmə Barışıq Sazişi imzalanıb.
GƏNCƏ- İctimai Maraqların Qorunması və Hüquqi Məsləhət Mərkəzi (ALAC)
Payız 2011
“Şəffaflıq Azərbaycan” təşkilatının ALAC Gəncə mərkəzinə müraciət edən vətəndaş
yaşadığı yerə qaz çəkmək üçün ondan 600 manat pul alınsa da onun evinə qaz çəkilmədiyini
bildirmişdir. Vətəndaşın şikayəti əsasında Azərbaycan Respublikası Dövlət Neft şirkəti “Azəriqaz”
İstehsalat birliyinə müraciət ünvanlanmışdır. Qurumdan məsələyə tez bir zamanda diqqət
göstərilmiş və problemin aradan qaldırılması üçün işlər görülmüşdür. Bildirmidir ki, texniki şərt
əsasında layihədə nəzərdə tutulan tikinti-quraşdırma işləri başa çatdırıldıqdan, “Azəriqaz” İB
tərəfindən qaz sayğacı quraşdırıldıqdan və istismara qəbul edildikdən sonra göstərilən ünvandakı
fərdi evə təbii qazın verilməsi müvafiq qaydada təmin edilmişdir. Müraciətçi ofisə gələrək ondan
alınan məbləğin geri qaytarıldığını bildirmişdir.
50
Buna bənzər digər bir problemdə isə müraciətçi bildirilmişdir ki, onun yaşadığı mənzilə qaz
xəttinin çəkilməsi üçün dövlət rüsumu keçirməsinə baxmayaraq ondan əlavə 300 manat pul tələb
olunur. Vətəndaşın ərizəsi əsasında məsələ ilə bağlı Azərbaycan Respublikası Dövlət Neft şirkəti
“Azəriqaz” İstehsalat birliyinə müraciət ünvanlanmışdır. Məhz bundan sonra vətəndaşın problemi
öz həllini tapıb. Belə ki, qurumdan gələn cavabda bildirilir ki, yeni yaşayış sahələrinin və evlərin
qazlaşdırılmasının “Bir pəncərə prinsipi” ilə icra olunması üçün Azəriqaz istehsalat birliyi
tərəfindən təlimat hazırlanmışdır. Həmin təlimatın tələbinə uyğun olaraq mülkiyyət və qeydiyyatla
bağlı aidiyyatı sənədlər əlavə olunmaqla evin layihə smeta sənədlərinin hazırlanması üzrə xərclərlə
razılaşmaqla nömrələnmiş ərizə forması Gəncə Qaz İstismar sahəsində imzalanmış, müraciətçinin
evinə qaz sayğacı quraşdırılmış, evə təbii qaz verilmişdir. Müraciətçi ofisə gələrək ondan ancaq
sayğacın pulunun alındığını və digər məbləğin isə ona geri qaytarıldığını bildirmişdir.
“Şəffaflıq Azərbaycan” təşkilatının ALAC Gəncə mərkəzinə gələn vətəndaş ünvanlı sosial
yardım (ÜSY) almaq üçün Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Gəncə mərkəzinə
müraciət edərkən süründürməçiliklə üzləşdiyini bildirmişdir. Məsələ ilə əlaqədar ƏƏSM
Nazirliyindən gələn cavabda vətəndaşın ünvanlı sosial yardım almaq üçün Gəncə şəhər əhalinin
sosial müdafiəsi mərkəzinə rəsmi qaydada müraciət etmədiyi göstərilmiş, bununla belə vətəndaşın
mərkəzə dəvət olunaraq, ünvanlı sosial yardımla bağlı mövcud olan qanunvericilik barədə ona
ətraflı məlumat verildiyi, ailəsinin ünvanlı sosial yardım hüququnun müəyyən edilməsi üçün zəruri
sənədləri təqdim etməklə Mərkəzə rəsmi qaydada müraciət etməsi tövsiyyə olunmuşdur. Müraciətçi
ofisə gələrək ona ÜSY təyin olunduğunu bildirmişdir.
Bakı- İctimai Maraqların Qorunması və Hüquqi Məsləhət Mərkəzi (ALAC)
Dekabr 2011
“Şəffaflıq Azərbaycan” təşkilatının Bakı mərkəzinə müraciət edən vətəndaş elektrik enerjisindən
istifadəyə görə ona haqsız yerə borc yazıldığını bildirib. Vətəndaş tərəfindən Bakıelektrikşəbəkəyə
dəfələrlə müraciət edilməsinə baxmayaraq onun şikayətinə baxılmamış, vətəndaş süründürməçiliyə
məruz qalmışdı. Tərəfimizdən Bakıelektrikşəbəkəyə müraciət edildikdən sonra vətəndaşın
şikayətinə baxılıb və o Abonent şöbəsinə dəvət olunub. Araşdırmalar nəticəsində məlum olub ki,
vətəndaşa borc haqsız yerə yazılıb. Yekunda borc silinib. Təşkilatımıza göndərilən məktubda
bildirilir ki, enerji sərfiyyatına görə vətəndaşın Bakıelektrikşəbəkəyə heş bir borcu qalmayıb.
Fevral 2012
Bakı mərkəzinə müraciət edən vətəndaş ona Əmək və Əhalinin Sosial müdafiəsi nazirliyinin yerli
bölmələri tərəfindən haqsız olaraq ona ünvanlı sosial yardımın təyin edilmədiyi barədə şikayətini
bildirib. Vətəndaşın ərizəsi əsasında məsələ ilə əlaqədar olaraq müvafiq dövlət qurumuna müraciət
göndərilib. Məhz təşkilatın məsələyə müdaxiləsinin ardından problem yoluna qoyulub və haqsız
yerə təyin edilməsindən imtina olunan ünvanlı sosial yardım vətəndaşa verilib. Vətəndaş
mərkəzimizə gələrək probleminin yoluna qoyulmasına göstərdiyimiz yardıma görə minnətdarlığını
bildirib.
51
“ŞƏFFAFLIQ AZƏRBAYCAN”
KORRUPSİYAYA QARŞI MÜBARİZƏ İCTİMAİ BİRLİYİNİN
Qaynar Xətlər
Bakı
088 707 07 07
Gəncə
088 202 02 02
Lənkəran
088 303 03 03
Quba
088 404 04 04
Şəki
088 505 05 05
52
i
27 oktyabr 2009-cu il tarixli 904-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan”
qəzeti, 11 noyabr 2009-cu il, № 252, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2009-cu il, №
11, maddə 879) ilə 7-ci maddənin “ 5 il” sözləri “ 12 il” sözləri ilə əvəz edilmişdir və məzmunda “ Qeyd”
hissəsi əlavə edilmişdir.
Document Outline - 10. Şəxsiyyət vəsiqəsi olmadan və ya yaşayış yeri üzrə qeydiyyatdan keçmədən yaşamasına görə qanunla hansı inzibati məsuliyyət müəyyən olunmuşdur?
Dostları ilə paylaş: |