THE 3 rd INTERNATIONAL SCIENTIFIC CONFERENCES OF STUDENTS AND YOUNG RESEARCHERS dedicated to the 99
th
anniversary of the National Leader of Azerbaijan Heydar Aliyev
366
7890B Gas Chromatograph (GC) with column HP-5 with a gas carrier velocity
(H2 and N2) of 1.2 ml/min and a pressure of 5.41 psi (pound-force per square
inch) (Tagiev
et al., 2020).
References [1] Tagiev D. B., Mammadova U. A., Asadov M. M., Isazade A. F., Zeynalov N. A. Catalytic
oxidation of n-hexane on immobilized manganese containing polymer catalyst. J. Chem.
Technol. Metall., 2021, Vol. 56, pp. 979-987
[2] Isazade A. F., Mammadova U. A., Tagiev D. B., Zeynalov N. A. Catalytic oxidation of n-
heptane on immobilized manganese-containing polymer catalyst. New Materials,
Compounds and Applications, 2021, Vol.5, pp.198-204
PVX/XAPP POLİMER QARIŞIĞINDAN İSTİFADƏ ETMƏKLƏ SULFOKATİONİTLƏRİN ALINMASI Rəhimova Firəngiz Rəfail qızı, Rüstəmova Gülər Fariz qızı Az ə rbaycan Dövl ə t Neft v ə S ə naye Universiteti Bak ı şə h ə ri, Az ə rbaycan firengizrehimova@gmail.com Elmi rəhbər: Əliyeva Gülnarə Arif qızı Açar sözlər: polistirol , PVX/XAPP, mexano-kimyəvi modifikasiya, sulfokationit, statik və
dinamik dəyişmə tutumu
Qapalı texnoloji sxemlərin və xammalın kompleks şəkildə istifadə olun-
masının sənayeyə tətbiq olunması nəticəsində iondəyişdirici materiallar sə-
nayenin müxtəlif sahələrində geniş istifadə olunur. Hidrometallurgiya, zərif
üzvi sintez, nüvə texnologiyası, müxtəlif sahələrdə su təchizatı, çirkab və
tullantı suların təmizlənməsi, nüvə reaktorların istidaşıyıcıları və s. kimi səna-
ye sahələri iondəyişdirici maddələrini istifadə etmədən fəaliyyət göstərə bil-
məzlər. Yuxarıda adları çəkilən sahələrdə bir çox proseslər yüksək tempera-
turda və aqressiv mühitdə aparılır. Sənaye proseslərinin avtomatlaşdırılma-
sında, iqtisadi səmərəni əldə etmək üçün və s iondəyişdirici materialların
zəmanətli istifadəsi vacibdir. Bunlara ionitlərin istismar zamanı fiziki-mexaniki
xassələrinin pisləşməməsi, ionitlərin uzunmüddətli çalışması və s. aiddir.
Bütün bunları nəzərə alaraq, biz yaxşılaşdırılmış xassələrə malik sadə-
lənmiş texnologiya ilə, yəni hazır polimer karkası əsasında iondəyişdirici ma-
teriallarını sintez etmək təklif edirik. Polimer karkas kimi məişət tullantısı olan
polistiroldan və onun əsasında hazırlanmış polimer qarışığından istifadə
edilmişdir.
İstifadə olunan xammalın kimyəvi təbiətindən asılı olaraq kapilyar visko-
zimetrində müxtəlif şəraitdə (yəni temperatur yerdəyişmə gərginliyi və yerdə-
yişmə sürəti) poistirol tullantısı (PST) və polivinilxlorid xlorlaşdırılmış ataktik
polipropilen qarışığı (PVX/XAPP) polimer kompozisiyaları hazırlanmışdır.