117
İqlim torpaqəmələgətirən amil kimi.
Atmosfer
yağıntılarının miqdarı
torpaqda nəmlik, yəni bitki və
mikroorqonizimlərin həyatı üçün şərait yaradır. Yağıntıların bir
hissəsi buxarlanır, bir hissəsi yamac boyu axır, bir hissəsini isə
torpaq özündə saxlayır. Torpağın rütubəti
onun səthi ilə axan
və buxarlanan su torpaqəmələgəlmə prosesində iştirak edir.
Torpaqdakı su mineral maddələri həll edərək torpaq profili
boyu paylayır (qarışdırır): səth su axınları
mineral və üzvi
hissəcikləri yamac boyu paylayaraq, ya hissəcikləri aparır,
yaxud da toplayır, buxarlanan su isə ətraf havanı
rütubətləndirərək torpağı sərinlədir.
Qar torpağı bərkidərək mikroorqanzimlərin
fəaliyyət
dövrünü uzadır.
Qrunt suları duzlu olduqda torpağı şoranlaşdıra bilər. O
səthə yaxın yerləşdikdə bataqlaşmaya səbəb olur.
Havanın və torpağın temperatur şəraiti torpaqdakı
kimyəvi və biokimyəvi reaksiyanın sürətinə təsir göstərir.
Temperatur rütubətin buxarlanma intensivliyinə və torpağın
nəmliyinə təsir göstərir. Temperatur 20…350 oldurda
mikroorqonizm və bitkilərin fəaliyyəti artır. Torpağın
temperaturu 400- dən yüksək olduqda isə mikroorqonizimlərin
fəaliyyəti zəifləyir və yaxud dayanır. Temperatur sıfra endikdə
də orqanizmlər fəaliyyətdə olmurlar.
Səhra, step (çöl, bozqır)
və tundrada küləyin rolu
xüsusilə böyükdür. Külək torpağın səthində toz və qum
hissəciklərini sovurub apararaq torpağın
profilini dəyişir,
torpaq ilkin genetik xassələrini itirir.
Dostları ilə paylaş: