50
2.3. Standartların mahiyyəti, məzmunu və inteqrativliyi
Məktəbəqədər təhsil kurikulumunun məzmunu standartlar şəklində ifadə olunmuşdur.
Məzmun standartları uşaqların bilik və bacarıq səviyyələrinə qoyulmuş dövlət tələbi olmaqla,
gözlənilən ümumi təlim nəticələrini reallaşdırır. Standartlar bütün yaş qrupları
üçün eyni, alt
standartlar isə hər yaş qrupuna müvafiq olaraq, dəyişilir. Alt standarlar
əsas standartlarda ifadə
olunmuş fikrin müəyyən hissəsidir. Hər yaş qrupuna uyğun olaraq, alt standartlar inkişaf dinamikası
üzrə tədricən mürəkkəbləşir.
Hər bir standart bilik və fəaliyyətdən ibarətdir. Burada məzmun uşaqların nə öyrənəcəyini,
yəni bilik hissəsini, fəaliyyət isə uşağın öyrəndiyini necə nümayiş etdirəcəyini bildirir. Məsələn, 3-4
yaş dövründə (yəni orta qrupda) bir standarta nəzər salaq: St. 2.3.1.Əşyalarla 3 dairəsində riyazi
əməliyyatlar
yerinə yetirir; Burada
üç dairəsində riyazi əməliyyatlar
Dostları ilə paylaş: