Азярбайъан республикасы


Istismar vışkalarının, dorların (eklipslərin)



Yüklə 1,37 Mb.
Pdf görüntüsü
səhifə48/196
tarix06.10.2023
ölçüsü1,37 Mb.
#152598
növüQaydalar
1   ...   44   45   46   47   48   49   50   51   ...   196
Neftqazçıxatma Sənayesində Təhlükəsizlik qaydaları

Istismar vışkalarının, dorların (eklipslərin) 
quraşdırılması və sökülməsi
147


2.5.57. Istismar yükqaldırma qurğularının (vışkalar, dor-
lar, eklipslər) quraşdırılması və sökülməsi 

223

-ün tələblərinə
uyğun aparılmalıdır.
2.5.58. Istismar yükqaldırma qurğularını (vışkalar, dorlar,
eklipslər) quraşdırmaq üçün təyin edilmiş işçi meydança əvvəl-
cədən:
-yerüstü və yeraltı boru kəməri və kabellərdən təmizlən-
məli;
-ağacdan, koldan və otlardan təmizlənməli;
-50m-dən az olmayan radiusda hamarlanmalı;
-giriş və çıxış yolları ilə təchiz edilməlidir.
2.5.59. Əgər istismar yükqaldırma qurğusunun quraşdı-
rıldığı zonadakı quyuları, şurfları və açıq neft-yığım torpaq
anbarlarını doldurmaq mümkün deyilsə, onlar örtülməli və ya
çəpərlənməlidirlər.
2.5.60. Yolların qurulması, işçi meydançanın hamarlan-
ması və hazırlanması, torpağın işlənməsi, avadanlıq üçün özül
tökülməsi və dayaq qurulması inşaat norma və qaydalarının
tələblərinə uyğun olaraq yerinə yetirilməlidir.
2.5.61. Fəaliyyətdə olan kommunikasiyalar yerləşən
zonada torpaq işlərinin aparılmasına, ancaq onları istismar
edən təşkilatın yazılı icazəsi və əldə həmin sahənin kommuni-
kasiyalarının sxemi olduqda, icazə verilir.
Idarə edilməsində xüsusi vəsiqə tələb edilən yerqazan və
başqa maşınlardan istifadə edilərkən cavabdeh iş rəhbərləri
tərəfindən işə başlamazdan əvvəl iş icraçılarında da belə
vəsiqələrin olması yoxlanılmalıdır.
2.5.62. Tikinti meydanına gətirilmiş avadanlıq və
materiallar səmərəli sxem üzrə yerləşdirilməlidir. Burada
avadanlıq, işdə istifadə ediləcək maşın və mexanizmlər üçün
keçid saxlamaqla, quraşdırılacağı yerə yaxın məsafədə
qoyulmalıdır.
148


2.5.63. Işçi meydançaya giriş, avadanlıq və materialların
daşınma yolları başqa əşyalarla tutulmamalıdır.
2.5.64. Mədəni budka və digər köməkçi otaqlar, quraş-
dırılacaq vışkanın, dorların (eklipslərin) layihə hündürlüyündən
10m-dən az olmayan məsafədə yerləşdirilməlidir.
2.5.65. Müəssisənin baş mühəndisi tərəfindən təsdiq
edilmiş siyahıda göstərilmiş çox təhlükəli işlər, iş yerlərinin
ilkin yoxlanmasından və əldə icazə olduqdan sonra işin
rəhbəri və ya cavabdeh icraçı tərəfindən aparılmalıdır.
2.5.66. Qülləli tipli istismar vışkalarının quraşdırılması və
sökülməsi 

223

-ün tələblərinə uyğun aparılmalıdır.
2.5.67. Dorun (eklipsin) quraşdırılması ancaq mancanaq
dəzgahı dayandırıldıqdan, qidalandırıcı elektrikötürmə xəttində
gərginlik götürüldükdən və bu haqda elektrikötürmə xətlərinin
istismarına cavabdeh işçidən yazılı surətdə təsdiqedici sənəd
alındıqdan sonra aparılmalıdır.
2.5.68. Dor (eklips) yığılmış vəziyyətdə, bucurqadın və
ya traktor-qaldırıcının vasitəsi ilə qaldırılmalıdır.
Dorun (eklipsin) aşmasının qarşısını almaq üçün qaldırıl-
ma zamanı əks tərəfdə traktor-qaldırıcı (bucurqad) və ya
lövbərə bərkidilmiş 2 dartıcı qurulmalıdır. Dorun (eklipsin)
traktor-dartıcı və avtomobillərlə qaldırılması qadağandır.
2.5.69. Dorun (eklipsin) qaldırılması üçün tətbiq edilən
bucurqad və ya traktor-qaldırıcı dorun(eklipsin) özülündən
onun hündürlüyündən 10m-dən az olmayan məsafədə
yerləşdirilməli və etibarlı bərkidilməlidir.
2.5.70. Qaldırıcı kanat dordan (eklipsdən) ancaq onun özü-
lü binövrəyə, dartıcılar isə lövbərə bərkidildikdən sonra
çıxarılmalıdır.
2.5.71. Dorun (eklipsin) quraşdırılması və sökülməsi

223

-ün tələblərinə uyğun aparılmalıdır.

Yüklə 1,37 Mb.

Dostları ilə paylaş:
1   ...   44   45   46   47   48   49   50   51   ...   196




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin