Ekspertizasi dərsliK



Yüklə 3,31 Mb.
Pdf görüntüsü
səhifə7/34
tarix21.04.2017
ölçüsü3,31 Mb.
#14993
1   2   3   4   5   6   7   8   9   10   ...   34

1.3.2. Piv

ə

nin qida d

ə

y

ə

ri 

 

Pivənin insan orqanizminə faydalılığı ilkin xammalın kimyəvi 

tərkibindən asılıdır. Pivə bir sıra vacib komponentlərə malik olub

ondan vitaminlər, mineral maddələr və üzvi turşular daha vacib yer 

tutur.  Az  miqdarda  karbonatlar  və  azotlu  maddələr  də  olur.  Bu, 

digər alkoqollu içkilərlə müqayisədə pivənin olduqca yüksək qida 

və enerji dəyərini müəyyən edir. 

B  qrup  vitaminləri  pivədə  əsaslı  yerə  malik  olub,  1  dm

3

-da 


miqdarı  yaşlı  insanın  gündəlik  tələbatının  10-35%-i  təşkil  edir. 

Belə ki, ilkin şirəsinin ekstraktlığı 10% olan 1 dm

3

 pivə 20-50 mkq 



tiaminə, 340-560 mkq riboflavinə, 800-900 mkq nikotin turşusuna 

malik olur. Mineral maddələrdən pivədə 0,4-1,0 q/dm

3

 miqdarında 



olan fosfatları qeyd etmək olar. 

Beləliklə, pivə kifayət qədər yaxşı enerji mənbəyi olub, digər 

alkoqollu içkilərdən, o cümlədən araqdan fərqli olaraq onda olan 

kalori «boş» deyildir. 

Mayaotununu  acı  maddələri  öd  ifrazını  artırır  və  həzm 

prosesini  yaxşılaşdırır.  Pivənin  kolloidləri  həzm  aparatında 

emulqator  və  disperqator  rolu  oynayaraq  qidanın  həzmə 

gediciliyini  yaxşılaşdırır.  Bu  hər  şeydən  əvvəl  dekstranlara, 

yüksək molekullu zülallara və şimin maddələrinə aiddir. 

Çox  saylı  tədqiqat  və  müşahidələr  pivənin  tərkibində  olan 

vitaminlər,  mineral  maddələr,  üzvi  turşular,  azotlu  maddələr  və 

onların  komplekslərinin  sağlam  və  xəstə  orqanizmin  mübadilə 

proseslərinə yaxşı təsir etdiyini sübut edir. 

Lakin  onu  da  qeyd  etmək  lazımdır  ki,  pivə  –  alkoqollu  içki 

olub, faydalı və ya faydasız olmasını onun içilən miqdarı müəyyən 

edir. Pivənin normadan artıq içilməsi orqanizmdə zərərli fəsadlar 



86 

və  alkoqolizm  yarada  bilər.  Elmi-tədqiqat  məlumatlarının  təhlili 

göstərir  ki,  ayrı-ayrı  fərdlər  üçün  zərərsiz  və  müəyyən  insanlar 

üçün faydalı istehlak dozası günə 330 q (13,2 q spirt) pivədir.  

Pivədə  bu  və  ya  digər  qida  maddələrinin  miqdarı  məhsulda 

onların 100 sm

3

-da kütlə payı ilə (q, mq, mkq və s.), enerji dəyəri 



isə – 100 sm

3

 məhsulda kilokalorii ilə ifadə olunur. 



 

1.3.3. 

İstehsal texnologiyası

 

 

1.3.3.1. Piv

ə

 

istehsalının qısa tarixi

 

 

Pivə insan cəmiyyəti tarixində hazırlanan ən qədim alkoqollu 

içkidir. Pivə hazırlanmasına dair ilk məlumatlar bizə şümerlərdən 

gəlir.  Onlar  təqribən  9  min  il  bundan  əvvəl  arpa  səmənisindən 

istifadə  etməklə  içki  hazırlamağı  bacarmış  və  onun  reseptini 

daşlarda  əks  etdirmişlər.  5  min  il  bundan  əvvəl  pivəbişirmə 

prosesinin bütün xırdalıqları mixi qrafikalı mətnlərdə yazılmışdır. 

Qədim xalqlara pivənin çoxlu sortları, o cümlədən arpadan acı və 

bal əlavə olunmaqla hazırlanan yumşaq dadlı pivələr məlum idi. 

Mesopotomiyada yaşayan şumerlər və digər xalqlardan pivə 

bişirmək bacarığı qədim Misirə də yayılmışdı. Burada kasıbların 

əsas qidası pivə, həmçinin soğan və çörək idi.  

Slavyan  xalqlarında  pivənin  mövcudluğuna  dair  ilk 

məlumatlar  448-ci  ilə  aiddir.  Həmin  məlumata  görə  Xəzərlər 

Yunan səfirini pivəyə qonaq etmişlər. IX əsrdə pivəbişirmə artıq 

Kiyev və Novqorod torpaqlarında da yayılmışdı. 

Rusiyada  pivəbişirmənin  tarixi  XX  əsrin  əvvəllərindən 

başlamış və bir çox kataklizmlərlə müşayət olunmuşdur. 1910-cu 

ildə  sərxoşluqla  mübarizəyə  dair  birinci  ümumrusiya  qurultayı 

keçirildi.  Onun  nəticəsi  olaraq  kütləvi  şəkildə  pivə  köşkləri 

bağlandı və pivə istehsalı dayandırıldı. 1914-cü ildə Birinci Dünya 

müharibəsinin  başlanması  ilə  əlaqədar  olaraq,  nəinki  araq  hətta 

pivə  satışının  qadağan  olunmasına  dair  fərman  verildi.  Məhsul 


87 

istehsal edən müəssisələr bağlanıldı. Moskva soveti pivənin su ilə 

yarıbayarı  duruldularaq  içilməsinə  icazə  verdi  və  belə  pivənin 

satışı 1921-ci ilədək davam etdi. 

Sonrakı  on  illiklər  ərzində  köhnə  pivə  zavodları  yeniləri ilə 

əvəz  olundu.  Pivəbişirmə  sənayesi  yenidən  quruldu  və  inkişaf 

etdirildi.  

1985-ci ildəki məlum Qorbaçov qərarı pivə sənayesinə də öz 

zərərini  vurdu.  1989-cu  ildə  bu  çətinlikləri  arxada  qoyan 

pivəbişirmə sənayesi yenidən inkişaf yolunu tutdu. 

Azərbaycanda  pivə  istehsalına  keçən  əsrin  60-cı  illərində 

başlanılmışdır. Abşeronun Zığ kəndində  bu məqsədlə kiçik pivə 

zavodu  işə  salınmışdı.  Daha  sonra  Xırdalan  zavodu  işə  düşdü 

(1969).  Zavod  1997-ci  ildə  «Group  Castel»  konsernin 

mülkiyyətinə keçdi. 2008-ci ilin may ayında «Baltika» şirkəti və 

«Brasseries  İnternationales  Holding»  (Eastern)  LTD  «Xırdalan» 

zavodunu satın aldılar. 

Baltika  məhsulları  dünyanın  50  ölkəsində  satılır.  Rusiyada 

ixrac edilən pivənin 70%-i onun payına düşür. Bu şirkət Xırdalan 

zavodunu  aldıqdan  sonra  onun  adını  dəyişərək  «Baltika-Baku» 

qoymuşlar. Şirkətin məhsulları Azərbaycan pivə bazarının 75%-ni 

əhatə edir. 

Azərbaycanda bir pivə zavodu da Çexiya pivəsi istehsalı ilə 

məşğul  olmaqla  yeni  açılmışdır.  Həmin  zavod  ildə  150  min  dal 

pivə istehsalı gücündədir. 

Çinlilər  də  Azərbaycanda  pivə  müəssisəsi  yaradır.  Yeni 

zavodun  gündə  6  min  ton  pivə  istehsal  edəcəyi  planlaşdırılır. 

Azərbaycan pivələri müxtəlif növ qablarda buraxılır (şəkil 1.5). 

Avropada  müsəlmanlar  üçün  ilk  pivə  Belçikada  buraxılıb. 

«Sultan» adlanan pivə Brüsseldə istehsal olunan albalı pivəsinin 

spirtsiz analoqudur. Ona halal sertifikatını Əlcəzairdən olan imam 

verib. Yeni pivənin Fransa, Almaniya, Tunis və Küveytə ixracı da 

nəzərdə tutulub. 

Həqiqi  pivə  5,4  h.%-ə  qədər  spirtliyi  olan  pivələr  hesab 

olunur. Bundan yüksək olanlar ya qeyri pivə maya ştammlarından 


88 

istifadə edilməklə və ya spirt əlavə olunmaqla hazırlanır. 

Pivənin bütün sortları 1,8-7,0 h.% spirtə və 0,3-0,5% karbon 

qazına malik olur. 

 

 

 



Şə

kil 1.5. Az

ə

rbaycanda istehsal olunan piv

ə

 

nümunə

l

ə

ri 

 

1.3.3.2. 



İ

stehsal

ın texnoloji mə

rh

ə

l

ə

l

ə

ri 

 

Səmənidən  pivə  istehsalının  texnoloji  sxemi  bir  neçə 

mərhələni  əhatə  edir.  Səməninin  təmizlənməsi  və  əzilməsi,  pivə 

şirəsinin  hazırlanması,  onun  xüsusi  maya  irqləri  tərəfindən 

qıcqırdılması, durultmaq və yetişdirmək üçün yaşıl pivənin aşağı 

müsbət temperaturda uzun müddətli yetişdirilməsi; hazır pivənin 

süzülməsi və doldurulması, pivənin pasterizəsi. 

Pivə  istehsalında  4  komponentdən  istifadə  olunur:  səməni, 

mayaotu, su və maya. 

Su. Suyun keyfiyyətini onda olan Ca

++

 ionları və karbonatların 



qatılığı  müəyyən  edir.  Bu  məqsədlə  yumşaq  sudan  istifadə 

olunması daha məqsədəuyğundur. 



Mayaotu  (xmel).  Mayaotu  5-8  m  uzunluğunda  bitkidir. 

Yerüstü hissəsi hər il məhv olsa da çoxillikdir. Mayaotunda 200-ə 



89 

qədər  dad  maddələri  vardır.  Erkək  və  dişi  bitkilər  fərqləndirilir. 

Pivəbişirmədə istisna səviyyədə yalnız dişi bitkinin çiçəklərindən 

istifadə  olunur.  Mayaotunun  geniş  yayıldığı  yerlər  Bavariya 

(Cənubi  Almaniya),  Boqemiya  (Çexiya),  Çuvaşiya  (Rusiya), 

Oreqon, Vaşinqton, Aydaxo (ABŞ) və Böyük Britaniyadır. 



Mayalar.  Bu  məqsədlə  Saccharomycetaseae  ailəsinə  daxil 

olan mayalardan istifadə edilir. Pivə mayaları təbiətdə təsadüfən 

rast gəlinir. 100 illərlə seleksiya seçimləri ilə bu məqsədlə yararlı 

ştamlar  alınmışdır.  2  növü  istifadə  olunur:  yuxarı  qıcqırma 

mayaları və aşağı qıcqırma mayaları. 

Səməninin alınması. Pivə bişirmə istehsalının əsas mərhələsi 

hesab olunur. Bu zaman arpa cücərdilir və cücərmə zamanı əmələ 

gələn  diastaza  fermenti  nişastanı  maltozaya  (səməni  şəkəri) 

çevirir.  Həmin  fermentin  təsiri  altında  fermentləşmiş  kütlə 

(əzilmiş səməninin su ilə qarışığı) şəkərləşir, şirəyə çevrilir, o isə 

öz növbəsində qıcqıraraq cavan pivəyə çevrilir (şəkil 1.6). 

Səməni alınmasına arpanın isladılması ilə başlanır. Ağac, çən 

və  çəlləkdə  də  isladılma  aparıla  bilir.  Çəllək  yarıyadək  su  ilə 

doldurulur,  2-3  gün  saxlanır  ki,  su  bir  qədər  durulsun,  sonra 

tədricən  dənlə  doldurulur.  3-4  saatdan  sonra  üzə  çıxan  yüngül 

qarışıqlar  ələklə  götürülür,  sonra  dənin  üstündən  10-15  sm-dən 

artıq olan su götürülür. Yaxşı olar ki, bu məqsədlə temperaturu 10-

15

0

C  olan  yumşaq  sudan  istifadə  olunsun.  İsladılmada  dənin 



zibilləri suya keçdiyindən suyun vaxtaşırı dəyişdirilməsi aparılır. 

Adətən isti havada 12 saatdan bir, soyuqda gündə bir dəfə dəyişilir. 

İsladılma qarışdırmaqla 2-5 gün müddətində dənin tam şişməsinə 

qədər davam etdirilir. 

Cücərtilər  yarandıqdan  sonra  onlar  müxtəlif  üsullarla  kənar 

edilir.  İstehsal  olunan  pivənin  tipindən  asılı  olaraq  cücərtilər 

qurudulur  yaxud  yandırılır.  Bu  prosesin  kifayət  qədər 

avtomatlaşdırılması  mümkün  olmadığından  və  belə  avadanlıqlar 

baha  olduğundan  keyfiyyətli  xammal  xaricdən  alınır  və  çox 

bahadır. 

Qurudulma  rejimindən  asılı  olaraq  səməni  açıq  və  ya  tünd 


90 

rəngli olur. Açıq səməni cücərmiş dənin 75-80

0

C temperaturda 16 



saat  qurudulması  ilə;  tünd  isə  –  yaşıl  səməninin  48  saat  daha 

yüksək  temperaturda  və  nəhayət  105

0

C  temperaturda  sonuncu 



yetişdirilməsi ilə alınır. 

Səməni qurudulduqdan və cücərtilər ayrıldıqdan sonra yetiş-

dirilmə  3-5  həftə  anbarda  aparılır.  Bu  zaman  səməninin 

xüsusiyyətləri yaxşılaşır. 

 

 

Şə



kil 1.6. S

ə

m

əni istehsalının texnoloji sxemi

 

 

Bəzi hallarda pivəyə daha tünd rəng və müəyyən dad vermək 



üçün karamel yaxud qovrulmuş səmənidən istifadə edilir. Karamel 

səmənisi açıq səməninin 120-170

0

C temperaturda qızdırılması ilə, 



91 

qovrulmuş  –  əvvəlcədən  nəmləndirilmiş  səməninin  240-260

0



temperaturda  qovrulması  ilə  alınır.  Həm  karamel,  həm  də 



qovrulmuş səməni yüksək rəngliliyi, güclü ətri ilə fərqlənir. Bu isə 

şəkərlərin karamelləşmə məhsulları və melanoidin birləşmələrinin 

əmələ gəlməsi nəticəsindədir. 

Cücərtilər  kənar  edildikdən  sonra  səmənini  xırdalayır  və 

əzirlər.  Bu  zaman  səməni  unu  adlanan  kütlə  alınır.  Onu  xüsusi 

qazan yaxud çəndə su ilə qarışdıraraq zator – yığın – fermentləşən 

kütlə  alırlar.  Əzilmiş  kütlənin  su  ilə  (75

0

C)  qarışdırılması 



fermentləşdirmə,  alınan  məhsul  isə  fermentləşmiş  kütlə  adlanır 

(şəkil 1.7). 

Fermentləşmiş  kütlə  tədricən,  müəyyən  vaxt  kəsiyində 

alınacaq  pivənin  sortundan  asılı  olaraq  müəyyən  temperatura 

qədər  qızdırılır.  Bu  prosesdə  səmənidə  olan  nişasta  həll  olan 

maddələrə  –  qıcqırdılan  və  qıcqırdılmayan  şəkərlərə  çevrilir. 

Yenidən  əmələ  gəlmə  müxtəlif  fermentlərin  iştirakı  ilə  gedir. 

Sonra  şirə  xırda  hissəciklərdən  ayrılır.  Xırda  hissəciklər  əsasən 

dənin qabığından və həll olmayan proteinlərdən ibarət olur. Şirə 

isə  fermentləşmiş  kütlədən  ayrılan  duru  hissəyə  deyilir.  Belə 

ayrılma  filtr  –  çəndə  gedir.  Fermentləşmiş  kütləni  buraya 

qazandan vururlar. 



Bişirmə. Filtrasiyadan sonra şirə xüsusi qazana yığılır. Sonra 

onu  şirə  toplayıcı  qazanda  qaynadırlar.  Qaynama  zamanı  şirəyə 

mayaotu əlavə olunur. O, pivəyə  səciyyəvi ətir və dad  verən acı 

maddələrə malikdir. Bundan əlavə mayaotu pivənin köpük əmələ 

gətirmə xüsusiyyətini və davamdıdığını yaxşılaşdırır. Qaynatma-

dan sonra hidrosiklonda zülalların, mayaotu qalıqlarının və digər 

həll  olmayan  hissəciklərin  ayrılması  baş  verir.  Sonra  şirə  – 

qıcqırma  çənlərinə  vurularkən  lövhəli  pasterizatorda  lazım  olan 

temperatura qədər soyudulur. 

Qıcqırma. Qıcqırma prosesi üçün SKT (silindr konus şəkilli 

tanklar)  adlandırılan  qablardan  istifadə  olunur.  Soyuq  şirə  ona 

aşağıdan daxil olur və onun axınına mayalar vurulur. 

Qıcqırma  zamanı  şirədə  olan  şəkər  mayalarla  qıcqırdılır  və 



92 

nəticədə etil spirti və karbon qazı əmələ gəlir. 

 

 

Şə



kil 1.7. Piv

ə

 

istehsalının texnoloji sxemi

 

 

Qıcqırmanın tez başlanması vacibdir. Əks halda pivə mayaları 



ilə bakteriya və yabanı mayaların rəqabəti başlayır. 

12 saat müddətində qıcqırmanın başlanması əlamətləri goru-

nür. Şirə bu halda karbon qazı ilə doyur və onun səthində xırda qaz 

qabarcıqları əmələ gəlir. Temperatur yüksəlməyə başlayır. 

Qıcqırmada  digər  maddələrlə  yanaşı  istilik  ayrılmasına 

başlanır.  Bu  halda  temperaturun  sabit  saxlanmasının  gələcək 



93 

pivənin dadında mühüm rolu vardır. 

Bütün qıcqırma prosesində karbon qazı əmələ gəlir. Onun bir 

hissəsi pivədə həll olur. Bir qədərdən sonra isə pivə karbon qazı 

ilə doyur. Çıxmaqda davam edən CO

2

 isə xüsusi boru ilə tankdan 



kənar  edilir.  Proteinlərin  çox  hissəsi  lopa  əmələ  gətirir  və  dibə 

çökür. Bu hissə fəaliyyətini başa vurmuş mayalarla kənar edilir. 

Şirədə  olan  demək  olar  ki,  bütün  qıcqırdılan  şəkərlər  emal 

olunduqdan sonra qıcqırma dayandırılır. 

Bişirmədən  sonra  şirə  mayaotundan  ayrılır  və  ona  mayalar 

əlavə  olunur.  Qıcqırma  2  mərhələdə  gedir:  əsas  qıcqırma  və 

sonadək qıcqırma. 

Qıcqırmanı  aparan  mayaların  mühitdə  yerləşməsinə  görə, 

başqa sözlə yayıldığı yerə uyğun olaraq yuxarı və aşağı qıcqırma 

fərqləndirilir.  Yuxarı  qıcqırma  mayenin  üst  qatına  yaxın  hissədə 

qıcqırma aparan mayalar – Saccharomycetaseae Scerevisiae tərə-

findən, aşağı qıcqırma isə alt qatda qıcqırma aparan Saccharom-

ycetaseae  Carlsbergensis  mayaları  tərəfindən  həyata  keçirilir. 

Adətən yuxarı qıcqırma bir qədər yüksək temperaturda (15-21

0

C), 


aşağı  qıcqırma  isə  nisbətən  aşağı  temperaturda  (6-9

0

C)  gedir. 



Ümumiyyətlə  isə  qıcqırma  əsas  və  sonadək  qıcqırma  kimi 

fərqləndirilir. Əsas qıcqırma pivənin sortundan asılı olaraq 5-9

0



temperaturda  7-9  gün  müddətində  aparılır.  Nəticədə  yaşıl  pivə 



adlanan cavan pivə alınır və qapalı silindrşəkilli qaba (lager tank-

larına) sonadək  qıcqırdılmaq  üçün  vurulur.  Sonadək  qıcqırdılma 

0-2

0

C temperaturda 21 gündən (Jiquli pivəsi üçün) 9 gün (Lenin-



qrad  pivəsi  üçün) arasında  dəyişir.  Pivənin  qıcqırma  və  sonadək 

qıcqırdılmasında fasiləsiz və sürətli üsullardan istifadə edilməklə 

müddəti qısaltmaq mümkündür. 

Filtrasiya. Yuxarıda qeyd olunan qaydada alınan pivə bula-

nıqdır və ona görə də onun filtrdən keçirilməsi vacibdir. Əvvəlcə 

pivəni  separatorlardan  keçirir  və  daha  iri  hissəcikləri  ayırırlar. 

Sonra  kizelqur  filtrində  zərif  filtrasiya  edilir.  Bu  əməliyyatdan 

sonra pivə tam şəffaflaşır və doldurulmaya hazır olur. 

Hazır pivə doldurulmaya qədər aşağı temperaturda forfaslarda 



94 

(doldurulan pivə üçün toplayıcı) saxlanır. 



Doldurma. Müxtəlif qablara doldurulur. Bu məqsədlə çəllək 

yaxud  tünd  şüşədən  hazırlanan  butulkalardan  istifadə  olunur. 

Çünki işığın təsiri ilə rəng dəyişir, dad və ətir pisləşir. Tez xarab 

olan məhsul kimi pivə xarici şərait amillərinə çox həssasdır. Ona 

görə  də  onu  doldurduqda  havadan  və  çirklərdən  qorumaq  tələb 

olunur.  Qablama  möhkəm  yuyulmaqla  və  daxilə  düşən  havanı 

kənarlaşdırmaqla aparılır. 

Doldurmada  pivə  pasterizə  edilə  bilər.  Bu,  mikroorqanizm-

lərin inkişafının qarşısını almaq üçündür. 

Reseptdən, hazırlanma texnologiyasından və dad xüsusiyyət-

lərindən asılı olaraq pivə açıq və tünd olmaqla 2 qrupa bölünür: 

açıq pivə zərif, asan bilinən mayaotu acılığı və ətri ilə seçilir; tünd 

– mötədil mayaotu acılığına və səməni dadına malikdir. Açıq pivə 

sortları  hazırlamaq  üçün  açıq  səmənidən,  tünd  üçün  –  xüsusi 

hazırlanmış  tünd  karamel  yaxud  qovrulmuş  səmənidən  istifadə 

edilir. 


 

1.3.4. Eynil

əşdirmə

 v

ə

 ekspertiza 

1.3.4.1. Q

əbul qaydası və

 

nümunənin götürülmə

 

metodu 

  

Pivənin qəbulu və nümunənin götürülməsi standartın (12786-



80) tələblərinə uyğun yerinə yetirilir. Pivə partiyalarla qəbul edilir. 

Bircinsli istehlak və nəqliyyat taralarında, eyni doldurulma tarixli 

və keyfiyyətə dair vahid sənədlə rəsmiləşdirilən eyni adlı məhsul 

miqdarı partiya hesab olunur. Pivə qəbul edilərkən müşayətedici 

sənədə uyğun olaraq qablamaların miqdarı müəyyən olunur. Sonra 

normativ-texniki  sənədləşmələrə  uyğun  olaraq  istehlak  və 

nəqliyyat taralarının markalanması yoxlanır. 

Butulkaya  doldurulmuş  pivənin  keyfiyyətinin  qiymətlən-

dirilməsi  qruplarda  birləşdirilən  göstəricilərə  görə  müəyyən 

olunur (cədvəl 1.25). 



95 

Cədvəl 1.25 

Pivənin keyfiyyətinin qiymətləndirilməsinin 

qruplaşdırılmış göstəriciləri 

Göstərilər  

Qruplar  

Qabın xarici tərtibatı, pivənin xarici görünüşü 

(şəffaflığı, kənar qarışıqların olması) 

Karbon qazının kütlə payı, köpüyün hündürlüyü və 



dayanıqlığı, spirtin həcmdə payı 

İlkin şirənin ekstraktlığı, turşuluq, dayanıqlıq, rənd 



Dad və ətri 

Doldurulma dolğunluğu 



 

QEYD: Pivənin dayanıqlığı yalnız hazırlayıcı müəssisədə təyin 



olunur. 

 

Butulkaya doldurulmuş pivəni birinci və ikinci qrup keyfiyyət 



göstəricilərinə  görə  ekspertiza  etdikdə  məhsul  vahidinin  seçimi 

təsadüfi  seçim  metoduna  uyğun  18231-73  saylı  QOST-a  əsasən, 

analizin  məqsədindən  asılı  olaraq  isə  18242-72  saylı  QOST-a 

uyğun (cədvəl 1.26) aparılır. 

Cədvəl 1.26 

Pivə partiyasının 

həcmi, but 

Birinci qrup / ikinci qrup 

Nümunələrin 

miqdarı, but 

Qəbul edilən 

ədəd, but 

501-1200 

20/5 


2/1 

1201-10000 

32/5 

3/1 


10001-35000 

50/5 


5/1 

35001-50000 

80/8 

7/2 


500001-dən çox 

125/8 


10/2 

 

Butulkaya doldurulmuş pivə partiyası o vaxt qəbul edilir ki, 



qüsurlu butulkaların sayı (deformasiya, çat, etiket çəpliyi, tək-tək 

kənar  qarışıqların  olması)  birinci  yaxud  ikinci  qrup  keyfiyyət 

göstəriciləri üzrə NTŞ-in tələblərinə uyğun gəlir. Nümunə qəbul 

edilən ədəddən az yaxud ona bərabər olur. Əgər nümunədə qüsurlu 



96 

pivə  butulkalarının  sayı  çıxdaş  ədədindən  çox,  yaxud  ona 

bərabərdirsə çıxdaş edilir.  

Butulkaya  doldurulmuş  pivə  üçüncü  və  dördüncü  qrup  key-

fiyyət  göstəriciləri  üzrə  ekspertiza  olunduqda  nümunəyə  məhsul 

vahidinin götürülməsi 18321-73 saylı QOST-a uyğun qaydada bir 

pilləli normal nəzarət planına görə aparılır (cədvəl 1.27). 

Cədvəl 1.27 

Pivə partiyasının həcmi, but 

Nümunələrin həcmi, 

butulka 

501-1200 

1201-10000 



10001-35000 

35001-500000 



13 

500000-dən yuxarı 

13 

 

Pivənin doldurulma tamlığını müəyyən etmək üçün butulkaya 



doldurulmuş  pivə  partiyasından  3473-78  və  18321-73  saylı 

QOST-a uyğun qaydada təsadüfi götürülmə metodu ilə 10 butulka 

həcmində nümunə götürülür. 

Avtosisternlərdə nəql edilmək üçün nəzərdə tutulan çəlləklərə 

doldurulmuş  pivənin  keyfiyyətini  yoxladıqda  nümunə  hissəciyi 

18321-37  saylı  QOST-a  uyğun  təsadüfi  seçmələr  metodu  ilə 

18242-72 saylı QOST-a əsasən birpilləli normal nəzarət planı ilə 

(cədvəl 1.28) yerinə yetirilir. 

Butulkaya doldurulmuş pivə üçün 3-5-ci qrup göstəricilərin-

dən heç olmasa biri üzrə qeyri-kafi sınaq nəticəsi alındıqda, yaxud 

çəlləklərə doldurulmuş pivənin orqanoleptik və ya fiziki-kimyəvi 

sınağından belə nəticə alınarsa, pivə partiyası çıxdaş edilir. 

Butulkaya doldurulmuş pivənin dayanıqlığını, həmçinin dad 

və ətrini yoxlamaq üçün 3-cü cədvələ uyğun olaraq nümunədən 2 

butulka  götürülür.  Nümunədə  qalan  digər  butulkalar  bir  qaba 

boşaldılaraq möhkəm qarışdırılır və spirtin kütlə payı, ilkin şirənin 

ekstraktlığı, turşuluq və rəng təyin olunur. 

 


97 

Cədvəl 1.28 

Çəlləkdə, filtrlənmiş pivənin 

toplayıcıda, yaxud izotermik 

rezervuarlarda pivə partiyasının 

həcmi, ədəd 

Nümunələrin həcmi, 

ədəd 


2-15 

16-25 



26 və çox 

 

İzotermik  rezervuarlara  doldurulmuş  pivəni  yoxlamaq  üçün 



hər nümunədən cədvələ uyğun olaraq hər birinin miqdarı 500 sm

3

 



olmaqla  iki  nöqtədən  nümunə  hissəciyi  götürülərək  2  ədəd  eyni 

tutumlu quru və təmiz butulkaya tökülür. 

Köpüyün  yüksəkliyi  və  dayanıqlığını  təyin  etmək  üçün  bir 

butulka, pivənin dayanıqlığını müəyyən etmək üçün isə 2 butulka 

götürülür.  Qalan  pivə  bir  qaba  yığılaraq  möhkəm  qarışdırılır  və 

aşağıdakı göstəricilərə görə yoxlanır: şəffaflıq, kənar qarışıqların 

olması, dad və ətri, spirtin həcmdə payı, ilkin şirənin ekstraktlığı, 

turşuluq və rəng. 

Nöqtələrdən  nümunə  hissəciyinin  götürülməsi  doldurucu 

yaxud nümunəvi kranın köməyilə aparılır. Köpüklənməni aradan 

qaldırmaq  və  karbon  qazı  itkisinin  qarşısını  almaq  üçün  xüsusi 

borudan (daxili diametri 5-7 mm, uzunluğu 1 m) istifadə olunur. 

Borunun sonu şüşə boru ilə qurtarır və butulkanın dibinə salınır. 

Tökülmədən sonra pivəli butulka dərhal mantar tıxacla bağlanır. 

Pivənin dayanıqlığını yoxlamaq üçün nümunələr mikrobioloji 

təhlillər də olduğu kimi götürülür. Analiz aparmaq üçün nümunəli 

butulka  0+5

0

C  temperaturda  25  saatdan  çox  olmamaqla  saxlana 



bilər. 

1.3.4.2. Orqanoleptik t

ə

hlil 


Yüklə 3,31 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   34




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin