Qülləli və dor (A-ya bənzər) tipli qazma vışkalarının
quraşdırılması və sökülməsi
2.5.13. Qülləli və dor (A-ya bənzər) tipli qazma
vışkalarının quraşdırılması və sökülməsi
221, 222
-in
tələblərinə müvafiq aparılmalıdır.
141
2.5.14. Qülləli və dor (A-ya bənzər) tipli qazma
vışkalarının quraşdırılması və sökülməsi işlərini briqadirin (iş
icraçısının) rəhbərliyi altında yerinə yetirmək lazımdır.
2.5.15. Quraşdırılacaq qülləli və dor (A-ya bənzər) tipli
vışkaların bütün hissə və bərkitmə bəndləri iş icraçısı və ya
briqadir tərəfindən yoxlanılmalı, aşkar edilmiş qüsurlar aradan
qaldırılmalıdır.
2.5.16. Qülləli və dor (A-ya bənzər) tipli vışkaların quraş-
dırılmasında və sökülməsində, pasport üzrə nominal yükqaldır-
ma qabiliyyəti, quraşdırma və sökülmə prosesində maksimum
yükdən az olmayan qaldırıcılar və bucurqadlar tətbiq edilmə-
lidir.
Qülləli tipli qazma vışkalarının
quraşdırılması və sökülməsi
2.5.17. Qaldırıcı yığılmamışdan əvvəl vışkaquraşdırıcılar
əsasın üfqiliyini yoxlamalıdırlar. Aşkar edilən qeyri üfqilik ara-
dan qaldırılmalıdır.
2.5.18. Yığılmadan əvvəl qaldırıcının bütün hissə və
bəndləri nəzərdən keçirilməli, diqqət yetirilməli ki:
-qoruyucu qurğu bloklarının kanat qasnağı və istiqamət-
ləndirici diyircəklər əl ilə sərbəst fırlansınlar;
-yağlayıcı qurğular yağları saxlasınlar;
-bərkidici qurğuların yiv birləşmələri saz olsun;
-metal konstruksiyaların oxları düzxətli olsun;
-dirəklər əzilmiş olmasın;
-vışkaquraşdırıcıların hündürdə işləmələri üçün taxtalar
kifayət qədər möhkəm olsun;
-kəndirlər saz olsun.
142
2.5.19. Vışka qaldırıcısı üfqi düzlənmiş meydanda
möhkəm dayaq və ya quraşdırılacaq vışka özülü üstündə
quraşdırılmalı və polad kanat dartıcılarla bərkidilməlidir.
2.5.20. Vışka qaldırıcısının tal sistemi ilə təchizi üfqi
vəziyyətdə hər iki köndələn tirin (travers) eyni vaxtda
qaldırılmasını təmin etməlidir. Vışka qaldırıcısının qoruyucu
qurğusu olmadan vışkanın quraşdırılması və sökülməsi
qadağandır.
2.5.21. Vışka qaldırıcısı yığılarkən onun başlığı altına
dirək parçası və ya xüsusi metal ayaqaltı qoyulmalıdır. Bu
məqsəd üçün təsadüfi əşyaların tətbiqi qadağandır.
2.5.22. Növbəti bölməni qaldırıb-endirməzdən əvvəl
vışka qaldırıcısı tirinin aparıcı müstəvisinin və aparıcı borunun
üfqiliyini yoxlamaq lazımdır. Tirlərdən birinin üfqiliyi pozularsa,
onun vəziyyətini uyğun tal kanatlarını dartmaqla düzəltməli.
2.5.23. Vışkanın quraşdırılmasına başlamazdan əvvəl da-
şıyıcı borularda dairəvi prokatdan hazırlanmış xüsusi qarmaq-
cıqdan qalınlığı 50-80mm, eni 0,6m və uzunluğu 8m olan
taxta səki (ayaqaltı) asmaq lazımdır.
Quraşdırılacaq bölmələrin yuxarı hissələrinin quraşdırıl-
ması üzrə bütün işlər ancaq xüsusi səkilərdən yerinə
yetirilməlidir.
2.5.24. Vışkaquraşdırıcılar hər növbəti bölməni qaldırıb-
endirməzdən əvvəl onu yoxlamalıdırlar. Bölmələrdə bərkidil-
məmiş qalmış əşya və alətlər yığışdırılmalıdır.
2.5.25. Növbəti bölmə qaldırılıb-endirilən zaman vışkaqu-
raşdırıcılar qaldırılacaq bölmənin hündürlüyündən 10m-dən az
olmayan məsafəyə çəkilməlidirlər.
Qaldırıcı mexanizmi idarə edən briqadir vışka özülündən
10m-dən az olmayan məsafədə dayanmalıdır.
2.5.26. Vışka hissələri və bütün materiallar möhkəm
bərkidilmiş əyləc qurğusu olan, vışkanın hüdudlarından 20m-
143
dən yaxın olmayan məsafədə quraşdırılmış bucurqad vasitəsi
ilə və ya qaldırıcı-traktorla qaldırılıb-endirilməlidir.
2.5.27. Işdə fasilə zamanı vışkanın quraşdırılmış hissəsi
tirin üstünə qoyulmalı və diaqonal müstəvilərdə yerləşən 4
ədəd dartıcı ilə bağlanmalıdır.
2.5.28. Quraşdırılmış vışkanın özülünün diaqonal ölçüləri-
nin fərqi 10mm-dən artıq olmamalıdır.
2.5.29. Konstruksiyasında dartıcılar nəzərdə tutulmamış
xüsusi vışkalardan savayı, vışkanın mərkəzləşdirilməsinin löv-
bərə bərkidilmiş dartıcıları olduqda, ancaq qurğunun
komplektinə (dəstinə) daxil olan domkratlar və ya digər
quruluşlar və tərtibatlarla aparılmasına icazə verilir.
2.5.30. Vışkanın mərkəzləşdirilməsi zamanı orada adam-
ların olması qadağandır. Buruqda ancaq bilavasitə vışkanın
mərkəzləşdirilməsi ilə məşğul olan şəxslər qalmalıdır.
2.5.31. Vışka qaldırıcısının köməyi ilə vışkaların
sökülməsi quraşdırılma prosesinin əksinə olaraq müəyyən
qaydada
221
-in tələblərinə riayət etməklə aparılmalıdır.
2.5.32. Vışkaquraşdırıcılar o bölməni sökməlidirlər ki, hə-
min anda sökülməli bölmə vışka qaldırıcısı asqısından aşağıda
yerləşmiş olsun. Vışka qaldırıcısının aparıcı dirəyindən asılma-
mış olan hər hansı vışka bölməsini sökmək qadağandır.
2.5.33. Vışkanın hissə-hissə sökülməsi zamanı
boşaldılmış hissələri blokdan keçirilmiş kanat vasitəsilə
bucurqadın köməyi ilə meydançaya endirmək lazımdır.
Vışkanın yerə endirilmiş hissələrini onun özülündən 20m-dən
az olmayan məsafədə qoymalı, ağacdan olan hissələri isə
qabaqcadan mismarları əyib, üzü aşağı yığmalı.
2.5.34. Vışkanın daxilində yükləri qaldırıb-endirən zaman
adamlar oradan kənarlaşdırılmalıdır. Yükün qaldırılıb-endiril-
məsi qazma bucurqadı vasitəsi ilə yerinə yetirildikdə isə
vışkanın daxilində yalnız qazmaçı qalmalıdır.
144
2.5.35. Qəza vəziyyətində olan vışkaların sökülməsi
qadağandır, onları yıxmaq lazımdır. Vışkanı yıxmağa
başlamazdan əvvəl adamlar vışka hündürlüyündən 10m-dən
az olmayan məsafəyə çəkilməlidirlər.
Dostları ilə paylaş: |