4
Giriş
Müasir zamanda kompyuter təhsili almış iş qüvvəsinə duyulan ehtiyac artmaqdadır.
Fərdlərin gündəlik həyatlarını davam etdirə bilmələri üçün kompyuter təhsillərinin olması
vacib
bir amilə çevrilmişdir.
Hər hansı sahədə tətbiq olunan,
rahat interfeysə malik olub, dialoq rejimində işləyən
hazır proqramlar toplusuna tətbiqi proqramlar deyilir. Tətbiqi proqramlar ƏS-nin idarəsi altında
işləyir. İndiki zamanda fərdi kompüterlər üçün yüz minlərlə
tətbiqi proqramlar işlənib
hazırlanmışdır.
Dərs vəsaiti əsasən proqram təminatının ən mühüm hissəsi sayılan Office proqram
paketlərindən – MS Word 2013, MS Excel 2013, MS Power Point 2013, MS Acess2013
proqramlarının öyrənilməsinə həsr edilmişdir.
MS Word 2013 mətn
redaktorunun quruluşu, təyinatı haqqında geniş məlumat verilir,
onun digər redaktorlarla əlaqəsi verilir.
MS Excel 2013 cədvəl redaktorunun quruluşu, təyinatı haqqında məlumat verilir.Riyazi
və iqtisadi məsələlərin həllində onun böyük əhəmiyyəti olduğu şərh edilir.
Dərs vəsaitində verilənlər bazalarının idarəetmə sistemləri içərisində geniş yayılmış MS
Acess 2013 proqramı haqqında ətraflı məlumat verilir. Vəsaitdə MS Acess proqramının
obyektləri: Cədvəllər, Sorğular,
Formalar, Hesabatlar öyrənilir. Onların yaradılma üsulları
praktiki misallarla izah olunur.
MS Power Point 2013 - təqdimatların hazırlanması haqqında məlumat verir.
downloaded from KitabYurdu.org