Tezislər / Theses



Yüklə 17,55 Mb.
Pdf görüntüsü
səhifə51/493
tarix02.10.2023
ölçüsü17,55 Mb.
#151572
1   ...   47   48   49   50   51   52   53   54   ...   493
BHOS Tezisler 2022 17x24sm

THE 3
rd
 INTERNATIONAL SCIENTIFIC CONFERENCES OF STUDENTS AND YOUNG RESEARCHERS 
dedicated to the 99
th
anniversary of the National Leader of Azerbaijan Heydar Aliyev
56
İkinci qrup quyular (boruarxası fəzasında təzyiq olan) iki qrupa ayrılır:
1) boruarxası fəzasındakı təzyiqi –
 P
b.a.
, həlqəvari fəzadakı təzyiqdən –
 
P
H.f.
çox olan quyular, yəni 
P
b.a.
>
 P
H.f.
2) boruarxası fəzasındakı təzyiqi –
 P
b.a.
, həlqəvari fəzadakı təzyiqdən –
 
P
H.f.
kiçik olan quyular, yəni 
P
b.a.
<
 P
H.f.
Quyuların 
P
b.a.
>
 P
H.f.
olarsa, istismarının başlanğıc dövründə, yəni 1-3,5 
il, boruarxası fəzadakı təzyiq – 
P
b.a.
, həlqəvari fəzadakı təzyiqdən böyük 
olmur. Bu zaman Bahar yatağındakı quyularda 
P
H.f.
=9,4¸17,2 MPa, 
P
b.a.
=2,5¸8,5 MPa, Bulla-dəniz və Duvannı-dəniz yataqlarındakı quyularda isə 
P
b.a.
=7,2 MPa olmuşdur, istismar quyularının boruarxası fəzasının hermetik-
liyi qısa müddət ərzində (bir gün) kəskin pozulmuşdur, boruarxası fəzada təz-
yiq kəskin qalxmışdır.
I cərgə borularında paker endirilmiş quyuların işinin nəticəsinin yuxarı-
dakı təhlil və araşdırılması vasitəsilə aşağıdakılar müəyyən edilmişdir:
- yüksəktəzyiqli qaz və qazkondensat quyularının boruarxası fəzasının 
hermetikliyinin pozulması, uzunmüddətli istismar prosesinin nəticəsin-
də nasos-kompressor borularının yiv hissələrində yaranan sızmalar 
səbəb olmuşdur;
- NKB-nın yiv hissədən sızmasına və sonradan boruların dağılmasına 
səbəb, boruların istismar prosesi zamanı qaz-maye qarışığının borular 
boyu daim dəyişən temperatur mühitində işləməsi və qaz-maye qarışı-
ğının laydan gələn mexaniki qarışıqla NKB-nın divarlarını korroziyaya 
(yeyilməyə) məruz qoymasıdır.
Aparılmış tədqiqatlar nəticəsində istismar quyularında mürəkkəbləşmə-
lərin gələcəkdə baş verməməsi üçün, quyuların istismar müddətinin maksi-
mum uzadılması üçün, quyulara endirilən NKB-rı, xüsusi tip poladdan (N, P, 
Q və s.) hazırlanmış, yüksəkhermetikli lentvarı yiv birləşməli borulardan isti-
fadə edilməlidir və onların mütəmadi (vaxtında) dəyişdirilməsi təmin edilmə-
lidir. Məqsədəuyğundur ki, bu boruların divarlarının qalınlığı artırılmış (5,5 
mm-dən çox) olsun və bu borular 70 MPa təzyiqə davam gətirə bilən (mə-
sələn, Batress, VAM tipli borular) yüksəkhermetikliyə malik xaricdə istehsal 
edilmiş borular olsun. Bu tip borular xarici və daxili səthi xüsusi örtüklə emal 
edilərək örtülür və səthdəki kələ-kötürlülük aradan qaldırılaraq səthdə sürüş-
kənlik artırılır. 
İstinad 
1. [T.Ş.Salavatov, Ş.Z.İsmayılov, “Dəniz qaz və qazkondensat yataqlarının işlənməsi 
nəzəriyyəsi və istismar texnologiyası”, Dərslik, Bakı-2019, s. 200-259.] 
2. [T.Ş.Salavatov, Ş.Z.İsmayılov, S.İ.Mansurova,”Dəniz yataqlarının neft-qaz laylarının və 
quyularının qazohidrodinamik tədqiqat üsulları”, Bakı-2019, s. 22-29.] 
3. [Ş.S.Orucov, “Dəniz neft-qaz və qaz-kondensat yataqlarının işlənməsi və istismarı 
zamanı yaranan problemlərin həlli üsulları”, BMU, V International Scientific Conference 
Of Young Researchers Bakı-2021, s.210-215.] 



Yüklə 17,55 Mb.

Dostları ilə paylaş:
1   ...   47   48   49   50   51   52   53   54   ...   493




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin