THE 3 rd INTERNATIONAL SCIENTIFIC CONFERENCES OF STUDENTS AND YOUNG RESEARCHERS dedicated to the 99
th
anniversary of the National Leader of Azerbaijan Heydar Aliyev
57
DƏNİZ KONDENSAT QUYULARININ İSTİSMARINDA QUM SƏBƏBİNDƏN BAŞ VERƏN MÜRƏKKƏBLƏŞMƏLƏR VƏ ONA QARŞI MÜBARİZƏ Qorxmaz Əbilov Az ə rbaycan Dövl ə t Neft v ə S ə naye Universiteti Bak ı , Az ə rbaycan qorxmaz.abilov@mail.ru Elmi rəhbər: Dosent Şahin İsmayılov Açar sözlər: Qum təzahürü, qum tıxacı, süzgəclər, quyudibi, yuma əməliyyatı
Zəif sementlənmiş və kövrək süxurlardan ibarət olan məhsuldar laylar-
dan (horizontlardan) işləyən, istismar quyularının quyudibi zonasının təbii
litoloji strukturunun pozulması ilə , istismar quyularının istismar kəmərinin
süzgəc hissəsində və quyu lüləsində qum əmələgəlmə prosesi nəticəsində
baş verən mürəkkəbləşmələr, quyudaxili avadanlıqların vaxtından əvvəl
sıradan çıxmasına, quyuların istismar göstəricilərinin pisləşməsinə və böyük
həcmdə quyularda hasilat itgisinə səbəb olur.
Məhsuldar layları təşkil edən dağ süxurlarının əsas süzülmə deformasi-
yaları aşağıdakılardır:
a) Süxurların daim işlənməsindən yaranan deformasiya;
b) Süxurların mexaniki suffuziyası, yəni daşınması;
c) Süxurun daxili yuyulması.
Hal-hazırda kövrək və zəif sementlənmiş süxurlardan ibarət olan məh-
suldar horizontlardan işləyən istismar quyularının quyudibi zonalarının möh-
kəmləndirilməsi üçün əsasən aşağıdakı üsullardan istifadə edilir:
1. Su-sement və neft-sement məhlulları ilə işlənilmə ;
2. Xüsusi kimyəvi reagentlər və aşqarlar əlavə edilən sement məhlulları
ilə işlənilmə;
3. Kimyəvi üsul – yüksəkmolekulyar birləşmələr vasitəsilə işlənilmə ;
4. Quyudibi zonalarda neftin kokslaşdırılması;
5. Süni süzgəclərin yaradılması və quyudibi zonada tətbiq edilməsi.
Məlum olduğu kimi karbohidrogen yataqlarının işlənilməsi üçün, bu
yataqlara çoxlu sayda müxtəlif təyinatlı (istismar, injeksiya və s.) quyular
qazılır. Quyu tikintisi zamanı ən vacib və məsuliyyətli etaplardan biri, quyu-
ların tamamlanması işləridir ki, bu zaman aşağıdakı işlər görülür:
a) məhsuldar layın qazılaraq açılması;
b) istismar kəmərinin endirilməsi və kəmərarxasının sementlənməsi;
c) quyudibinin təmizlənməsi, yığılması və tamamlanması;
d) quyunun mənimsənilərək məhsuldar laydan axının yaradılması.
İstismar quyularında qum əmələgəlmə prosesi zamanı tətbiq edilən üsul-
lardan ən səmərəlisi və geniş istifadə ediləni çınqıllı süzgəclərdən istifadə-