Tezislər / Theses



Yüklə 17,55 Mb.
Pdf görüntüsü
səhifə176/493
tarix02.10.2023
ölçüsü17,55 Mb.
#151572
1   ...   172   173   174   175   176   177   178   179   ...   493
BHOS Tezisler 2022 17x24sm

THE 3
rd
 INTERNATIONAL SCIENTIFIC CONFERENCES OF STUDENTS AND YOUNG RESEARCHERS 
dedicated to the 99
th
anniversary of the National Leader of Azerbaijan Heydar Aliyev
185
PUA-lar yer səthi üzərindən çəkilmiş şəkillərdə obyektlərin yerləşmə 
koordinatlarını müəyyən etmək, müşahidə aparmaq və sahə məlumatlarını 
hesablamağa imkan yaradlr. Buna sadə bir təsvir üzrəindən izahını verməyə 
çalışaq. Əldə olunmuş təsvirdəki obyektlərin tanınması və təsvir üzərində 
bəzi filterizasiyaların icrası üçün MATLAB proqram təminatından istifadə 
olunmuşdur. BWLABEL və IMFEATURE kimi funksiyaların köməyi ilə təsvir-
dəki obyektlərin müəyyən əlamətlərinə görə filterizasiya icra edilə bilər. 
BWLABEL funksiyası: 
Sintaksisi:

L = bwlabel(BW); 

L = bwlabel(BW,conn); 

[L,n] = bwlabel(___). 
burada, L – Label matrisdir və eyni zamanda buna kəsişmə nöqtələrinin eti-
ket matrisi də deyirlər. O, sıfır və müsbət olan tam ədədlərin matrisi forma-
sındadır. Burada, “0” etiketli piksellər fonu simvolizə edir. “1” etiketli piksellər 
isə bir obyekti ifadə edir. “2” etiketli piksellər növbəti obyekti ifadə edir və s. 
Burada, BW – ikilik (2D) şəkildır; n – təsvir üzərindəki obyektlərin sayıdır; 
conn – piksel bağlantısı adlanır. 
IMFEATURE funksiyası: 

stats = imfeature(L, ölçülər); 

stats = imfeature(L, ölçülər, n). 
burada, ölçülər bir birindən vergül vasitəsi ilə ayrılmış, matris formasında verilir. 
Burada eyni zamanda hazır sahə dəyərləri vardır ki, onları yazdğımız 
funksiyalarda istifadə etməklə lazım olan hesablamaları həyata keçirə bilərik. 
Bunlardan eyni zamanda PUA sistemlərindən alınmış təsvirlərdə obyektləri 
tanımaq və müxtəlif əlamətlərinə görə axtarılması üçün lazım olacaq bəzilə-
rini nəzərdən keçirək: 
1. Area– piksellərin ümumi sayını ifadə edir; 
2. Centroid – bölgənin kordinat başlanğıcının kordinatlarıdır;
3. BoundingBox – düzbucaqlının kordinatlarını tapmaq üçündür.
Təsvirlərin və təsvirdəki obyektlərin hər hansı əlamətlərinə görə axtarış 
alqoritmi aşağıdakı kimidir: 
1. PUA tərəfindən əldə edilmiş təsviri ilk olaraq “imread” funksiyasının 
köməyi ilə proqrama tanıdılır; 
2. BWLABEL funksiyasının köməyi ilə ikilik tip çevirmənin icrası həyata 
keçirilir; 
3. Obyektlərin əhatə eydiyi sahənin tapılması? yəni təsvir üzərində neçə 
pikseldən ibarət olunduğunu müəyyən etmək üçün “imfill” funksiyası-
nın yardımı ilə boş sahələrinin daxillərinin doldurulması icra edilir; 
4. “regionprops” funksiyasının yardımı ilə təsvir üzərindəki hər bir ob-
yektin sahə dəyərlərini hesablanması icra olunur. Həmçinin hər bir 



Yüklə 17,55 Mb.

Dostları ilə paylaş:
1   ...   172   173   174   175   176   177   178   179   ...   493




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin