113
dəyişikliyə uğrayır. Yer qabığının
üst səthində gedən bu
proseslərin cəminə
aşınma
deyilir.
Aşınma zamanı temperatur, su, karbon qazı, oksigen,
həmçinin
orqanizmlərin
fəaliyyəti
nəticəsində
gedən
biokimyəvi hadisələr böyük rol oynayır.
3 aşınma tipi müəyyən edilmişdir: fiziki, kimyəvi və
bioloji. Bunlar praktiki olaraq eyni vaxtda baş verir. Müxtəlif
şəraitlərdə gah bir, gah da digər aşınma
tipi üstünlüyə malik
olur.
Fiziki aşınma
zamanı süxurlar mexaniki surətdə
müxtəlif ölçülü hissələrə parçalanır, lakin onların kimyəvi
tərkibi dəyişmir.
Kimyəvi aşınmada
isə ilkin mineralların kimyəvi
tərkibi dəyişir,
yeni minerallar əmələ gəlir, çox vaxt yeni
yaranan mineralların kimyəvi tərkibi ilkin minerallardan sadə
olur.
Bioloji aşınma
– canlı orqanizmlərin təsiri nəticəsində
süxur və mineralların xırdalanması prosesinə və onların
kimyəvi tərkibinin dəyişməsinə bioloji aşınma deyilir.
Fiziki aşınma.
Fiziki aşınmanın
əsas səbəbi yer
səthində sutkalıq və mövsümi temperaturun dəyişməsidir.
Günəş şüası altında süxurun üst qatları güclü qızır, alt qatları
isə istiliyi yaxşı keçirməməsilə əlaqədar öz əvvəlki
temperaturunu saxlayır. Qızmış üst təbəqə genişlənir, onda
gərginlik yaranır və çatlar əmələ gəlir.
Günəş süxuru qızdırmadığı vaxt isə süxurun üst
təbəqəsi şüaları buraxaraq tez soyuyur və sıxılmağa başlayır,
süxurun daxili hissəsi isə öz temperaturunu saxlayır, həcmi isə
dəyişmir.
Belə olduqda, süxurun səthində yaranmış gərginlik
nəticəsində radial istiqamətdə çatlar əmələ gəlir. Bu çatlara
dolan su donarkən öz həcmini böyüdür,
bunun nəticəsində
çatların həcmi də genişlənir.
114
Süxurda üfüqi və şaquli çatların sayı get-gedə artır və
nəticədə yumşaq süxur əmələ gəlir, yəni süxurun müxtəlif
ölçülü qırıntıları və xırda hissələri yaranır.
Müxtəlif
mineralların
genişlənməsi
əmsalı
eyni
olmadığı üçün mürəkkəb süxurlar, bəsit (sadə) süxurlara
nisbətən sürətlə aşınır. Fiziki aşınma prosesində xırdalanan
hissələrin ölçüsü yəqin ki, 0,001 mm-dən kiçik olmur.
Torpaqəmələgəlmə prosesində fiziki aşınma
böyük
əhəmiyyətə malikdir, o, kimyəvi və bioloji aşınmanın intensiv
getməsinə şərait yaradır. Bu onunla aydınlaşdırılır ki, hissələr
xırdalandıqca onun xüsusi
səthi böyüyür və bununla da
aşınmanın kimyəvi və bioloji amilləri ilə daha asan əlaqə
yaranır.
Dostları ilə paylaş: