Tezislər / Theses



Yüklə 17,55 Mb.
Pdf görüntüsü
səhifə49/493
tarix02.10.2023
ölçüsü17,55 Mb.
#151572
1   ...   45   46   47   48   49   50   51   52   ...   493
BHOS Tezisler 2022 17x24sm

THE 3
rd
 INTERNATIONAL SCIENTIFIC CONFERENCES OF STUDENTS AND YOUNG RESEARCHERS 
dedicated to the 99
th
anniversary of the National Leader of Azerbaijan Heydar Aliyev
54
dirilməsi və istifadə edilməsi (dozator-nasosları) üçün xüsusi yer ayrıl-
malıdır. 
Yuxarıda deyilən xüsusiyyətləri də nəzərə alaraq, yüksək təzyiqli dərin 
dəniz neft, qaz və qazkondensat quyularının mənimsənilməsi və istismarı 
üçün quyularda iki cərgəli qaldırıcı liftlərdən istifadə edilir ki, bu zaman 
quyuya I cərgə üçün diametri 114 mm və 73 mm olan, II cərgə üçün diametri 
73 mm olan nasos-kompressor boruları endirilir. Bu nasos-kompressor 
boruları xüsusi növ poladdan (P, H, N və s.) olmalı və yüksək hermetikliyi tə-
min edən borular olmalıdır. 
Aparılmış tədqiqatın nəticəsi olaraq lay təzyiqi yüksək olan quyularda 
boruarxası fəza I cərgə qaldırıcı lift borularında endirilmiş quyu pakerləri 
vasitəsilə hermetikləşdirilir. Bunun üçün böyük təzyiq düşgüsünə hesablan-
mış quyu pakerlərindən və yüksək hermetikliyə malik (50 MPa) nasos kom-
pressor borularından istifadə edilir ki, onlarda yerli istehsal olmadığı üçün 
xaricdən alınır. 
Xəzər dənizində ilk dəfə pakerləmə qurğularından, lay təzyiqi yüksək 
olan “Bahar” qazkondensat yatağında qazılmış quyularda istifadə edilib. Bu-
nun üçün istismar quyularında divarının qalınlığı 5,5 və 7 mm olan, diametri 
73 və 114 mm olan nasos-kompressor boruları (I cərgə) və HRP-1; HRP-
1SP tipli “kamko” firmasının, RH tipli “OtИС” firmasının və FP-1 tipli “Beyker” 
firmasının hidravliki pakerləri endirilib istifadə edilmişdir.
Dənizin müxtəlif dərinliklərində yerləşən, yüksək lay təzyiqli dərin qaz və 
qaz kondensat yataqlarındakı (Bahar, Bulla-dəniz, Sanqaçal-dəniz, Duvannı-
dəniz, Bulla adası və s.) istismar quyularında boruarxası fəzaların pakerlə-
nərək hermetikləşdirilməsi nəticəsində, görülən işlərin effektivliyi, təhlükə-
sizliyi, nəzərəçarpacaq dərəcədə yaxınlaşdırılmışdır və bu istismar quyula-
rının təhlükəsiz mənimsənilməsini və istismarını təmin etmişdir. 
İstinad
1. [T.Ş.Salavatov, Ş.Z.İsmayılov, “Dəniz qaz və qazkondensat yataqlarının işlənməsi 
nəzəriyyəsi və istismar texnologiyası”, Dərslik, Bakı-2019, s. 200-259.] 
2. [T.Ş.Salavatov, Ş.Z.İsmayılov, S.İ.Mansurova,”Dəniz yataqlarının neft-qaz laylarının və 
quyularının qazohidrodinamik tədqiqat üsulları”, Bakı-2019, s. 22-29.] 
3. [Ş.S.Orucov, “Dəniz neft-qaz və qaz-kondensat yataqlarının işlənməsi və istismarı 
zamanı yaranan problemlərin həlli üsulları”, BMU, V International Scientific Conference 
Of Young Researchers Bakı-2021, s.210-215.] 

Yüklə 17,55 Mb.

Dostları ilə paylaş:
1   ...   45   46   47   48   49   50   51   52   ...   493




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin