119
vaxt lazımdır. Burada torpağın
mütləq
və
nisbi yaşını
ayırmalıdır. Məlum olduğu kimi keçmiş SSRİnin şimal hissəsi
yaxın vaxtlarda buzlaqlardan azad olmuşdur. Cənubi Rusiya və
Qazaxıstan çölləri (stepləri), Türkmənistan və Özbəkistan
səhraları, Sibirin və Uzaq Şərqin
bir hissəsində buzlaq
olmamışdır.
Tundra torpaqlarını şərti olaraq ən cavan, podzol
torpaqları orta yaşlı, qaratorpaq və şabalıdı torpaqları isə
yetişmiş yaşlı torpaqlar hesab etmək olar.
Ən cavan torpaqlar
çayların gətirmə konuslarında, müasir alluvial çöküntülər
üzərində inkişaf edən torpaq hesab olunur.
Beləliklə, torpağın mütləq yaşının başlanğıcı qurunun
buzlaqdan, dəniz, göl, okean altından azad olması vaxtı
hesab
olunur. Torpağın nisbi yaşı dedikdə isə onun vaxta görə
formalaşması sürəti (müddəti) nəzərdə tutulur. H. Bennetə görə
ana süxurdan 2-3 sm torpağın yaranması üçün 200-1000 il vaxt
lazımdır.
Orqanizimlər və torpaqəmələgəlmə.
Torpaq
orqanizmləri
.
Torpağın
münbitliyinin
yaranmasında canlı orqanizmlər və torpağın üzvi maddələri
əsəs amil sayılır.
Torpaqda
və onun səthində bakteriyalar, göbələklər,
aktinomisetlər, yosunlar, şibyələr, ali bitkilər (mamırlar,
ayıdöşəyilər, otlar, ağac bitkiləri),
ibtidailər, soxulcanlar,
həşəratlar və məməlilər yaşayır.
Əgər
edofonu
torpaqəmələgəlmə
prosesində
əhəmiyyətinə görə cərgələrə bölüşdürəsi olsaq,
onda birinci
cərgədə bakterialar, ikincidə –aktinomisetlər, üçüncüdə isə
göbələklər durur. İbtidailərə, amyöblərə və yosunlara torpaqda
az rast gəlinir.
Y.H.Mişustinə görə kasıb torpağın (məsələn podzolun)
1qramında 0,3-0,6 milyard, münbit qaratorpaqda –2- 3 milyard
mikrob vardır. Suvarılan səhra boz torpağının 1 qramında da
mikroorqanizimlərin miqdarı 3milyarda çatır.