Ekspertizasi dərsliK


Nəql  etdirmə  və  saxlanma



Yüklə 3,31 Mb.
Pdf görüntüsü
səhifə5/34
tarix21.04.2017
ölçüsü3,31 Mb.
#14993
1   2   3   4   5   6   7   8   9   ...   34

Nəql  etdirmə  və  saxlanma.  İçkilərin  nəql  olunması  23285 

saylı  QOST-a  uyğun  qutu,  tara-avadanlıq  və  paketlərdə  bütün 

nəqliyyat vasitələri ilə həyata keçirilir. 

Qazlaşdırılmamış  və  zəif  qazlaşdırılmış  içkilərin  stasionar 

rezervuarlarla  təchiz  olunmuş  ticarət  nöqtələrinə  nəql  olunması 

9218 saylı QOST-a və NTŞ-ə uyğun aparılır. 

Qıcqırtmaqla  alınan  içkilərin  stasionar  rezervuarlarla  təchiz 

olunmuş  ticarət  nöqtələrinə  nəql edilməsi  9218  saylı  QOSTa  və 

NTŞ-ə  uyğun;  ağac  və  metal  çəlləklər,  həmçinin  digər  qablarda 

NTŞ-ə uyğun yerinə yetirilir. 

İçkilər 0

0

C-dən aşağı olmayan və 12



0

C-dən yüksək olmayan 

temperaturda saxlanır. Dayanıqlı içkilər 0-18

0

C temperaturda 30 



gün  saxlanır.  Anbar  binalarında  havanın  nisbi  rütubəti  75%-dən 

çox olmamalıdır. 



 

 

62 

1.1.4.6. 

İçkilərin qüsurları və

 

aradan qaldırılma 

yolları

 

 

İçkilərin  əsas  qüsurları  onlarda  çöküntü  əmələ  gəlməsi  ilə 



bağlıdır. Dayanıqlığın pozulması bioloji və qeyri-bioloji səciyyəli 

səbəblərdən baş verə bilir. Bioloji bulanmalar müxtəlif növ mikro-

orqanizmlərin  inkişafı  nəticəsində  meydana  gəlir  və  bu  zaman 

içkilərdə olan şəkərlər, üzvi turşular, digər həll olan maddələr sərf 

olunur. 

Spirtsiz  içkilər  özünü  mayalar,  bakteriyalar,  kif  göbələkləri 

üçün yaxşı qida mühiti kimi göstərir. Onlarda az miqdarda azotlu 

maddələr, vitaminlər olur. İçkilərin pH-ı 2,5-4,0 arasında dəyişir. 

İçkilərin mikrobioloji xarab olmasının əlamətləri: 

 



Xarici  görünüşün  dəyişməsi  –  bulanlıq,  selik,  çöküntü, 

rəngin dəyişməsi, səthdə dairələr, pərdə əmələ gəlir; 

 

Karbon  qazı  əmələ  gəlməsi  və  toplanması  hesabına 



butulkada  təzyiqin  yüksəlməsi.  Açanda  çoxlu  miqdarda  köpük 

əmələ gəlir, içkinin qabdan atılması müşahidə edilir, bəzən butulka 

partlayır; 

 



Dad və iyin dəyişməsi. Çox qıcqırmış dad, yağlıvari tam, 

kif tamı və s. meydana gəlir. 

İçkilərdə  daha  çox  mayalar  inkişaf  edir.  Onlar  hətta  az 

miqdarda  oksigen  olduqda  çoxalaraq  içkidə,  xüsusilə  meyvə 

şirələrində  qıcqırma  törədir.  Şəkərin  yüksək  qatılığına  dözümlü 

osmofil mayalar şərbət və konsentratların xarab olmasını törədir. 

İçkiləri süd turşu və sirkə turşu bakteriyaları da yoluxdurur. 

Sirkə  turşu  bakteriyaları  oksigenin  mövcudluğuna  möhtac 

olub, 4-dən aşağı pH onun üçün əlverişlidir. Çox vaxt qazlaşdırıl-

mamış içkilərdə və kvasda, açıq qablarda qıcqırdılanlarda inkişaf 

edir və nəticədə səthdə pərdə əmələ gətirir. 

Süd  turşu  bakteriyaları  davamlı  bulanlıq  əmələ  gətirməklə 

məhsulda turşuluğu yüksəldir. Onlara selik əmələ gətirən bakteri-

yalar – leykokostoklar aiddir. Onlar saxarozanı selikli maddə olan 



63 

dektarana çevirirlər. İçkiyə adətən şəkərlə düşürlər. Aşağı turşu-

luqda çox sürətlə çoxalırlar. Şəkər əvəzedicili içkilərdə süd turşu 

bakteriyaları inkişaf edə bilir və bu halda qida mənbəyi kimi limon 

turşusunu istehlak edirlər. 

Bakteriyalar arasında istehsal zərərvericisi olan bağırsaq çöp-

ləri  xüsusi  yer  tutur.  O,  mikroorqanizmin  sanitar  göstəriciləri 

adlandırılan  göstərici  ilə  müəyyən  olunur.  Bu  bakteriyaların 

mövcudluğu  adətən  məhsula  mənfi  təsir  göstərməsə  də  yüksək 

miqdarı  içkilərin  mədə-bağırsaq  yoluxması  törədiciləri  və  digər 

patogen mikroorqanizmlərlə çirklənməsini göstərir. 

Kif göbələkləri olduqca təsadüfi hallarda inkişaf edir. Belə ki, 

istehsalın  pis  sanitar  vəziyyətində  qablarda  yaranan  durğunluq 

zonasında, ötürücü borularda meydana gələrək səciyyəvi iy və dad 

əmələ gətirir. 

Mikrobioloji xarab olmanı yalnız avadanlıqlar, ötürücü boru-

ların  yaxşı  sanitar  vəziyyətinin  təmin  edilməsi,  şəkər,  kupaj 

şərbətinin termiki işlənməsi, yüksək turşuluq yaradılması və hazır 

məhsulun karbon qazı ilə doydurulma səviyyəsinin artırılması ilə 

aradan qaldırmaq olar. 

Bioloji dayanıqlığın artırılmasının xüsusi metodları kimi dənli 

xammaldan  alınan  içkilərin  pasterizə  edilməsini  və  konservant-

ların tətbiqini göstərmək olar. Ölkəmizdə aşağıdakı konservantlar-

dan istifadəyə icazə verilir: benzoy turşusu və onun duzları, sorbin 

turşusu  və  onun  duzları,  naftoxinonun  törəmələri  –  yuqlon  və 

plyumbagin. 

Natrium benzoat hazırda daha geniş tətbiq olunur. Onun 0,07-

0,1%  qatılığı  mikroorqanizmlərin  həyat  fəaliyyətini  təsir  altına 

alır. Əsasən mayalar və kif göbələklərinə, bir qədər zəif isə bakte-

riyalara təsir göstərir. Xarici görünüşünə görə ağ kristal toz olub, 

iysiz  yaxud  zəif  iyli,  dadı  şirintəhər-duzludur.  Dərini  və  selikli 

qişanı  zədələyə  bilir,  zədələnməmiş  dəridən  keçmir.  Qablaşdı-

rılmış şəkildə 10 ilə qədər saxlana bilir. 

Sorbin turşusu – tək yaxud askorbin turşusu ilə birgə uyğun 

olaraq 0,03% və 0,005-0,01% qatılıqda istifadə olunur. Mayaların 


64 

və kiflərin fəaliyyətini yaxşı təsir altına alır. Özünü yüngül xarak-

terik iylə ağ kristal toz şəklində göstərir. Daha çox natrium sorbat-

dan istifadə olunur ki, onun tərkibində 83,5% sorbin turşusu olur. 

İçkilərdə bioloji bulanmalardan başqa kolloid təbiətli çökün-

tülər də əmələ gələ bilir. Kolloid qeyri-bioloji bulanmalar içkilərin 

kolloid sisteminin stabilliyinin pozulması ilə əlaqədardır (aşı mad-

dələri, pektin maddələri və s., həmçinin məhsulun tərkib hissələri 

arasında baş verən kimyəvi reaksiyalar). Suda olan kalsium karbo-

natın limon turşusu ilə reaksiyasından kalsium limon turşu çökün-

tüsü lopalılığı əmələ gəlir. 

Bulanlıq və çöküntü həmçinin dəmir duzları ilə şirə, şərab və 

kolerdə olan aşı maddələrin qarşılıqlı təsirindən əmələ gələ bilir. 

Mis və oksigen iştirakı ilə oksidləşmə prosesləri fəallaşır, nəticədə 

sitrus  cövhərlərinin  efir  yağları  itir.  İçkidə  kolloid  şəklində  olan 

pektin, zülal, aşı və rəng maddələri müxtəlif amillərin təsiri altında 

(mühitin turşuluğunun dəyişməsi, istiliyin təsiri və s.) asılqanlar 

əmələ gəlməsi ilə koaqulyasiya oluna bilir. 

 Kolloid  bulanmalarını  törədən  səbəbləri  texnoloji  üsulların 

köməyilə aradan qaldırmaq lazım gəlir. Bunlara misal olaraq su-

yun yumşaldılması, kupaj komponentlərinin yaxud kupaj şərbəti-

nin filtrdən keçirilməsi və suyun karbon qazı ilə yaxşı doydurul-

masını göstərmək olar. Bu halda oksidləşmə prosesləri zəifləyir və 

s. 


 

1.2. Mineral sular 

 

1.2.1. T

əsnifatı

 

 

Mineral  sular  mənşəyinə  görə  təbii  mineral  suya  və  bəzi 

mineral duzların suda həll olunub CO

2

 ilə doydurulması yolu ilə 



alınan süni mineral sulara ayrılır. Mineral sular qazlı (təbii və süni) 

və qazsız olur.  

Təbii mineral suları süfrə və müalicəvi sulara ayırırlar. Lakin 

bəzi müalicəvi sular həm də süfrə suyu kimi istifadə olunur. Süfrə 



65 

suyunun tərkibində müəyyən miqdarda faydalı mineral maddələr 

(2-8  q/dm

3

)  vardır.  Təbii  mineral  suların  tərkibində  mineral 



maddələr  nisbətən  çox  (8-50  q/dm

3

)  olur  və  tərkibinə,  təsir 



üsullarına  və  çıxarıldığı  yerə  görə  təsnifləşdirilir.  Kimyəvi 

tərkibinə görə mineral sular bir sıra siniflərə bölünür:  

-

 

Hidrokarbonatlı  su.  Tərkibində  hidrokarbonat  anionu; 



natrium,  kalium,  kalsium  və  maqnezium  kationları  vardır.  Bu 

qrupa  “Barjom”,  “Sairme”,  “Kuka”,  “Sirab”,  “Batabat”, 

“Nəhəcir”,  “Badamlı”  suları  aiddir.  Tərkibində  1200-8000 

mq/dm


3

 hidrokarbonat və karbonat ionu vardır. 

-

 

Xlorlu  su.  Tərkibindəki  xlor  anionu;  kalium,  natrium, 



kalsium  və  maqnezium  kationları  vardır.  Bu  qrupa  “Minskaya”, 

“Vitantas”, “Omsk” və “Druskinkaya suları aiddir.  

-

 

Sulfatlı  su.  Tərkibindəki  sulfat  anionu;  kalium,  natrium, 



kalsium və maqnezium kationları vardır. Bu qrupa “Moskovski”, 

“Aşkabad”,  “Batalinskaya”,  “Suraxanı”  suyu  aiddir.  Tərkibində 

1700-3200 mq/dm

3

 xlor ionu olur.  



-

 

Tərkibindəki bioloji dəmir, arsen, brom, yod, lityum ionları 



və  xüsusi  bioloji  xassələri  (katalitik,  kolloid  və  s.)  olan  su.  Bu 

qrupa tərkibində 20-30 mq/dm

3

 dəmir olan “Polyustravskaya”, 50-



70 mq/dm

3

 dəmir olan “Martisialnaya”, tərkibində 10-15 mq/dm



3

 

yod olan “Semiqorski”, 150-200 mq/dm



brom olan “Luqela”, 1-

1,5 mq/dm

3

 arsen olan “Çermuk” və “İstisu”, 25-40 mq/dm



3

 brom 


olan “Nigneserginskaya” və s. sular aiddir. “Naftusiya” suyu zəif 

neft qoxusu verir.  

Şimali  Qafqazda  –  “Narzan”,  “Yessuntiki  20”,  “Yessuntiki 

17”,  “Yessuntiki  4”,  “Yessuntiki”,  ”Slavyanovski”,  “Bafalinsk” 

və  s;  Gürcüstanda  –  “Barjomi”,  “Sairme”,  “Lugela”  və  s.; 

Azərbaycanda – “Badamlı”, “İstisu”, “Turşsu”, “Vayxır”, “Sirab” 

və  s.  Ukraynada  –  “Naftusiya”,  “Polyana-kvasova”,  “Slavyana”, 

“Berozovski”,  “Mirqorodski”,  “Kiyev”  və  s.;  Moksva 

yaxınlığında  –  “Moskovski”;  Sankt-Peterburq  yaxınlığında  – 

“Polyustrovski”,;  Tatarıstanda  –  “İyevski”;  Zabaykalyedə  - 

“Darasun”;  Özbəkistanda  –  “Daşkənd”,  “Turşsu”  və  s.  mineral 


66 

sular vardır.  

Mineral  sular  kimyəvi  tərkibi  və  süzülmə  üsulundan  asılı 

olaraq 4 texnoloji qrupa bölünür: 1-qazlaşdırılmış sular; 2- karbon 

qazlı  sular;  3  –  tərkibində  dəmir  olan  karbon  qazlı  sular;  4  – 

hidrosulfidli və hidrosulfidli – hidrogensulfidli sular. 

Respublikamızda  çox  yayılmış  olan  mineral  sular  qaz 

tərkibinə görə əsasən beş qrupa bölünür: 

Karbonlu sular – respublikada olan suların 35%-ni təşkil edir. 

Bir litrində 250-3000 mq-a qədər karbon qazı vardır. Karbon qazlı 

sulardan ən məşhurları Nəhəcir, İstisu, Badamlı, Turşsu, Darıdağ, 

Çayqarışan, Qızılca və başqalarıdır. 

Hidrogen sulfidli sulara xalq arasında Kükürdlü sular da deyi-

lir. Çox miqdarda hidrogen-sulfid qazlı sular Abşeronda, Talışda, 

respublikamızın  şimal  rayonlarında  və  Naxçıvan  MR-da  aşkara 

çıxarılmışdır.  

Şıx burnunda – 400 mq/dm

3

; Suraxanıda – 170-400 mq/dm



(Abşeron);  Karvansarayda  600  mq/dm

3

  (Naxçıvan  MR); 



Altıağacda 108 mq/dm

3

 və s. hidrogen-sulfid tapılır.  



Azotlu  sular  Talışın  cənub  rayonlarında  və  Böyük  Qafqazın 

cənub ətəyi rayonlarındadır. Respublikamızda 100-ə qədər azotlu 

su  öyrənilmişdir.  Azotlu  sular  isti  və  soyuq  olsa  da,  istilər  daha 

əhəmiyyətli  hesab  olunur.  Alaşa  (45-50

0

C),  Meşəsu  (45-55



0

C), 


Xaltan (37-45

0

C) və b. qeyd etmək olar. 



Metan qazlı sular əsasən neft rayonlarında yayılmışdır. Belə 

sular  həm  təbii  bulaqlar,  həm  də  xüsusi  buruqlar  vasitəsilə  yer 

üzərinə çıxır. Məşhur mənbələri Abşeronda, Babazənəndə və Talış 

ərazisində yerləşir.  

Radionlu sulara təbiətdə nadir hallarda rast gəlinir. Ölkəmizin 

Kəlbəcər və Laçın rayonları bu baxımdan diqqəti cəlb edir. Bağır-

saq  (Kəlbəcər)  adlanan  mineral  sular  radionlu  suların  ən  parlaq 

növüdür. Bundan başqa Darıdağ və Qahab (Naxçıvan MR) sula-

rında da az miqdarda radon olması bəllidir. 

MDB ölkələrində mineral suları minerallaşma səviyyəsinə və 

məqsədinə görə aşağıdakı qruplara bölürlər: 


67 

 



Mineral  içilən  (süfrə)  sular  azı  1  q/dm

3

  minerallaşma  ilə, 



lakin bioloji aktiv maddələrin miqdarına görə balneoloji normadan 

aşağı; 


 

İçilən müalicə-süfrə suları 1-dən 10 q/dm



3

 minerallaşma ilə, 

arsen, bor, yod və digər başqa komponentlərin yüksək miqdarına 

malik (cədvəl 1.16). 

Cədvəl 1.16 

Mineral sular 

Bioloji fəal 

komponentlər 

Komponentlərin 

kütlə qatılığı, 

mq/dm



Karbonat turşulu 



Sərbəst karbon qazı 

(həll olmuş) 

500,0 

Dəmirli 


Dəmir 

10,0 


Arsenli 

Arsen 


0,7 

Borlu 


Ortobor turşusu 

35,0 


Silisiumlu  

Metasilikat turşusu 

50,0 

Bromlu 


Brom 

25,0 


Yodlu 

Yod 


5,0 

Üzvi maddələrə 

malik 

Üzvi maddələr 



(karbon hesabı ilə) 

3,0 


 

Mineral suların kimyəvi tərkibinin kəsr şəklində göstərilməsi 

qəbul  olunmuşdur:  surətdə  –  üstünlük  təşkil  edən  anionlar, 

məxrəcdə  –  qatılığı  20  mq·ekv%-dən  çox  olan  kationlar  yazılır. 

İonlar artan qatılıqla yazılaraq, mq·ekv%-lə ifadə olunur. 

Kəsr  xəttindən  solda  ümumi  minerallaşma  (q/dm

3

),  qazlar 



(q/dm

3

) və bioloji aktiv mikroelementlər (q/dm



3

) göstərilir. Suyun 

adı az miqdarda olan iondan başlanır. Bu, üstünlük təşkil edən ionu 

tam, az əhəmiyyətliləri qısa adlandırmağa imkan verir. 

Kimyəvi  tərkibinə  görə  mineral  sular  52  qrupa  bölünür  ki, 

onlar daxildə minerallaşmaya görə tiplərə malikdir. 

Qrupun  adlanması  yuxarıda  qeyd  etdiyimiz  prinsipə  uyğun 

üstünlük təşkil edən anion və kationlara görə aparılır. 

Mineral suların texnoloji təsnifatı da vardır. Ona uyğun olaraq 


68 

doldurulmadan əvvəl suyun işlənmə sxemi müəyyən olunur. 

 

1.2.2. T

ə

bii mineral 

suların

 s

ə

naye 

doldurulmasının

 

texnologiyası

 

 

Təbii  mineral  sular  –  mürəkkəb  çox  komponentli  sistemdir. 



Onlarda təcrübi olaraq bütün məşhur kimyəvi elementlər tapılır. 

Suların  çoxunda  müxtəlif  formalarda  kationlar  –  natrium, 

kalsium,  maqnezium,  kalium;  anionlar  –  xloridlər,  sulfatlar, 

hidrokarbonatlar, karbonatlar və s. olur.  Əsas mikroelementlər – 

yod,  brom,  flor,  selen,  bor,  arsendir.  Mineral  sularda  həll  olan 

vəziyyətdə karbon qazı, metan, hidrogen sulfid və azot qazı olur. 

Bu  qazlardan  əhəmiyyətlisi  karbon  qazıdır.  Digərləri  əlavə  yük 

olub, suyun onlardan təmizlənməsi lazım gəlir. 

Mineral  sularda  üzvi  maddələrdən  humin  maddələri,  bitum, 

fenollar,  yüksək  molekulu  turşular  olur.  Bütün  qeyd  olunan 

maddələr bu və ya digər müalicəvi xüsusiyyətə malik olur.  

Mineral sular təbii qaynaqlarda müxtəlif dərinliklərdə yerləşir. 

Sənaye doldurulması üçün onları çıxarmaq tələb olunur. 

Suyun  çıxarılması  və  nəql  etdirilməsində  mühüm  şərt  onun 

kimyəvi tərkibinin saxlanması və mikrobioloji təmizliyidir. 

Doldurulmaya qədər suyu hermetik toplayıcılarda CO

2

 təzyiqi 



altında saxlayırlar. 

Su doldurulmadan əvvəl filtrləmə, cansızlaşdırma, soyutma və 

karbon qazı ilə doydurma əməliyyatlarını keçməlidir. 

Filtrləmə  filtr  kardon,  yaxud  keramik  filtrdən  keçirilməklə 

aparılır.  Sonuncu  minerallığı  7-8  q/dm

3

-a  qədər  olan  sular  üçün 



istifadə olunur. 

Cansızlaşdırma.  Mineral  suların  bakterial  təmizlik  səviyyəsi 

onlarda  bağırsaq  çöplərinin  olmasına  görə  müəyyən  olunur. 

Butulkaya doldurulan mineral sularda bağırsaq çöplərinin miqdarı 

1 dm

3

-da 3-dən çox olmamalıdır. Cansızlaşdırmada bütün mikro-



69 

orqanizmlər,  o  cümlədən  patogenlər  məhv  edilməlidir.  Ultrabə-

növşəyi  şüalardan,  gümüş  duzundan,  natrium  hipoxloriddən 

istifadə olunur. Təbii mənbədən 2-dən aşağı koli-titrlə daxil olan 

su cansızlaşdırılmaya verilmir. 

Soyutma. Suyun karbon qazı ilə doyma səviyyəsini artırmaq 

üçün  aparılır.  4-10

0

C-dən  aşağı  olmamaq  şərtilə  soyudulur.  Bu 



işdə məqsəd suyun duz sisteminin stabilliyinin pozulmamasıdır. 

Karbon qazı ilə doydurma. Suda həll olmuş duzların saxlan-

ması suyun saxlanma müddətinin artırılması və ona dad xüsusiy-

yətləri  vermək  məqsədilə  aparılır.  Bütün  mineral  sular  CO

2

  ilə 


doydurulur  və  bunun  üçün  müxtəlif  tipli  saturatorlardan  istifadə 

olunur. 


Müalicəvi  mineral  sularda  karbon  qazının  kütlə  payı  0,15-

0,20%, müalicə – süfrə sularında azı 0,3%, dəmirlilərdə – 0,4%-ə 

qədər olur. 

Mineral  sular  avtomat  doldurma  xəttində  pivə  və  spirtsiz 

içkilərə oxşar şəkildə doldurulur. 

Mineral sular xarici amillərin təsiri altında dəyişən qeyri stabil 

komponentlərə malik ola bilir. Bu komponentlərin təbiətindən asılı 

olaraq  mineral  sular  beş  texnoloji  qrup  üzrə  təsnifləşdirilir. 

Onların hər biri üçün xüsusi işlənmə formaları tətbiq olunur. 

I  qrup  –  karbonat  turşusuz  (CO

2

-na  malik  olmayan)  su  – 



tərkibində  asan  oksidləşən  komponentlərə  malik  olmur.  İşlənmə 

sxemi adi olub, karbon qazı ilə doydurma da daxildir. 

II  qrup  –  karbonat  turşulu  (CO

2

-na  malik  olanlar).  Əgər 



onlarda asan oksidləşən komponentlər olmazsa işlənmə adi sxem 

üzrə  aparılır.  Lakin  bu  zaman  suda  həll  olan  karbon  qazı  itkisi 

minimum olmalıdır. 

III  qrup  –  dəmirə  malik  sulardır.  Suda  olan  müalicəvi 

xüsusiyyətli  dəmirin  oksidləşməməsi  üçün  ona  askorbin  yaxud 

limon turşusu vururlar. 

IV  qrup  –  hidrosulfidli  və  hidrosulfid-hidrogensulfidli  sular, 

20 mq/dm


3

-a qədər hidrogensulfidə və 30 mq/dm

3

-dək hidrosulfid 



ionuna malik olur. Bu, kükürdün reduksiya olunan forması olub, 

70 

oksidləşməyə və kükürd kolloidi əmələ gətirməyə meyillidir. O isə 

suya  davamlı  lopalılıq  verir.  Bu  birləşmənin  faydalı  xüsusiyyəti 

olmadığından onu kənarlaşdırırlar. 

V  qrup  –  sulfat  bərpaedici  bakteriyalara  malik  olub,  sulfat-

ionunu  kolloid-kükürdə  çevirir.  Bu  bakteriyaların  həyat 

fəaliyyətini  fəal  xlor  əlavə  etməklə  təsir  altına  almaq  olur.  Belə 

suları təsadüfi hallarda doldururlar. 

 

1.2.3. Eynil

əşdirmə

 v

ə

 ekspertiza 

 

1.2.3.1. Q

ə

bul 

qaydası

 v

ə

 

nümunə

nin 

götürülmə

si  

 

Mineral  sular  232680-91  saylı  QOST-a  uyğun  partiyalarla 



qəbul olunur. Eyni tip və ölçüyə malik butulkalara yaxud dəmiryol 

sisternlərinə  doldurulan,  eyni  buraxılış  tarixinə  malik  və 

keyfiyyətə  dair  vahid  sənədlə  rəsmiləşdirilmiş  eyni  adlı  mineral 

suyun miqdarı partiya hesab olunur. 

Keyfiyyətə dair sənəddə olmalıdır:  

 



Hazırlayıcı  müəssisənin  adı  və  onun  tabeçiliyi,  yaxud 

hazırlayıcı-müəssisənin adı, onun tabeçiliyi və əmtəəlik nişanı; 

 

Mineral suların adı; 



 

Məhsulun  keyfiyyətinin  normativ-texniki  sənədləşmənin 



tələblərinə uyğunluğu, yaxud sınağın nəticələri. 

Dəmir yol sisternlərinə doldurulan mineral sular üçün: 

 

Dəmir yol vaqonunun (sisternin) sayı; 



 

Dəmir yol qaiməsinin nömrəsi; 



 

Nəql olunan suyun həcmi; 



 

Doldurma tarixi. 



Butulkaya doldurulan mineral sular üçün: 

 



Suyun nominal həcmi; 

 



Mantar tıxacın arakəsməsinin forması; 

 



Buraxılış tarixi; 

71 

 



Briqadanın yaxud çıxdaş edənin nömrəsi; 

 



Partiyanın ölçüsü. 

Hər partiyada bakterioloji və orqanoleptik göstəricilər, bir-iki 

əsas ionların kütlə qatılığı, karbon qazı, nitritlər, nitratlar və per-

manqanat oksidləşməsi təyin edilir. Butulkaya doldurulan mineral 

sularda  həmçinin  suyun  həcmi  və  butulkanın  xarici  tərtibatı 

yoxlanır.  Dəmir  yol  sisternlərində  nəql  olunan  karbonatsız  suda 

karbon qazının kütlə qatılığı təyin edilmir. 

Mineral suların keyfiyyətini təyin etmək üçün hər sisterndən 

azı 4 dm

3

 miqdarında (onun azı 2 dm



3

 sanitar-bakterioloji vəziy-

yətə nəzarət üçündür) nümunə götürülür. 

Mineral su partiyalarla qəbul edilir (cədvəl 1.17). Su ilə dolu 

butulka nümunələrində deformasiya, qırıq, etiket çəpliyi, duz çö-

küntüsü  qəbul  edilən  ədəddən  az,  yaxud  ona  bərabər  olmazsa 

məhsul çıxdaş edilir. 

Cədvəl 1.17 

Su partiyasından götürülən nümunələrin miqdarı 

Su partiyasının 

həcmi 

Nümunənin həcmi, 



dal 

Qəbul edilən 

ədəd 

151-500 


14 

501-1200 



20 

1201-10000 



32 

10001-35000 



50 

35001-150000 



80 

 



13273 saylı QOST-a  və digər normativ-texniki sənədləşmə-

lərə  əsasən  suyun  həcminin  uyğunluğuna,  karbon  qazının  kütlə 

payına, hazır məhsulun kimyəvi və bakterioloji göstəricilərinə nə-

zarət etmək üçün nümunədən tələbata uyğun qaydada butulkalar 

ayrılır (cədvəl 1.18). 

14 butulkadan ibarət nümunədə kimyəvi göstəricilərə nəzarət 

butulkalardakı suyun həcmini təyin etdikdən sonra aparılır. Orqa-

noleptik qiymətləndirməni aparmaq üçün nümunə hissəciklərinin 

ayrılması aşağıdakı 1.19 saylı cədvələ uyğun aparılır. 


72 

Hər hansı bir göstəriciyə görə sınaqla müəyyən olunan qəbul 

edilən ədəddən qeyri qənaətbəxş nəticələr alınarsa partiya çıxdaş 

edilir.  

100  metrdən  çox  dərinlikdə  formalaşmış  sularda  hər  kvar-

taldan bir və dərində olmayan (100 m-dən az) sularda ayda bir dəfə 

mineral  suların  qısa  kimyəvi  təhlili  aparılmalıdır.  Buraya  əsas 

ionlar və minerallaşma daxildir. 

Cədvəl 1.18 

Müxtəlif təhlillər üçün ayrılan butulkaların miqdarı 

Nümunənin 

həcmi, but 

Butulkada 

suyun 


həcmi 

Karbon 


qazının 

kütlə 


payı 

Kimyəvi 


göstəricilər 

Bioloji 


göstəricilər 

14 


10 



20 


10 



32 


10 

10 


50 



20 

10 


12 


80 

30 


20 

12 


18 

 

Cədvəl 1.19 



Orqanoleptik təhlil üçün ayrılan nümunə hissəciklərinin miqdarı 

Partiyanın həcmi, butulka 

Nümunənin həcmi, but 

151-1200 

1201-10000 



10001-35000 

35001-150000 



13 

 

13273  saylı  QOST-a  və  digər  normativ-texniki  sənədləşmə-



lərə uyğun qaydada mineral suların tam kimyəvi təhlili ildə azı bir 

dəfə aparılır. Bu halda nümunə 10 butulka artırılır. 

Kimyəvi  göstəricilərə nəzarət götürülən orta nümunədə apa-

rılır. Orta nümunə tutumu 2000 sm

3

 olan təmiz kolbada hazırlanır 



və bu zaman oraya azı 4 butulkadan mineral su toplanır. 

 

 



73 

1.2.3.2. Orqanoleptik qiym

ə



Yüklə 3,31 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   34




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin