57
Təlim prosesində öyrədənin hər hansı mövqedən çıxış edərək, öyrənənə (uşağa) öz aralarındakı
qarşılıqlı ünsiyyət əsasında yeni materialı daha yaxşı mənimsətməsi nəzərdə tutulur. Bəzən təlim
zamanı uşaqların maraq və ehtiyaclarının, bacarıqlarının nəzərə alınmaması onların
ümumi
inkişafına mənfi təsir göstərir ki, bu da uşaqların gələcək həyatlarında müstəqil fikir yürütmək, öz
istəklərinə uyğun bacarıqlarını nümayiş etdirmək, müstəqil fəaliyyət
göstərmək və həyatda öz
yerlərini tutmaqda çətinlik çəkmələrinə səbəb olur. Buna görə də tərbiyəçi-müəllimlər təlimin bütün
mərhələlərini uşaqların ümumi inkişafı, maraq və ehtiyacları çərçivəsində qurmaq üçün
strategiyaları düzgün müəyənləşdirməlidirlər.
3.4. İş formaları və iş üsulları
1-3
yaşlı uşaqlarla təlim prosesində aşağıdakı iş formalarından istifadə edilir:
Fərdi
Yarımqruplarla
Kollektiv
3-6 yaşlı
uşaqlarla aşağıdakı iş formalarından istifadə edilir:
Fərdi iş
uşaqların potensial imkanlarının müəyyənləşdirilməsi və onların
müstəqil fəaliyyət
göstərməsi üçün imkan yaradır.
Cütlərlə iş
zamanı uşaqların hər hansı problemin həllində biri-birinə köməklik göstərmələrinə,
əməkdaşlıq
etmələrinə, bir-birlərinin qarşısında öz məsuliyyətlərini dərk etmələrinə imkan yaranır.
Qruplarla iş
(3-4 nəfər) zamanı uşaqlar kiçik qruplarda birləşir, işin gedişində əməkdaşlıq və
müxtəlif problemləri bir yerdə həll etməyə cəlb olunurlar. Bu zaman uşaqlar müstəqil fikir
söyləmək, digərlərini dinləmək imkanı əldə edirlər.
Dostları ilə paylaş: