31
EPİDERMİSDƏ ÜMUMİ PATOLOJİ PROSESLƏR
Hüceyrə kinetikasının pozulması
Epidermisdə hüceyrə kinetikasının pozulması dəridəki bir sıra patoloji proseslərin
əmələ gəlməsinə səbəb olur. Epidermisdə toxuma homeostazı beş əsas proses hesabına
qalır: keratinositlərin mitotik aktivliyi, onların vertikal istiqamətdə differensiasiya və
miqrasiyası, keratinositlərin apoptozu və korneositlərin eksfoliasiyası. Göstərilən pro-
seslərin normal nisbətinin pozulması epidermisin və epidermisin homeostazının pozul-
masına gətirib çıxarır. Epidermis toxuma sistemi kimi homeostazın pozulmasına dəqiq
və
tez reaksiya verir, həm də yuxarıda göstərilən mexanizmləri bərpa prosesinə cəlb
edilir. Bunun yaxşı nümunəsi, məsələn, zədə nəticəsində
epidermisin bütövlüyünün
pozulmasıdır. Ətraf mühitin mənfi faktorlarının dəriyə uzunmüddətli təsiri nəticəsində
epidermisdə toxuma homeostazasının davamlı pozulması baş verir. Onun kompensasi-
yası üçün toxuma sisteminin daha yüksək fəaliyyət səviyyəsinə keçməsi zərurət yaranır.
Bu zaman epidermisdə baş verən dəyişikliklər adaptiv xarakter daşıyır, bununla belə,
F.Z.Meyersonun (1981) fikrincə, istənilən adaptasiyanın əhəmiyyəti var və özündə pa-
tologiya elementləri daşıyır, təsirin intensivliyi artdıqda onun da artması mümkündür.
Bu hadisəni dəriyə mexaniki faktorların təsir etməsi misalında nəzərdən keçirmək olar.
Əgər bu faktor uzun müddət ərzində təsir edirsə, epidermisin və bütünlükdə dərinin
nəzərə çarpan zədələnməsini yaratmırsa, onda epidermisin mexaniki qıcıqlandırmaya
cavab reaksiyası olaraq keratinositlərin mitotik aktivliyi artır (göründüyü kimi, bu, Q1
və ya Q2- epidermal heylonların hasilatının və Q1 və ya Q2 - mitotik aktivliyinin
azalması nəticəsində baş verir), differensiasiya və miqrasiya qabiliyyəti güclənir. Eyni
zamanda hüceyrələrin apoptozu təzyiqə məruz qalır. Nəticədə hüceyrə materialı işlənilir.
Səthdə korneositlərin eksfoliasiyası əhmiyyətli dəyişikliklərə uğramır. Hüceyrələrin
hiperhasilatı və differensiasiyasının güclənməsi nəticəsində, tikanlı, dənəli və xüsusən
buynuz təbəqəsi hesabına epidermal təbəqə və ya plast kəskin qalınlaşır. Döyənək əmələ
gəlir. Epidermisin, xüsusilə tikanlı təbəqənin hesabına qalınlığının artması akantoz ad-
lanır. Bu halda, söhbət adaptiv proliferativ akantozdan gedir. Analoji proseslər ətraf mü-
hitin digər mənfi faktorlarının da (ultrabənövşəyi şüalanma, kimyəvi maddələr, soyuq və
s.) dəriyə təsiri zamanı baş verir.Histolojiolaraq, yuxarıda göstərilən təbəqələr hesabına
epidermisin qalınlığının artması, bəzən dermada da qeyd olunur. Nadir hallarda derma-
nın məməcikli təbəqəsində damarların zəif iltihabi reaksiyası formalaşa bilər.
Dəriyə zərərli faktorların təsiri kəsildikdə funksiyaların struktur təminatının qənaət-
cillik prinsipi realizə olunmağa başlayır, minimum hüceyrə materialı zamanı funksiya-
nın optimal yerinə yetirilməsi mexanizmi meydana gəlir. Epidermisdə əks proseslər baş
verir: keratinositlərin mitotik aktivliyi, onların miqrasiyası və
differensiasiya prosesləri
azalır, apoptoz və eksfoliasiyası isə güclənə bilər. Yenidən əks təsir zamanı dövrünü tək-
rar etmək üçün epidermis sistem kimi tədricən ilkin vəziyyətinə qayıdır. Bir daha qeyd
etmək lazımdır ki, bütün bu proseslər adaptiv çərçivəyə yerləşdirilir, lakin müalicə tələb
edən patoloji vəziyyətlərə də keçə bilər.
Əks vəziyyət dəriyə keratinositlərin mitotik aktivliyinə, onların vertikal istiqamətdə
differensiasiya və miqrasiyasına təzyiq edən faktorların təsiri zamanı müşahidə edilir.
Belə faktorlara ionlaşdırılmış radiasya, sitostatiklər və sitosid preparatları göstərmək
32
olar. Buraya, eyni zamanda epidermisin trofikasını pozan dermanın mikrosirkulyar is-
tiqamətini aid etmək olar. Keratinositlərin mitotik aktivliyinə, differensiasiyasına
təzyiq
edən faktorlarla yanaşı bütün bu faktorlar onların apoptozunu gücləndirir. Nəticədə epi-
dermal təbəqənin qalınlığı tədricən azalır, o, kövrəkləşir, kiçik fiziki təsirdən zədələnir,
sonda xoralaşma, eroziya, çat yaranmasına gətirib çıxarır (məsələn, rentgenoloqlarda).
Dostları ilə paylaş: