2.8.2. Blokların bir tipli qovşaqları və detalları quraşdırma
sahəsində bir-birinin üzərinə elə yığılmalıdır ki, onların ele-
mentləri arasında əmələ gələn keçidlər onları yığıma
hazırlamağa imkan versin.
2.8.3. DNQT-nin metal konstruksiyalarıını hazırlayan qu-
raşdırıcıların yüksəklikdə işləmələrinə icazələri olmalıdır.
2.8.4. Dayaq bloklarının hazırlanması üzrə tikinti-quraş-
dırma işləri, müəssisənin əmri
ilə təyin edilmiş cavabdeh
işçinin rəhbərliyi altında aparılmalıdır.
2.8.5. Cavabdeh şəxs, metal konstruksiyaların quraşdırıl-
masına başlamazdan əvvəl, quraşdırıcıları, işin aparılması ardı-
cıllığı və təhlükəsiz yerinə yetirilməsi tədbirləri ilə tanış
etməlidir.
2.8.6. Dayaq blokunun qoyulmasından
əvvəl yeni
buraxılış yolları üçün sahil hissəsinin tikinti işləri tam yerinə
yetirilməli, əvvəlki buraxılış yollarının texniki vəziyyəti dayaq
blokunun quraşdırma yüklərinə uyğun yoxlanmalıdır. Dayaq
blokunun tikinti rəhbərinə göstərilən işlərin tam və keyfiyyətlə
yerinə yetirilməsini təsdiq edən sənədlər təqdim olunmalıdır.
2.8.7. Konstruksiyaların ilməklənməsi quraşdırma
işlərinin layihəsində nəzərdə tutulmuş tələblərə uyğun olaraq
yerinə yetirilməlidir.
2.8.8.
Iş yerində, DNQT-nin hər bir qaldırılan
metal-
konstruksiyasının ilməklənməsinin
sxemləri və düyünləri
olmalıdır.
2.8.9. Konstruksiyaların qaldırılması və endirilməsi, təhlü-
kəli zonadan işçilər çıxdıqdan sonra yerinə yetirilməlidir.
Təhlükəli zonanın sərhəddi, işlərin yerinə yetirilməsi layihəsi
ilə müəyyən edilir.
2.8.10. Dayaq bloklarının yığılması zamanı yüksəklikdə
metalkonstruksiyaların quraşdırılması və qaynaq edilməsi üçün
xüsusi səkilərdən (məhəccərli çəpəri olan işçi meydança),
qaldırıcılardan istifadə edilməlidir.
172
2.8.11. DNQT-nin dayaq bloklarının yastı panellərinin şaqu-
li vəziyyətə döndərilməsi və yığılması əməliyyatında, quraşdırma-
yığma meydançasında istifadə edilən bütün yükqaldırma vasi-
tələrinin və bucurqadların sinxron işləməsi təmin olunmalıdır.
2.8.12. Şaquli vəziyyətdə qoyulmuş yastı panellərin mü-
vəqqəti bərkidilməsi üçün
bərk dayaqlardan istifadə
edilməlidir.
Dostları ilə paylaş: