110
Mənşəyinə görə massiv – kristial (püskürmə və ya
maqmatik), çöküntü və metamorfik süxurlar ayrılır. Massiv –
kristal süxurlar yerin dərinliklərindən püskürüb çıxan və
soyuyan maqmadır. Bu süxurlar ilk olaraq yerin bərk qabığını
yaratdığı üçün ilkin süxurlar adlanır.
Çöküntü süxurlar ilkin süxurların parçalanmasından,
parçalanan süxurların külək, su və ya buz vasitəsilə aparılaraq
yer səthində və ya su hövzələrində çökməsindən yaranır.
Bunlar törəmə (təkrar) süxurlar da adlanır.
Metomorfik süxurlar yerin
daxilində olduğu yerdəcə
çöküntü süxurlarından yaranmışdır.Yüksək temperatur və
təzyiq nəticəsində çöküntü süxurlar sıxılmış, bir hissəsi ərimiş
və sementləşmişdir.Çöküntü süxurların
belə dəyişmə prosesi
birlikdə metomorfizləşmə adlanır.
Göstərilən bu 3 qrup süxurlar bir – birindən kimyəvi,
mineroloji və fiziki xüsusiyyətlərinə görə ayrılır.
Çöküntü süxurlar Yerin üst səthini demək olar ki,
bütövlüklə örtür.Bəzən onların qalınlığı kilometrlərlə,
bəzən
metrlərlə, hətta santimetrlərlə ölçülür, çöküntü süxurların
yayılma forması təbəqələrlədir.(qat - qat).
Dostları ilə paylaş: