-qaldırıcı sistemin kanatları gərilmiş olsun;
-yağlayıcı qurğular qaydada olmaqla,
içərisində yağ
olsun.
2.5.42. Vışkaquraşdırma mexanizminin bloku söykəmə
nərdivandan və qoruyucu kəmərdən istifadə etməklə bərkidil-
məlidir.
2.5.43. Vışkanı qaldırmazdan əvvəl vışka bəndlərinin və
vışkaqaldırma mexanizminin bərkidilməsinin möhkəmliyinə,
onlarda kənar əşya və alətlərin olmadığına
əmin olmaq
lazımdır.
2.5.44. Əgər vışka qaldırılan zaman xüsusi səs (çartıltı)
eşidilərsə, vışkanı altlıq (çatma) üzərinə endirməli, bunun
səbəbini aşkar etməli, nasazlığı aradan qaldırmalı və yenidən
vışkanı qaldırmağa başlamalı.
2.5.45. Vışka qaldırılan zaman bilavasitə bu əməliyyatla
əlaqələri olmayan vışkaquraşdırıcılar vışkanın hündürlüyündən
10m-dən artıq məsafəyə çəkilməlidirlər.
2.5.46. Yan sipərləri olmayan, yeyilmiş kanat qasnaqları
və ya vtulkaları olan tal sistemi bloklarının tətbiqi qadağandır.
2.5.47. Traktor-qaldırıcıların bucurqadlarını işə salmaq və
söndürmək, habelə vışkanın qaldırılma sürətinin
dəyişdirilməsini ancaq iş rəhbərinin razılığı ilə etmək lazımdır.
2.5.48. Qoruyucu kanat olmadan vışkanın qaldırılması
qadağandır. Qoruyucu kanatlar vışka qaldırıldıqca onun bəra-
bər surətdə dartılmasını
təmin edən üç və daha çox
traktorlara bərkidilməlidir. Qoruyucu kanatın uzunluğu
vışkanın hündürlüyündən 1,5 dəfə artıq olmalıdır. Kanatın
diametri 28mm-dən az olmamalıdır.
2.5.49. Qaldırıldıqdan sonra vışka quyunun oxu üzrə
mərkəzi nöqtəyə uyğunlaşdırma vəziyyətindən çıxarılmalıdır.
Kənara çıxma 50mm-dən artıq olmamalıdır.
146
2.5.50. Vışkanın ayağı yuvacıqda
barmaq vasitəsilə
bərkidildikdən və daimi dartıcılar quraşdırıldıqdan sonra
qoruyucu kanatlar traktorlardan açılmalıdır.
2.5.51. Dartıcıların gərilməsini vintvari dartıcı vasitəsilə
qoruyucu kanatları traktorlardan açdıqdan sonra yerinə
yetirmək lazımdır.
2.5.52. Dor (A-ya bənzər) tipli qazma vışkalarının sö-
külməsi zamanı onu üfqi vəziyyətə endirməzdən əvvəl qəbul
körpüsü sökülməli, vışkaquraşdırma
mexanizminin qolu və
tellənmə blokları qurulmalıdır.
2.5.53. Dor (A-ya bənzər) tipli qazma vışkası şaquli
vəziyyətdən başmaq vintlərinin köməyi ilə çıxarılmalıdır.
Bu zaman tellənmənin tarımlığı boşalmalıdır.
2.5.54. Başmaqlar son vəziyyətə gətirildikdən sonra bar-
maqlar maili dirəyin gözcüyündən vurulub salınmalı, dor (A-ya
bənzər) tipli qazma vışkası isə öz çəkisinin təsiri altında üfqi
vəziyyətə endirilməlidir.
Əgər dor (A-ya bənzər) tipli qazma vışkası öz çəkisinin tə-
siri altında enməzsə, onda bu əməliyyat onun qabaq qoruyucu
dartıcıları ilə birləşdirilmiş traktorun köməyi ilə yerinə yetirilmə-
lidir.
2.5.55. Dor (A-ya bənzər) tipli qazma vışkası traktorun
köməyi ilə endirilən zaman qoruyucu dartıcıların gərilməsi
yavaş-yavaş, səlis və sıçrayışsız yerinə yetirilməlidir.
2.5.56. Tir üzərinə üfqi vəziyyətdə endirilmiş dor (A-ya
bənzər) tipli vışkanın sökülməsi
221
-in tələblərinə riayət edil-
məklə, quraşdırılma prosesinə əks qaydada aparılmalıdır.
Dostları ilə paylaş: