THE 3 rd INTERNATIONAL SCIENTIFIC CONFERENCES OF STUDENTS AND YOUNG RESEARCHERS dedicated to the 99
th
anniversary of the National Leader of Azerbaijan Heydar Aliyev
72
Hasilat quyularının istismarı zamanı layın quyuya yaxın zonasında çök-
mə konusunun əmələ gəlməsi nəticəsində lay təzyiqinin xeyli azalması mü-
şahidə olunur [1].
Nəticədə, lay, xüsusilə quyuya yaxın zonada, məsamə boşluğunun de-
formasiyasına səbəb olan əlavə şaquli yüklənməyə məruz qalır. Bu zaman
süxurların tutum və filtrasiya xassələrində həm elastiki, həm də plastiki azal-
ma baş verir.
Kollektorların dönməz deformasiyasının mövcudluğu dünyanın bir çox
yataqlarında aşkar edilmişdir ki, burada onların işlənməsi zamanı lay təzyi-
qinin əhəmiyyətli dərəcədə azalması müşahidə edilmişdir.
Eyni zamanda məlum olmuşdur ki, layların dönməz deformasiyasının
qiymətləri təkcə lay təzyiqinin düşmə qiyməti ilə deyil, həm də layın paleo də-
rinliyi, süxurların litoloji növü və işlənmə müddəti ilə müəyyən edilir.
Ümumiləşdirərək qeyd etmək olar ki, təəssüf çatlı-məsaməli və hətta sırf
məsaməli məhsuldar kollektorlarinin yük (təzig) altında işlənməsinin proq-
nozlaşdırılması və davranış xüsusiyyətləri çox zəif nəzərə alınır.
Məsaməli konsolidasiya edilmiş və üstəlik deformasiyaya uğramış qırıq
mühitlərin deformasiyasının xüsusiyyətləri hidrodinamik modelləşdirmədə və
yataqların işlənməsi üçün texnoloji sxemlərin yaradılmasında praktiki olaraq
giymətlənilmir. Quyuların qazılması və sonrakı istismarı zamanı dayanıqlığı
süxur mexanikasının ənənəvi problemidir. Grunt və süxur mexanikasının də-
qiq analitik həlləri öz aktuallığını itirməmiş, lakin ədədi üsulların meydana çıx-
ması ilə onlar mühəndislik təcrübəsindən kənarlaşdırılmağa başlamışdır [2].
Mənbələr 1. Алимжанов А.М. Неосесимметричное упругопластическое состояние вокруг
скважины при разупрочняющем действии бурового раствора // Материалы межд.
конф. «Геодинамика и напряженное состояние земных недр». Новосибирск -
Академгородок, 4-7 октября 1999. - С. 184-189.
2. Баклашов И.В., Геомеханика. Том I. Основы геомеханики / Баклашов И.В. // - М.:
Издательство Московского государственного горного университета, 2005. - 280 с.
4. Кашников Ю.А., Ашихмин С.Г. Влияние добычи нефти в упругом режиме на изменение
НДС горного массива. Часть 1. Анализ инструментальных наблюдений. Модель
деформирования нефтяного коллектора под нагрузкой // Физико-технические
проблемы разработки полезных ископаемых. - 1998. - № 5. - С.71-80.
5. Кашников Ю.А., Ашихмин С.Г. Численная модель для расчета сдвижений горных
пород при добыче нефти. - В кн.: Проблемы механики горных пород. - Санкт-
Петербург. - 1997. - С.193-198.
6. Кашников Ю.А., Якушина Е.М., Ашихмин С.Г. Деформирование скального массива по
системам трещин // Известия ВУЗов. Горный журнал. - 1992. - № 3. - С.75-80.