Tezislər / Theses



Yüklə 17,55 Mb.
Pdf görüntüsü
səhifə149/493
tarix02.10.2023
ölçüsü17,55 Mb.
#151572
1   ...   145   146   147   148   149   150   151   152   ...   493
BHOS Tezisler 2022 17x24sm

THE 3
rd
 INTERNATIONAL SCIENTIFIC CONFERENCES OF STUDENTS AND YOUNG RESEARCHERS 
dedicated to the 99
th
anniversary of the National Leader of Azerbaijan Heydar Aliyev
157
AZƏRBAYCAN ÇAPƏLYAZMA ƏLİFBASININ TANINMASINA 
YANAŞMALARIN MÜQAYİSƏLİ TƏHLİLİ 
Rüstəm Əzimov 
AMEA 
İ
dar
ə
etm
ə
 Sisteml
ə
ri 
İ
nstitutu
Bak
ı
, Az
ə
rbaycan 
rustemazimov1999@gmail.com 
Elmi rəhbər: AMEA-nın müxbir üzvü, Professor Kamil Aida-zadə
Açar sözlər:
maşın öyrənməsi, müəllimlə öyrənmə, müəllimsiz öyrənmə. 
Giriş.
Təsvirlərin tanınması surətlərin tanınması məsələlər sinfinin aktual 
istiqamətlərindən biri kimi intellektual sistemlərin mühüm komponentlərin-
dəndir. Ümumiyyətlə, təsvirin tanınması dedikdə hər hansı yanaşma, məs., 
Dayaq Vektorlar Maşını, Süni Neyron Şəbəkə (SNŞ), Bükülmə Neyron Şə-
bəkə (BNŞ) kimi aparatların köməyi ilə həmin təsvirin aid olduğu sinfin – bu 
işdə təsvirin hansı hərfin təsviri olduğunun təyin olunması nəzərdə tutulur. 
İşdə hərflərin tanınması üçün SNŞ və BNŞ-dən istifadə olunmuşdur. 
SNŞ və BNŞ-nin hazırlanması aşağıdakı addımları özündə ehtiva edir: 
1. Şəbəkənin arxitekturasının – layların sayı, tipi, laylardakı neyron 
saylarının təyin olunması, 
2. Şəbəkədəki sinaps və həyəcanlandırma əmsallarının qiymətlərinin 
öyrətmə ilə təyin olunması. 
Yuxarıda adı çəkilən aparatların 2-ci addımda qeyd olunan parametr-
lərinin seçilməsi üçün maşın öyrənməsinin müəllimlə öyrənmə növündən 
istifadə olunur. Təsvirlərin tanınması məsələsində öyrətmə prosesi mövcud 
təsvirlərdən çıxarılmış əlamətlər və həmin təsvirlərin sinfini bildirən uyğun 
çıxış dəyərlərindən ibarət cütlərin köməyi ilə aparılır, bu cür öyrənmə müəl-
limlə öyrənmə (ing. supervised learning) adlanır. 
Müəllimsiz öyrənmə (ing. unsupervised learning) isə sinifləşdirmə yox, 
dəstələşdirmə (ing. clustering) məsələsini həll edəcək mexanizmin hazırlan-
ması üçün istifadə olunur. Dəstə anlayışının mahiyyəti sinif anlayışınınkın-
dan fərqli olaraq icraçı tərəfindən təyin olunmur. Məs., verilmiş hərf təsvirinin 
hansı hərfin təsviri olduğunun tapılması sinifləşdirmə məsələsidir və həmin 
təsvirin daxil sayıla biləcəyi siniflər əvvəlcədən bəllidir. Lakin dəstələşdirmə 
məsələlərinin qoyuluşunda ən çoxu dəstələrin sayı verilə bilir, dəstələrin 
təyinatı isə bəlli deyil. 
İşdə Azərbaycan əlifbasının böyük çapəlyazma hərflərinin tanınması 
üçün fərqli yanaşmaların müqayisəli təhlili aparılmışdır. Bu yanaşmalar müəl-
limsiz öyrənmənin müəllimlə öyrənmədə işlədilməsini özündə saxlayır. 

Yüklə 17,55 Mb.

Dostları ilə paylaş:
1   ...   145   146   147   148   149   150   151   152   ...   493




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin