111
Qabbro – dərinlik süxuru olub qara, boz və yaşılımtıl
rənglidir.
Diabaz
- plaqioqlazdan təşkil olunub, tərkibində avqit
də iştirak edir.
Andezit – effuziv süxuru olub plaqioqlaz və biotitdən
ibarətdir. Rəngi açıq – boz və ya qonur – qırmızıdır.
Bazalt – Effuziv süxur
olub qabbronun analoqudur,
tünd – boz və qara rənglidir. Tərkibi plaqioqlaz, avqit və
olivindən ibarətdir.
II – Çöküntü süxurlar. Bu süxurların əmələ gəlməsində
4 mərhələ ayrılır: 1) aşınma nəticəsində materialların
toplanması, 2) Aşınmış materialın aparılması, 3) Onların
çökməsi, 4) Daşlaşması.
Çöküntü süxurlar püskürmə süxurlarından
tərkib və
quruluşlarına görə fərqlənirlər. Onlar yumşaq, səpələnən və
sementləşmiş olur.Çöküntü süxurların
tərkibində dəmir oksidi
çox olur, ümumi kalium natriuma nisbətən üstünlük təşkil edir.
Çöküntü süxurlar mexaniki, kimyəvi və orqanogen olur
(cədvəl 4.2).
112
Genetik xüsusiyyətlərinə görə çöküntü süxurları elüvial,
delüvial, prolüvial, alüvial və kolüvial süxurlara
bölünür.
Elüvi və ya elüvial çöküntü aşınmış dağ süxurlarının
aşındığı yerində qalmasıdır.
Delüvi
-
xırda
hissəciklərin
yamacların
aşağı
hissələrində toplanmasına deyilir. Belə çöküntülərin xarakterik
cəhəti onun təbəqə – təbəqə olmasıdır.
Prolüvi – yamac su axınlarının gətirmə konuslarında
topladığı materiala deyilir.
Allüvial çöküntülər nisbətən az sürətlə axan böyük və
kiçik çayların gətirdiyi çöküntülərdir.Yaxşı çeşidləşmiş və
yuvarlanıb
hamarlanmış
xırda
hissəciklərdən
ibarətdir.Çaybasar sahələrdə tipik allüvi çöküntüləri toplanır.
Kolyuvi – dağlıq ərazidə yamacların aşağı hissəsində öz
ağırlığı ilə və ya şaxtaların təsirilə toplanan qırıntı
(parçalanmış) materiala deyilir.
Aşınma məhsullarının külək vasitəsilə bir yerdən başqa
sahəyə aparılması aşınma məhsulunun xüsusiyyətlindən
və küləyin sürətindən asılıdır. Süxurların külək
vasitəsilə uzaq
məsafələrə daşınması səhra və yarımsəhra şəraitində daha
intensiv gedərək
eol
mənşəli çöküntülər əmələ gətirir.
Respublikamızın
ərazisində
torpaqəmələgətirən
süxurlardan əsasən karbonatlı löslər, lösəbənzər gillicələr,
karbonatsız gillicələr, allüvial gillicələr, qumlar, duzlu süxurlar
və başqalarını göstərmək olar.
Dostları ilə paylaş: