genişlənməsində ,qoyulan sərmayələrin qısa müddət ərzində özünü doğrultmasında və gəlirlərin
konvertasıyası mümkün olan valyuta şəklində olmasındadır.Turizm fəaliyyət sahəsi olmaqla özünün
nəzəri-metodoloji və praktiki əhəmiyyət kəsb edən təşkilati-iqtisadi,sosial
amilləri və məqsədləri ilə
tədqiq olunur.Aqroturizmin məqsədi və onun inkişafına zəruriyyət real iqtisadiyyatın müəyyən
xüsusiyyətləri,iqtisadi potensialın imkanları və perspektiv struktur dəyişmələri ilə uyğun olaraq
formalaşır.Hər bir ölkənin iqtisadi inkişaf meyilləri və dinamikası,resurslarının mövcud vəziyyəti və
perspektivi turizmin inkişafına iqtisadi baza yaradır.Respublika iqtisadi potensialının iqtisadi
dövriyyəyə cəlb edilməsinin əlverişli və perspektiv sahəsi olaraq turizmin inkişafı qeyri-neft
sektorunun inkişafı məqsədilə neftdən gələn gəlirlərin səmərəli
istifadəsi məqsədilə
layihələşdirilir.Turizm mahiyyətcə səyahət olsa da,real iqtisadı potensial inkişaf strategiyası və ölkə
iqtisadiyyatının struktur islahatlarının ərazi və sahə istiqamətləridir.Regionun kompleks inkişafı və
iqtisadi potensialın bazar iqtisadiyyatı şəraitində faydalı fəaliyyəti sahəsinə çevirmək üçün turizm
sahəsində sosial və iqtisadi məqsədlər güdülür.
Qeyd etmək lazımdır ki,beynəlxalq turizm dünya ixracının 8-9 %-ni təşkil edir.Ümumi məhsul
dəyərinə görə artıq neft və aftomobil istehsalını qabaqlamışdır.2002-ci ildə beynəlxalq turistlərin sayı
715 milyona catmışdır.ÜTT-nin proqnozlarına görə 2020-ci ildə beynəlxalq turistlərin sayı 1602
milyon nəfər və turizmdən alınan gəlirlərin miqdarı isə 2000 milyard dollar olacaqdır.Qeyd
etmək
lazımdır ki,aqroturizm Ən cox işci qüvvəsi tələb edən sahədir.
Azərbaycan son dövrdə inkişaf tempini sürətləndirərək,dünyanın aparıcı və inkişafda olan
ölkələri sırasında öz mövqeyi, eləcə də, mövcud potensialı ilə seçilir və özünəməxsus yer qazanmışdır.
Azərbaycanın turizm profili ölkəyə çevrilməsi üçün çoxlu imkanlar vardır.Zəngin təbii sərvətləri,
qədim tarixi və memarlıq
abidələri,özünə məxsus mentaliteti və qonaqpərvərliyi,dənizi, dağları,
meşələri,rəngarəng iqlimi və s.Xəzərin sahilləri turizmi inkişaf etdirmək üçün ideal bir yerdir.İldə 220
günəşli günlər ,yumşaq qumla örtülü dəniz sahili,enliyarpaqlı meşələr düz sahilə kimi yaxınlaşır.
Unikal təbii və bioloji sərvətləri,sərin bulaqları,dadlı,şirin meyvələri və milli yeməkləri,qonaqpərvər
insanları və bu qədər gözəlliklərin balaca bir coğrafi məkanda cəmlənməsi həqiqətən Azərbaycanı
cənnətə bənzədir.Bundan başqa,o,Şimali Cənubla,Avropanı Asiya ilə birləşdirən yoların kəsişdiyi
yerdə yerləşmişdir. Azərbaycan regionları özlərinin təbii resuslarının
əmək qabiliyyətinin iş
qüvvəsinə,iqtisadi quruluşuna görə fərqlənir.Azərbaycanda iqtisadi təsərüffata görə və ictimai əmək
bölgüsünün əsas istiqamətlərinə uyğun on bir turizm zonası mövcuddur.Tədqiqatlar göstərir ki,
Aqroturizmin yerləşməsi və inkişafı bu 11 region üzrə daha sərfəlidir.Regionlara daxildir cənub iqtisa-
di zonası, Qarabağ,Şəki,Şirvan iqtisadi zonası,Aran iqtisadi turizm zonası,Quba-Qusar,Xaçmaz,Bakı-
Abşeron , Qobustan on bir turizm zonasına bölmək olar.Hər bir zonada ümumi konseptual potensial
yanaşma mövcuddur.Buna görə də bəzi iqtisadcılar potensial qiymətləndirərək turizm sferasına
regional inkişafın tərkib hissəsi baxır və yerli orqanlar əhali iqtisadi və sosial maraq baxımından buna
can atır.Aqroturizm müəssisəsi sahə və ərazi yerləşmə prinsipinə malikdir. Sahə üzrə yerləşmədə təbii
sərvətlər yerli resurslar bazarın mümkünlüyü və yerləşməsi əsas yer tutur.Sahə üzrə yerləşmədə
intensiv amillər üzrə yerləşmədə ərazinin intensiv amillər,sahibkarlıq,infrastruktura əhalinin faktorları
daxildir.Sahə və ərazi marağı əlverişli olduqda aqroturizm inkişafına qərar qəbul olur.Dövlətin rolu
aqroturizmə dəstək proqramları üzrə həll olunur.Aqroturizmin özəl sektor olması
onun fəaliyyətində
bazar tənzimlənməsində daha uyğun və hər bir regionda faydalı növ fəaliyyət seçilir.Əlavə kapital
qoyuluşu təbii resurslardan fərqli olaraq vahid məhsula düşən xərcləri artırır.Qısa bir dövr ərzində əldə
olunan nailiyyətlər ölkənin milli maraqlarının zəminində formalaşmış eləcə də, dövlət tərəfindən
həyata keçirilən milli strategiya, yürüdülən ictimai ,siyası və mədəni mövqe
məhz belə imicin Azər-
baycan ətrafında yaranmasına gətirib çıxarmışdır.Sözsüz ki, bu uğurlar, nailiyyətlər, Azərbaycanın
iqtisadiyyatına ,sosial rifahının yüksəlməsinə gətirib cıxarmışdır. Azərbaycan iqtisadiyyatının əsasını
təşkil edən neft və bununla bağlı imzalanan beynəlxalq sazişlər,müqavilələr dövlətin maliyyə vəsaiti-
nin yüksəlməsinə və bunun müqabilində ölkənin bütövlükdə sferasının dəyişməsinə səbəb olmuşdur.
Beləliklə,dövlət aqroturizm siyasəti yeritməklə onun aşağıdakı istiqamətlərdə inkişafını təmin edir:
- Aqroturizmin məqsədəuyğun inkişafını təmin etmək üçün iqtisadi,ictimai-siyasi şəraitin
seçilməsi;
-turizm iqtisadiyyatının rəqabət qabiliyyətinin artırılması;
-əhalinin daha çox hissəsinin aqroturizmin inkişafında iştirakına
yer vermək;Beynəlxalq
aqroturizmdə əməkdaşlığı genişləndirmək.
Dostları ilə paylaş: