27
rələri bir sıra immunloji reaksiyalarda müəyyən rol oynayır. T-limfositlərə antigenləri
təqdim edən və onları müəyyən edən Langerhans hüceyrələri Ia-antigenlərini (gene-
tik-assosiasiyalı immun reaksiyalı antigenlər, II sinif antigenlər) sintez edir. İmmunolo-
ji reaksiyalar zamanı Langerhans hüceyrələrinin hasil etdiyi limfokinlər onun gedişini
gücləndirir və artırır, həmçinin müşayiət edici iltihabi reaksiyalara təsir edir.
Keratinositlər, GVH- tipli reaksiyalarda, göbələkvari mikoz, allergik kontakt derma-
titi, qırmızı yastı dəmrov, tuberkuloid tipli cüzam zamanı Ia-antigenlərinin səthinə təsir
etməklə immunloji reaksiyalarda mühüm rol oynayır. Belə
hallarda keratosinlər lim-
fokin, xüsusən T-limfositlərin mitogen- və antigen induktiv aktivasiyasını tamamlayan
makrofaqların (Langerhans hüceyrələri) ikinci siqnalı təmin edən interleykin-1 hasil
edir. Bundan başqa epidermal hüceyrələr dərinin iltihabi reaksiyalarında iştirak edən
prostaqlandin E2 və leykotriyenlər kimi başqa sitokinlər də hasil edirlər. Keratinosit-
lər – epidermisin heceyrələrarası antigenlərinə və epitelinin mikoz membranına doğru
dövr edən antitellərin epidermadaxili akantolitik qovuq əmələ gətirdiyi pemfiqus qruplu
xəstəliklərdə immunloji hədəfdir.
Müxtəlif iltihabi xəstəliklər bullyoz reaksiyalarla xarakterizə olunur, hansı ki, IgA
və
IgM daxil olmaqla, birləşdirici dermal zona boyunca əlavə yığılan immunreagentlər
vasitəsi ilə baş verir. Qovuqlu törəmələrin anatomik yerləşməsi bu immunreagentlərin
yığılma mövqeyinə görə korrelyasiya edilir. Bəzi xəstəliklər zamanı antigenlər təcrid
olunmuş və qismən xarakterizə olunmuşdur. Mikroskopik və struktur səviyyəyədə im-
munflüoressent metodikadan istifadə edilməklə bullyoz vəziyyətin daha dəqiq diaqnos-
tikasına kömək edir.
Bir halda ki, dəri vahid immun sistemin mühüm hissəsidir, o çox vaxt birincili və
ikincili immunçatışmamazlıq hallarında zədələnir. Eyni
zamanda dərinin immunloji
strukturu bəzi patoloji prosesləri sərbəst yerinə yetirərək müşahidə edici xarakter daşıyır.
İlk olaraq müxtəlif kontakt hiperhəssaslıq təzahürləri, fotodermatozlar, həmçinin dərinin
limfoproliferativ prosesləri bunlara aiddir. Dərinin nəzərə çarpan antigen stimulyasiyası
baryer orqan kimi, digər ekzogen və endogen faktorları dərinin immun sisteminin bir
çox hissələrində nasazlıq əmələ gətirə bilir, bu da müxtəlif immunpatoloji təzahürlərə
gətirib çıxarır. Bir sıra müxtəlif dermatozlarda müşahidə olunan immunpatoloji reaksi-
yaların bütün tipləri dəridə realizə oluna bilər. Bu patoloji prosesləri izah etmək üçün
sağlam dərinin immunloji funksiyasını bilmək zəruridir.
Dostları ilə paylaş: