Tezislər / Theses



Yüklə 17,55 Mb.
Pdf görüntüsü
səhifə219/493
tarix02.10.2023
ölçüsü17,55 Mb.
#151572
1   ...   215   216   217   218   219   220   221   222   ...   493
BHOS Tezisler 2022 17x24sm

THE 3
rd
 INTERNATIONAL SCIENTIFIC CONFERENCES OF STUDENTS AND YOUNG RESEARCHERS 
dedicated to the 99
th
anniversary of the National Leader of Azerbaijan Heydar Aliyev
227
Messages sent to the multicast address will be received by all routers in the 
network. The source and destination addresses are included in the header 
of the router solicitation message. When a router receives a router solicitation 
message, it sends a router advertisement message to the host and the 
multicast group of all nodes. 
In IPv6, neighbor solicitation messages replace ARP, while redirect 
messages are used by routers to either point hosts toward a better router or 
to indicate that a destination is truly on the link. These five messages will be 
thoroughly explained.
References 
[1] W.Richard Stevens TCP/IP protocols, Second Edition 
[2] A. Conta, S. Deering, M. Gupta, Ed., “Internet Control Message Protocol (ICMPv6) for 
the Internet Protocol Version 6 (IPv6) Specification,” RFC 4443, Mar. 2006.


THE 3
rd
 INTERNATIONAL SCIENTIFIC CONFERENCES OF STUDENTS AND YOUNG RESEARCHERS 
dedicated to the 99
th
anniversary of the National Leader of Azerbaijan Heydar Aliyev
228
BULUD ƏSASLI İNTELLEKTUAL ELEKTRON
KİTABXANALARIN YARADILMASI PRİNSİPLƏRİ 
Dilbər Əlizadə 
AMEA, 
İ
nformasiya Texnologiyalar
ı
 
İ
nstitutu 
Bak
ı
, Az
ə
rbaycan 
dilberilhamgizi@gmail.com
Elmi rəhbər: f.e.d, dosent Aybəniz Əliyeva-Kəngərli 
Elmi məsləhətçi: akademik Rasim Əliquliyev 
Açar sözlər:
bulud texnologiyaları, elektron kitabxana, bulud əsaslı e-kitbaxana, 
motivasiya və mükafatlandırma sistemləri, tövsiyə sistemləri 
Bulud texnologiyaları böyük miqyaslı tətbiqləri yerləşdirə bilən perspek-
tivli bir infrastrukturdur. Bulud hesablama istifadəçilərə məlumatların saxla-
nılması, emalı və s. kimi bir sıra imkanlar verir. İstifadəçilərin müxtəlif re-
surslara və məlumatlara müraciəti rahat interfeys vasitəsilə təmin olunur [4]. 
Ötən əsrin ortalarına nəzər salsaq görürük ki, e-kitabxanalarda infor-
masiya floppi disklərdə saxlanılırdı. Bu isə böyük həcmli məlumatların arxiv-
ləşdirlməsinə imkan vermirdi. Son dövrlərdə isə bir çox sənəd və məlumatlar 
rəqəmsallaşdırılır və “bulud”larda saxlanılır [1]. 
Müasir dövrdə elektron kitabxana fondunun formalaşmasında həmçinin 
xidmətlərin təşkil edilməsində bulud texnologiyalarından geniş şəkildə istifa-
də olunmağa başlanılmışdır. Bulud əsaslı e-kitabxanaların yaradılması və 
istifadəçi buludlarının təşkil edilməsi kitabxana resurslarının istifadəsi haq-
qında məlumat almağa imkan verir [3]. Alınan informasiyanın analizi nəticə-
sində resursları təsnifləşdirmək mümkün hala çevrilir. Eyni zamanda istifadə-
çilərin aktivlik dərəcəsi, maraq dairələri də bu analiz nəticəsində öyrənilir.
Bulud əsaslı e-kitabxana quruculuğu sahəsində vacib məqamlardan biri 
təhlükəsizlik və fərdi məlumatların qorunması məsələləridir. Belə ki, e-kitab-
xanada qeydiyyatdan keçən hər bir istifadəçi öz fərdi məlumatlarını (ad, 
soyad, e-mail və s.) burada qeyd edir. Müasir dövrdə kibercinayətkarlığın 
olması, icazəsiz fərdi məlumatlara giriş, plagiat və s. kimi hallar e-kitabxana 
mühitində fərdi məlumatların qorunmasını zəruri edir [2]. 
Motivasiya və mükafatlandırma sistemi istifadəçiləri onlayn fəaliyyətdə 
iştirakına görə mükafatlandırır. Mükafatlandırma proqramları ballarla müka-
fatlandırma, mükafat ballarını yığma və istifadəyə görə dəyişir. Tipik olaraq 
mükafatlandırma sisteminin bir məqsədi var: istifadəçilərə stimul vermək [6]. 
Bu sistemi e-kitabxanaya tətbiq etməklə hər bir kitabxana iştifadəçisini fəaliy-
yətindən asılı olaraq ballarla qiymətləndirmək və onları daha aktiv fəaliyyət 
üçün motivasiya etmək mümkündür.
Tövsiyə sistemləri istifadəçilərin ən çox müraciət etdikləri resursların rey-
tinqini müəyyən edən sistemdir [5]. Tövsiyə sistemlərinin e-kitabxanalara tət-
biqi istifadəçilərə onların sorğuları əsasında həmin məzmunda digər resurs-
ları təklif edir. 



Yüklə 17,55 Mb.

Dostları ilə paylaş:
1   ...   215   216   217   218   219   220   221   222   ...   493




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin