Daxili inkişafetdirici mühit:
Fəaliyyət mərkəzləri belə mühitin yaradılması üçün əsas
vasitədir. Belə mühit uşağın maraq (müxtəlif mərkəzlər və müxtəlif materiallar) və ehtiyaclarına
(uşağın fəaliyyət mərkəzini seçmək imkanı) uyğun təlimi təcrübədə həyata keçirməyə imkan verir.
Xarici inkişafetdirici mühit:
Uşaq bağçasının sahəsi daxili məkanda mümkün olmayan
imkanları təmin etməlidir.
53
Müəssisənin həyətində oyun məkanına təbiət elementləri: ağaclar, bitkilər, yeməli meyvə və
tərəvəz, qum, daş, gil, su və digər təbii elementlər daxil olmalıdır.
Bu məkan təbiəti ilə əlaqə,
imkan və kəşfləri təmin etməyə qadirdir. Belə sahələr ətraf aləmin öyrənilməsinə, təbiətə qayğının
vacibliyinin dərk edilməsinə kömək edir, eyni zamanda fasiləsiz ekoloji təhsili təmin edir.
Həm daxili, həm də xarici inkişafetdirici mühit uşağın təliminin bütün aspektlərini təmin edir
və müəllim, uşaqlar, ailələr və yerli ictimaiyyət arasında ünsiyyətə kömək edir. İnkişafetdirici
mühitin hər iki növü uşağın inkişafında daimi əməkdaşlıq və təlimi üçün imkanları təmin edir.
İnkişafetdirici və dəstəkləyici mühitin yaradılması bütün inkişaf sahələri üzrə uşaqların
təliminə müsbət təsir göstərir.
İnkişafetdirici və dəstəkləyici mühitin yaradılması üçün məktəbəqədər təhsil müəssisələrində
müxtəlif guşələr (fəaliyyət mərkəzləri) təşkil olunur. Bu guşələr inkişaf sahələr üzrə qurulur və
uşağın inkişafını təmin edir. Məktəbəqədər qruplarda şərait elə yaradılır ki, bu da uşağa sərbəst
seçim imkanı verməlidir. Hər yaş qrupunda bir neçə guşələr (fəaliyyət mərkəzlərinə) yaradılır ki,
bunların da hər birində tədqiqat və oyunlar üçün kifayət qədər materiallar təqdim olunur. Yaş
qruplarına əsasən guşələr müxtəlif olur.
Guşələr aşağıdakı şərtlər nəzərə alınmaqla tərtib olunur:
1.Uşaqların maraq və inkişaf ehtiyacları.
2.Məktəbəqədər təhsil müəssisələrində mövcud olan təlim resursları.
Fəaliyyət mərkəzləri (guşələr) dedikdə, əsasən, aşağıdakılar nəzərdə tutulur:
• riyaziyyat guşəsi;
• kitab guşəsi;
• stolüstü oyunlar guşəsi;
• elm guşəsi;
• təsviri fəaliyyət guşəsi;
• qum və su guşəsi;
• tikinti materialları guşəsi;
• sujetli-rollu oyunlar guşəsi;
• məişət-təsərrüfat guşəsi;
• milli guşə;
• gəlincik guşəsi;
• nəqliyyat guşəsi;
• təbiət guşəsi;
• əl əməyi (məktəbəhazırlıq qrupunda) guşəsi.
Bu materiallar həm dövlət tərəfindən verilir, həm də tərbiyəçi-müəllim, valideyn və uşaqlar
tərəfindən hazırlanır.
Fəaliyyət mərkəzləri bir-birindən ayrı təşkil edilir, xüsusi materiallarla təchiz olunur.
Mərkəzlərdə qoyulan materiallar (kitablar, oyuncaqlar, həndəsi fiqurlar, oyuncaq qablar, mətbəxə
aid oyuncaqlar, kağız, qələmlər, karton, boyalar, plastilin, pazllar, müxtəlif bitkilər, yarpaqlar)
uşaqların əli çatan vəziyyətdə qoyulmalı və uşaqlar həmin materiallarla yaradıcı və müstəqil
davranmağa həvəsləndirilməlidir. Fəaliyyət mərkəzləri (guşələr) elə yaradılmalıdır ki, orada uşaqlar
kiçik qruplarda bir-birilə oynayıb ünsiyyət qura, istədikləri fəaliyyət mərkəzlərini özləri seçə
bilsinlər. Həm də fəaliyyət mərkəzlərində uşaqlar birgə oynamaq və əməkdaşlıq etməyi öyrənirlər.
İnkişafetdirici və dəstəkləyici təlim mühiti uşaqların müstəqilliyinə imkan yaradır, onların
təhsil uğurunun təmin edilməsi baxımından xüsusi əhəmiyyət daşıyır.
54
Böyüklər uşağın necə öyrənməsi prosesinə təsir göstərən şəraiti və materialları təmin edir,
onların daha çox qarşılıqlı münasibətlər daxilində fəaliyyət göstərmələrini və özlərini ifadə etdiklərini
reallaşdırır, lakin oyun prosesini formalaşdıran rol və vəzifələri uşaqlar özləri müəyyənləşdrirlər.
Oyun uşaqlarda tədqiqat, risk etmə, sosiallaşma və təlimə motivasiyanı stimullaşdırır. Oyun vasitəsilə
uşaqlar onların həyatlarına uyğun maraqlar və məna kəsb edən məsələləri araşdıra və bununla bağlı
öz maraqlarını əks etdirə bilərlər. İnkişafetdirici mühit azad oyun üçün imkanlarla zəngin olmalıdır.
Tərbiyəçi-müəllimlər uşaqları həvəsləndirməli və həm otaqda, həm də sahədə müxtəlif oyun şəraiti
yaratmalıdırlar. Uşaq öz oyununa özü rəhbərlik edirsə, deməli,o, fəaliyyət mərkəzləri arasında
hərəkət imkanlarına malikdir. Oyun prosesində uşaq təkcə onu əhatə edən dünyanı deyil, həm də
özünü dərk edir. Uşaq oynaya-oynaya bilik qazanır, qazandığı biliyi fəaliyyətə çevirir, təfəkkürü və
təxəyyülü inkişaf edir,
Dostları ilə paylaş: |