THE 3 rd INTERNATIONAL SCIENTIFIC CONFERENCES OF STUDENTS AND YOUNG RESEARCHERS dedicated to the 99
th
anniversary of the National Leader of Azerbaijan Heydar Aliyev
367
Əvvəlcədən adı çəkilən polimerlərin mexaniki qarışıqları hazırlanmış, sonra
isə bu qarışığın mexano-kimyəvi modifikasiyası aparılmışdır. Polistirol tullan-
tısı:PVX/XAPP polimer kompozisiyası əsasında müxtəlif nisbətlərdə hazır-
lanmışdır. (%, kütlə) 99:1, 98:2, 97:3, 96:4, 95:5. Mexano-kimyəvi modifika-
siya ektruziya üsulu ilə aşağıdakı şəraitdə aparılıb:
- temperatur – 140-150
0
C;
- zaman – 5 dəq.
Bu şəraitdə polistirol nümunəsi və bütün modifikasiya olunmuş qarışıqlar
stabil axına malikdirlər. Alınmış nümunələr 2-3 mm ölçüyə qədər xırdalan-
dıqdan sonra 24 saat müddətində eksikatorda saxlanılır, bundan sonra 75
0
C
temperaturda 2-3 saat müddətində qurudulur. Sulfokationitlərin alınması
məqsədi ilə modifikasiya olunmuş kompozisiyalar qatı sulfat turşusu ilə sulfo-
laşdırılmışdır. Sulfolaşma prosesinin optimal şəraitini müəyyən etmək üçün
bu proses geniş temperatur və zaman intervalında aparılmışdır:
- temperatur - 30÷80
0
C;
- zaman - 2÷8 saat.
40
0
C temperaturda və 4 saat müddətində alınmış sulfokationitlərin statiki
və dinamiki dəyişmə tutumu göstəriciləri yüksək olduğundan bu parametrləri
optimal şərait kimi götürə bilərik. İondəyişdirici materialların əsas xassələrin-
dən biri udma qabiliyyətidir, bu da statiki və dinamiki dəyişmə tutumu ilə (SDT
və DDT) xarakterizə olunur. Apardığımız tədqiqatlarda alınmış iondəyişdirici
materialların əsas göstəriciləri təyin edilmişdir – statiki və dinamiki dəyişmə
tutumu, şişmə dərəcəsi, mexaniki davamlılıq və müxtəlif aqressiv mühitlərə
dayanılıqlıq. Göstərilmişdir ki, PST: PVX/XAPP=98:2 nisbətində hazırlanmış
polimer kompozisiyası əsasında alınmış sulfokationitlərin SDT və DDT gös-
təriciləri, mexaniki davamlılığı sənayedə geniş istifadə olan KU-2 sulfo-
kationitə nisbətən daha yüksək göstəricilərə malikdir, eləcə də suda şişmə
əmsalı və müxtəlif aqressiv mühitlərdə ionitlərin davamlılığı qənaət bəxş qiy-
mətləndirilə bilər [1, 2].
Bundan başqa ionitlərin sintezində istifadə olunan xammal məişət tullan-
tısı olduğundan, alınan məhsulun maya dəyəri aşağı olduğu proqnozlaşdı-
rılır, bu da həm ekoloji, həm də iqtisadi baxımdan əlverişli sayila bilər. Bütün
bunları nəzərə alaraq, biz sintez etdiyimiz sulfokationitləri KU-2- yə əvəz isti-
fadə etməyi təklif edirik.
Ədəbiyyat [1] F.A. Amirov, G.A. Aliyeva, F.R. Rahimova, G.F.Rustamova. Fuzzy C-Means Based
Synthesis of Ion –Exchange Materials. 11 th Word Conference on “ İntelligent systems
for İn dustrrial Automation -WCIS, 2020, Tashkent , Üzbekistan. 17 March 2021. Pages
487-495. http://wcis2020.uz/ DOI:10.1007/978-3-030-68004-6_64
[2] G.A.Aliyeva, F.R.Rahimova, G.F.Rustamova. Investigation of the properties of
sulfocationites based on polymer composition. 9th Rostocker International Conference:
“Technical Thermodynamics: Thermophysical Properties and Energy Systems”, October,
2020, University of Rostock, Germany. THERMAM 2020, p.62