Dərs vəsaiti Bakı 2016



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə6/49
tarix01.10.2023
ölçüsü5,01 Kb.
#151354
növüDərs
1   2   3   4   5   6   7   8   9   ...   49
[kitabyurdu.org] tetbiqi-proqramlar-metodik-vesait


Раздел-bir bölməyə keçmək

Строка-bir sətrə keçmək; 

Закладка-bir xülasəyə keçmək; 

Концевая сноска-bir sonluğa keçmək; 

Поле-bir sahəyə keçmək; 

Таблица-bir cədvələ keçmək; 

Рисунок-bir qrafikə keçmək

Формула-bir formula keçmək; 

Обьект-bir obyektə keçmək;

Заголовок-bir başlığa keçmək. 
 
1.
 
3. Mətni formatlaşdırmaq 
Windows sistemi altında işləyən bütün proqramlarda hər hansı bir obyekt üzərində 
müxtəlif əməliyyatları yerinə yetirməzdən əvvəl həmin obyektləri seçmək lazımdır. Word də 
silmə, köçürmə, daşıma, formatlaşdırma kimi əməliyyatları yerinə yetirməzdən əvvəl mətnin 
downloaded from KitabYurdu.org


12 
lazım olan hissəsini seçmək lazımdır. Bunun üçün müəyyən üsullardan istifadə olunur. Hər hansı 
bir sözü seçmək üçün mausun oxu sözün üzərinə gətrilir və sol düymə iki dəfə sıxılır. Seçilmiş 
söz qara rəngə boyanır. Seçməni ləğv etmək üçün mətn sahəsinin hər hansı bir yerində mausun 
sol düyməsi təkrar sıxılır.
Bütün mətni seçmək üçün Главная menyusundan Выделить - Выделить все əmrləri 
seçilir. 
Klaviatura düymələrindən də istifadə edərək seçmə əməliyyatlarını aparmaq olar.
Simvolları formatlaşdırmaq üçün Главная menyusundan Шрифт əmri seçilir. Bu zaman 
ekrana Шрифт dialoq pəncərəsi açılır.
Шрифт sahəsinin sürüşdürmə çubuğundaki ox düymələrindən istifadə edilərək yazı 
tipinin siyahısı gözdən keçrilir. Образец səhəsində seçilən yazı tipinə uyğun nümunə 
görsənəcəkdir.

Начертание-siyahısındakı yazı stilləri dəyişir; 

Обычный-düz yazı stili; 

Курсив-kursiv yazı stili; 

Полужирный-qalın yazı stili; 

Полужирный курсив-qalın kursiv yazı stili; 

Размер-siyahısında şriftlərin ölçüsü; 

Подчеркивание-siyahısından verilmiş müxtəlif alt cizgi formaıarından biri; 

Цвет текста-qutusundan yazıların rəngi; 

Видоизменение-seçilmiş mətn sahəsinə müxtəlif effektlər vermək üçün aşağıdakı 
parametrlərdən istifadə edilir. 

Зачеркнутый-sözlər üzərindən xətt çəkir; 

Двойное зачеркивание-sözlər üzərindən iki qat xətt çəkir; 

Надстрочный-üst indeksə yazır; 

Подстрочный-alt indeksə yazır; 

С тенью-hərfə kölgə verir; 

Контур-hərflərin kontur xətlərini verir; 

Приподнятый-hərfləri qabardır; 

Утопленный-hərfləri sıxlaşdırır; 

Малые прописные-bütün hərfləri kiçildilmiş böyük hərflərə çevirir

Все прописные-bütün hərfləri böyük hərflərə çevirir; 

Скрытый-seçilmiş mətni göstərir. 
downloaded from KitabYurdu.org


13 
Simvollar arası məsafəni təyin etmək üçün Дополнительно səhifəsindən istifadə olunur. 
Масштаб-qutusuna daxil edilən rəqəmlər simvolların genişliyini faizlə artırıb azltmaq 
üçündür. 100% normal genişlikdir. 

Разреженный-genişləndirilmiş;

Обычный – adi; 

Уплотненный-sıxlaşdırılmış. 
Worddə mətnləri daxil edərkən bir sətrə sığışmayan söz avtomatik olaraq növbəti sətrə 
keçir. Buna görədə sətrə sığışmayan sözləri hecalara bölməyə ehtiyac yoxdur. Yeni abzasların 
təşkil edilməsi üçün Enter düyməsi sıxılır. İki Enter düyməsinin sıxıldığı yer arasında qalan 
sahəyə paraqraf deyilir.
Paraqrafları formatlaşdırmaq üçün Абзац dialoq pəncərəsindəki parametrlərdən , 
formatlaşdırma alətlər paneli üzərindəki uyğun düymələrdən və şaquli xətkeş üzərindəki xüsusi 
düymələrdən istifadə edilir. 
Bunun üçün Главная menyusundan Абзац əmri seçilir. Bu zaman ekrana Абзац dialoq 
pəncərəsi açılır. 
Pəncərə iki səhifədən ibarətdir. 
1. Отступы и интервалы; 
2. Положение на странице. 
Sətrlər arası məsafəni təyin etmək üçün dialoq pəncərənin Отступы и интервалы 
səhifəsi açılır. Интервал sahəsindəki Междустрочный qutusunun aşağı ox düyməsi sıxılaraq 
siyahı açılır. 
Buradan lazım olan parametrlər seçilir.

Одинарный-sətrlər arsında bir boşluq buraxmaq üçün

Полуторный-sətrlər arsında 1,5 boşluq buraxmaq üçün; 
downloaded from KitabYurdu.org


14 

Двойной -sətrlər arsında ikiqat boşluq buraxmaq üçün; 

Минимум-ən kiçik sətr boşluğunu seçir; 

Точно-bu parametr bütün sətr boşluqlarının eyni ölçüdə olmasını təmin edir; 

Множитель- sətrlər arası boşluğu faizlə artırıb azaltmaq üçündür. 
Hər bir paraqrafdan əvvəl yerləşdiriləcək boşluqları təyin etmək üçün Интервал 
sahəsindəki Перед sətrinə, paraqrafdan sonra yerləşdiriləcək boşluqları təyin etmək üçün isə 
Интервал sahəsindəki После sətrinə boşluq məsafəsi daxil edilir.
Nəzərə almaq lazımdır ki, iki paraqraf arasındaki boşluq Перед və После sətrlərinə daxil 
edilmiş məsafələrin cəminə bərabərdir. Ona görədə iki paraqraf arsındai boşluğu təyin etmək 
üçün bu sətrlərdən birinə qiymət daxil etmək lazımdır. Bir paraqrafı səhifənin soluna,sağına 
mərkəzinə və ya hər iki tərəfinə görə bərabərləşdirmək üçün onu seçməyə ehtiyac yoxdur. Əgər 
iki və ya daha artıq paraqrafın sətrlərini bərabərləşdirmək lazım gələrsə onları seçmək lazımdır. 
Bundan sonra açılan pəncərənin Выравнивание qutusunun aşağı ox düyməsi sıxılaraq 
siyahı açılır.
Bu siyahıdan uyğun bir bərabərləşdirmə forması seçilir.

По левому краю-sətrləri səhifənin sol kənarına sıxışdırmaqla bərabərləşdirir; 

По центру-sətrləri mərkəzləşdirir; 

По правому краю-sətrləri səhifənin sağ kənarına sıxışdırmaqla bərabərləşdirir; 

По ширине-sətrləri səhifənin sol və sağ kənarlarına görə bərabərləşdirir. 
Müxtəlif formalı mətnlərdə bəzi paraqrafların sətrlərinin səhifənin içərisindən başlaması 
və ya sətrlərin sağ tərəfindən içəriyə doğru sıxışdırılması lazım gəlir.
Paraqraf sətrlərinin sol və sağ sərhədlərini və paraqrafların abzas məsafələrini təyin 
etmək üçün əvvəlcə lazım olan paraqraf seçilir. Sonra Отступ sahəsindəki Слева və Справа 
qutularına uyğun rəqəmlər daxil edilərək seçilmiş paraqrafların sol və sağ boşluqları təyin edilir.
Paraqrafın Абзац məsafəsini təyin etmək üçün Первая строка qutusunun aşağı ox 
düyməsi sıxılaraq siyahı açılır. 
Buradan lazım olan parametrlərdən biri seçilib, sağdakı qutuya rəqəmi daxil edilir.

Нет-paraqrafda Абзац sətri olmayacaqdır; 
downloaded from KitabYurdu.org


15 

Отступ-paraqrafın birinci sətri Абзац sətri, qarşısındaki qutuya daxil edilən rəqəm isə 
Абзац məsafəsi kimi qəbul edilir; 

Выступ-birinci sətrindən başqa digər sətrləri içəriyə doğru girəcəkdir.
Paraqrafın Абзац məsafəsinin sol və sağ sətr boşluqlarını təyin etmək üçün şaquli xətkeş 
üzərindəki paraqraf düymələrindən istifadə edilir.
Bəzən mətnləri hazırlayarkən müxtəlif başlıq sətrləri səhifənin başında və sonunda 
qalaraq digər mətnlərdən ayrı düşür. Başqa bir halda isə sonunda yer olduğu halda belə bir neçə 
sətrdən ibarət olan paraqraf növbəti səhifəyə keçir. Bu hallara avtomatik nəzarət etmək lazım 
gəlir. Bunun üçün Абзац dialoq pəncərəsinin Положение на странице səhifəsindəki uyğun 
parametləri və avtomatik nəzarət olunacaq qonşu paraqrafları seçmək lazımdır.
Sonra paraqrafların sətrlərinin təklənməsinin qarşısını almaq üçün Разбивка на 
страницы sahəsindəki Запрет висячих строк-parametri işarələnir.
Bir səhifədən digərinə keçərkən paraqrafın bütün sətrlərinin növbəti səhifəyə keçməsi 
üçün Не разрывать абзац parametri işarələnir. 
Не отрывать от следующего parametri seçilərsə növbəti paraqraf səhifə sonuna 
yerləmədiyi zama seçilmiş paraqrafıda özü ilə birlikdə növbəti səhifəyə keçirir. 
С новой страницы-paraqrafın həmişə səhifənin başlanğıcında olmasını təmin edir. 
Запретить автоматический перенос слов-sözlərin hecalanmamısını təmin edir. 
Qəzet, jurnal və digər səhifələri hazırlayarkən müxtəlif paraqrafların ilk sətrlərinin birinci 
hərflərini nəzərə çarpacaq dərəcədə iri hərflərlə göstərmək üçün aşağıdaki əməliyyatları yerinə 
yetirmək lazımdır. Kursor lazım olan paraqrafda yerləşdirilir. Sonra Вставка menyusunun Текст 
bölməsindən Буквица əmri seçilir. 
Ekrana açılan siyahıdan Параметры буквицы əmri seçilir.Açılan pəncərənin Положение 
sahəsindəki formalardan biri seçilir. 
downloaded from KitabYurdu.org


16 

В тексте-Seçilmiş hərf üç sətrin əvvəlində yerləşəcək

На поле-hərf paraqraf sətrlərinin sol kənarındakı boş bir sahədə yerləşəcək. Böyüdülmüş 
hərfin parametrlərini Параметры sahəsindən təyin edilir.

Шрифт-hərfin yazı tipini seçmək üçün istifadə olunur. Hərfin hündürlüyü Высота в 
строках qutusuna daxil edilir. Hərflərlə sətrlər arasındaki məsafə Расстояние от текста 
qutusuna daxil edilir.

Worddə hazırlanmış mətni kağız formatından asılı olaraq hər birinin ölçüsü minumum 
1.27 sm olan sütunlara bölmək olar.Sütunların maksimum sayı kağız formatından və 
səhifə genişliyindən asılıdır. 
Mətni yazmazdan əvvəl və ya yazılmış mətni seçdikdən sonra lazım olan sayda sütunlara 
ayırmaq üçün Разметка страницы menyusunun Параметры страницы bölməsindən Колонки- 
Другие колонки əmri seçilir. Ekrana Колонки dialoq pəncərəsi açılır. 

Одна-bir sütunlu mətnlər hazırlamaq üçün; 

Две-iki sütunlu mətnlər hazırlamaq üçün; 

Три-üç sütunlu mətnlər hazırlamaq üçün; 

Слева-ensiz və enli iki sütunlu mətnlər hazırlamaq üçün; 

Справа-enli və ensiz iki sütunlu mətnlər hazırlamaq üçündür. 
Sütunların sayı Число колонок qutusuna daxil etməklə təyin edilir. 
Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   49




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2025
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin