Azərbaycan respublikasi təHSİl naziRLİYİ azərbaycan respublikasi təHSİL İnstitutu



Yüklə 2,33 Mb.
Pdf görüntüsü
səhifə48/108
tarix09.10.2023
ölçüsü2,33 Mb.
#153397
1   ...   44   45   46   47   48   49   50   51   ...   108
mektebeqder-tehsilin-kurikulumu-layihe1

Ünsiyyət fəaliyyəti
üçün aşağıdakı işlərin aparılması zəruridir: 
-
Müstəqil şəkildə böyüklər və yaşıdları ilə qarşılıqlı fəaliyyət zamanı müəyyən olunmuş 
qaydaların rəhbər tutulması

-
İşgüzar situasiya və ünsiyyətin inkişafı

-
Uşağın yaşıdları tərəfindən qəbul olunması tələbatının təmin olunması üçün əlverişli şəraitin 
yaradılması

-
Birgə fəaliyyət, kiçik qruplarla fəaliyyəti təşkil edərək uşaq kollektivinin formalaşması

-
Ali əxlaqi hisslərin aşılanması ( vətənpərvərlik, kollektivizm, mehribanlıq və s.)

- Şəxsiyyətlərarası münasibətlər sistemində əlverişli yer və mövqeyə malik olmaq üçün uşağa 
ünsiyyət üsullarının və vasitələrinin (oyuncaqları bölüşmə, oyunların təşkili, yardım və s.) 
mənimsənilməsinə yardım; 
Oyun fəaliyyəti
üçün aşağıdakı işlərin aparılması zəruridir: 
-Oyunun aparıcı fəaliyyət qismində inkişafı; 
-Uşağın oyun rollarını yerinə yetirilməsi, müstəqil şəkildə qaydaların müəyyən olunması və 
riayət edilməsi, hərəkət vəziyyətlərinin, insanların oyun və real qarşılıqlı fəaliyyət vəziyyətlərinin 
müqayisəsi; 
-Mövqelərin dəyişməsi ilə böyüklərin və uşaqların birgə oyununun təşkili; 
-Oyun fəaliyyətinin mənimsənilməsi, uşağın xoş əhvalının və özünün reallaşdırılmasının 
dəstəklənməsi.
Əmək fəaliyyəti
 
üçün aşağıdakı işlərin aparılması zəruridir: 
-Digərlərinə yardım istəyinin və müstəqil fəallığa can atmanın dəstəklənməsi; 
- Fəaliyyətin əsas növü qismində əməyin əhəmiyyətinin açılması, əmək müvəffəqiyyətlərinə 
görə qürur hissinin oyanması; 
-Əmək bacarıqlarının mənimsədilməsi prosesində vərdişlərin dəstəklənməsi; 
-Uşaqların fərdi və birgə əmək fəaliyyətinin təşkili.
Birgə fəaliyyət
üçün aşağıdakı işlərin aparılması zəruridir: 
- Uşağın meyl və maraqlarının müəyyən edilməsi; 
- Müxtəlif fəaliyyət növlərində (təsviri, bədii-nitq, musiqi, oyun, səhnələşdirmə) bədii 
bacarıqların inkişafının dəstəklənməsi; 
-Təəssürat ilə uşaqların emosional sahələrinin genişləndirilməsi əsasında estetik hisslərin 
oyanması; 
- Digərlərinin, bədii obrazın dərdinə şərik olma bacarıqlarının, incəsənət əsərlərinin fərqli 
qavranılmasına və bədii ifadə vasitələrinin fərqləndirilməsi üçün şəraitin yaranması; 
-Bədii fikrin ixtiyari təcəssümünün təlimi; 
- Əyani-obrazlı təfəkkür, obrazlı təxəyyülün inkişafı.

Yüklə 2,33 Mb.

Dostları ilə paylaş:
1   ...   44   45   46   47   48   49   50   51   ...   108




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin