26
Açılan pəncərədən lazım olan simvollar seçilib Вставить və Закрыть düymələri sıxılır.
Sənədlərdə mətn ardıcıllığını pozmamaq üçün lazım olan əlavə izahatlar çox zaman bir
nömrə və ya xüsusi işarə verilərək səhifənin altında və ya sənədin sonunda göstərilir. Bunlara
haşiyə deyilir. Word bu cür əməliyyatları avtomatik yerinə yetirir. Bunun üçün Ссылки
menyusunun Сноски bölməsindəki əmrlərdən istifadə edilir.
Mətndəki bütün başlıqlardan ibarət mündəricat hazırlamaq
üçün Ссылки menyusunun
Оглавление bğlməsindəki əmrlərdən istifadə edilir.
Mətndəki hər hansı bir sətri başlıq kimi təyin etmək üçün kursoru sətrdə yerləşdirib
Главная menyusunun Стили bölməsindəki əmrlərdən istifadə edilir.
Səhifələrə səhifə başlığı/altlığı vermək üçün Вставка menyusunun Колонтитулы
bölməsindəki Верхний / Нижний колонтитуль əmri seçilir.
Açılan pəncərədən lazım olan sütuna mətn daxil edilir.Əgər mətndə dəyişiklik
etmək
lazım gələrsə, Изменить Верхний / Нижний колонтитуль əmri seçilir.
downloaded from KitabYurdu.org
27
İşçi sahənin görünüşünü böyüdüb və ya kiçiltmək üçün Вид menyusunun Масштаб
bölməsindəki əmrlərdən istifadə edilir. Ekrana Масштаб dialoq pəncərəsi açılır.
Pəncərənin Масштаб qutusuna 100% qiyməti daxil edilsə səhifənin görnüşü normal
ölçüdə olacaq. Ekranda eyni vaxtda bir neçə səhifənin görünməsini təmin
etmək üçün
Несколько страниц parametri aktivləşdirilir. Digər miqyaslar Произвольный qutusuna daxil
etməklə təyin edilir.
Вид menyusu proqram pəncərəsinin ümumi görnüşünü tənzimləyir və aşağıdakı
əmrlərdən ibarətdir.
Разметка страницы parametri Word sənədini kağız üzərində olduğu kimi göstərir.
Səhifənin kənar boşluqlarını , başladığı və bitdiyi yerləri ekranda tam olaraq görmək
mümkündür. Səhifələrin sayı çox olduğu zaman normal rejimdə işləmək məqsədə uyğundur.
Структура - əmri çox sərlövhəli böyük həcimli sənədin ierarxiq strukturunu əks
etdirməklə sənədin ayrı-ayrı sərlövhələrinə, uyğun hissələrə avtomatik keçidi təmin edir. Sənədin
strukturu sərlövhəyə görə yaradılır. Структура alətlər paneli üzərindəki
düymələrdən istifadə
edərək sənədi asanlıqla nizamlamaq mümkündür.
Режим чтения - uzun sənədi kompüter ekranından oxumağın ən asan yolu bu rejimdən
istifadə etməkdir. Sənəddəki başlıqlar sol pəncərədə, bu başlıqlar altındakı məlumatlar isə sağ
tərəfdəki pəncərədə uyğun formada göstəriləcəkdir.
Səhifələri nömrələmək üçün Вставка menyusunun Колонтитулы bölməsindəki Номера
страниц əmrini seçilir. Bu zaman ekrana Номера страниц dialoq pəncərəsi açılır. Pəncərədən
aşağıdakı parametrlər təyin edilir.
downloaded from KitabYurdu.org
28
Səhifə nömrəsi səhifənin yuxarısında olarsa Вверху страницы, aşağısında olarsa Внизу
страницу parametri seçilir.
Формат номеров страниц əmrini aktivləşdirdikdə ekrana eyni adlı pəncərə açılır.
Формат номера siyahısında rəqəm və ya hərflərlə ifadə olunmuş nömrə formatlarından
biri seçilir. Növbəti bölməni əvvəlki səhifələrin davamı kimi nömrələmək lazım gələrsə
Продолжить parametri aktivləşdirilir. İlk səhifənin nömrəsinin birdən fərqli olması
üçün Начать
с qutusuna lazım olan nömrə daxil edilib OK düyməsi sıxılır.
Dostları ilə paylaş: