2. Texnoparklarda innovativ məhsul istehsalı proseslərində müasir texnologıyaların tətbiqi Texnoparklar kompleks təyinatlı mürəkkəb sosial-iqtisadi sistem kimi bir-
biri ilə qarşılıqlı əlaqədə olan elementlərə və bir çox spesifik xüsusiyyətlərə
malikdirlər. Beynəlxalq və yerli bazarlara yüksək keyfiyyətli innovativ məh-
sulların çıxarılması texnoparkların əsas məqsədlərindəndir. Texnoparkların
fəaliyyətinin effektiv idarəedilməsi sisteminin bir çox funksiyaları vardır.
Beynəlxalq Elmi Parklar Assosiasiyasının rəsmi məlumatında texnoparkların
64%-dən çoxunun İKT və kommunikasiya, 35%-nin biotexnologiya, 31.6%-
nin kompüter elmləri və aparat təminatı, 29.1%-nin elektronika, 29%-nin
proqram təminatı, 27.4%-nin e-tibb sahələrində fəaliyyəti göstərilmişdir
[www.iasp.ws]. Texnoparkların idarəetmə problemlərindən biri onun innova-
tiv məhsul-xidmət istehsalı prosesinin çoxkriteriyalı riyazi statistik modelinin
işlənilməsidir [Aliyev, Shahverdiyeva, 2018; Entringer, et al., 2020]. Texno-
parklarda istehsal-xidmət fəaliyyəti bir çox göstərici və kriteriyalarla xarak-
terizə olunur. Texnoparkların istehsal-xidmət fəaliyyətinin modeli onun inno-
vativ texnologiyalardan və müasir proqram təminatından istifadə, innovativ
məhsulların inkişaf perspektivlərinin nəzərə alınması, intellektual sistemlərin
tətbiqi, mobil idarəetmə strukturunun işlənilməsi, müştərilərin innovasiya xid-
mətlərinin nəzərə alınması, modelləşdirilmə, stimullaşdırma və proqnozlaş-
dırma və s. kimi inkişaf istiqamətlərindən ibarətdir. Texnoparkların fəaliyyə-
tinin səmərəli idarə olunmasında Big Data, IoT, cloud, süni intellekt, “Soft
computing” və s. kimi digər innovativ texnologiyaların tətbiqi perspektivləri
hazırkı dövr üçün xüsusu əhəmiyyətə malikdir [Yang, 2019].
3. Texnoparklarda innovativ məhsul istehsalının səmərəli idarə olunmasının perspektiv istiqamətləri Yüksək ixrac potensiallı, innovativ məhsul və ya xidmət istehsalının for-
malaşdırılması üçün Qarabağda daxil olmaqla Azərbaycanın digər regionla-
rında elm, texnologiya əsaslı sənayə aqrar və digər texnoparkları yaradıl-