THE 3 rd INTERNATIONAL SCIENTIFIC CONFERENCES OF STUDENTS AND YOUNG RESEARCHERS dedicated to the 99
th
anniversary of the National Leader of Azerbaijan Heydar Aliyev
153
maqdadır. Bütün bunlar texnoparklarda innovativ məhsul istehsalı proses-
lərinin modelləşdirilməsinin elmi-metodoloji əsaslarının işlənilməsini zəruri
edir və onun perspektiv inkişafına şərait yaradır. Texnoparklarda istehsal-
xidmət fəaliyyətinin modelləşdirilməsinin perspektiv inkişafı üçün beynəlxalq
təşkilatların tələbləri və 4.0 Sənaye inqilabının trendlərində təklif olunan əsas
tövsiyələr nəzərə alınmalıdır. Texnoparkların fəaliyyətində innovasiya və
elmtutumlu məhsul istehsalının modelləşdirilməsi üçün göstəricilər sistemi
işlənilməlidir. Texnoparklarda innovativ məhsul-xidmət istehsalı prosesinin
modelləşdirilməsində çoxkriteriyalı qərar qəbuletmə məsələlərindən istifadə
xüsusu əhəmiyyətə malikdir
[
Zapolskyte, et al., 2020
].
Çoxkriteriyalı təhlildən
istifadə etməklə texnoparklarda istehsal-xidmət fəaliyyətinin modelləşdiril-
məsi elektron dövlətin əsas istiqamətlərindən biridir.
Nəticə Texnoparklarda istehsal-xidmət fəaliyyətinin modelləşdirilməsi onun
fəaliyyətinin idarə olunması səmərəliliyinin yüksəldilməsinə, kompleks şəkil-
də qiymətləndirilməsinə və qərar qəbuletmə proseslərinə əlavə imkanlar
yaradacaqdır. Texnoparkların istehsal-xidmət fəaliyyətinin modelləşdirilməsi,
onun fəaliyyətinin müqayisəli qiymətləndirilməsi üçün kompozit indekslər sis-
teminin işlənilməsi həyata keçirilməlidir. Texnoparklarda innovativ məhsul-
xidmət istehsalının müasir metodlarla modelləşdirilməsinin konseptual
modelinin işlənilməsi üzrə təklif və tövsiyələr işlənilməlidir. Texnoparkların
istehsal-xidmət fəaliyyətinin modelləşdirilməsinin çoxkriteriyalı ekspert qiy-
mətləndirmələrinin nəticələri qərar qəbuletmə proseslərində effektiv qərar-
ların qəbulu və səmərəli icrasında mühüm nəticələrin alınmasına imkan yara-
da bilər. Müasir texnologiya və metodların tətbiqi ilə texnoparklarda məhsul
istehsalının modelləşdirilməsi üçün onun kompüter modelinin və proqram
təminatının işlənilməsi suni intellektə əsaslanan əsas məsələlərdəndir.