35
Birincili akantoliz bir çox autoimmun proseslər, məsələn, pemfiqus zamanı müşahidə
edilir. (Şək.4.5.)Onun əsasında həmçinin keratinositlərin membranlarının irsi pozğun-
luqları dura bilər ki, bu da ailəvi Quassero-Xeyli-Xeyli pemfiqusunda müşahidə olunur.
Bu zaman hüceyrəarası əlaqələrin itməsində işəsalma mexanizmləri ekzogen amillər:
məsələn, mexaniki zədələr, bakterial infeksiyalar və s. sayılırlar. Epidermisin tikanlı qa-
tında hüceyrəarası desmosomal əlaqələrin itməsi nəticəsində toxuma mayesi ilə dolan
qovuqcuqlar – akantolitik qovuqcuqlar əmələ gəlir. Əlaqələri pozulmuş keratonistlər
(akantolitik hüceyrələr) «toxuma mayesində» sərbəst «üzürlər». Onlar dairəvi forma
(tonofibrillər nüvətrafı sahədə yığıldıqları üçün) alırlar. Sonralar hüceyrələrdə metabolik
proseslər xeyli azalır və onlar tədricən dağılırlar.
İkincili akantoliz keratinositlərin özlərinin viruslar (məsələn, herpes, su çiçəyi viru-
su) tərəfindən zədələnməsi ilə bağlıdır. Bu zədələnmələrin nəticəsində keratonistlərdə
əvvəlcə hüceyrədaxili ödem, sonra isə vakuollaşma prosesi baş verir. Vakuollar perinuk-
lear yerləşəcək, daha kəskin hallarda sitoplazmanın böyük hissəsini əhatə edir, nüvəni
periferiyaya doğru sıxışdırır. Bu zaman nüvə oraqvari forma alır. Keratinositlərin belə
distrofiyası hidropik və ya vakuol distrofiyası adlanır (Şək.4.6.). Onun adi lokalizasiyası
tikanlı və dənəli qatdadır. Bazal qatın hüceyrələri hidropik distrofiyaya məruz qaldıqda
bu hüceyrələrin ölümü baş verir, epidermis bazal membrandan ayrılır, əmələ gələn boş-
luqlarda isə toxuma mayesi toplanır və subepidermal qovuqcuq formalaşır. Distrofiyanın
bu növü qırmızı qurdeşənəyi, skleroatrofik dəmrov və bəzi digər xəstəliklər zamanı rast
gəlir.
Epidermisin kəskin nəzərə çarpan ödemi zamanı epidermisin ballon distrofiyası in-
kişaf edir ki, bu da böyük bir sahədə hüceyrəarası əlaqələrin itməsi ilə müşayiət olunur
(Şək.4.7.). Akantolitik qovuqlar iridir, seroz-fibroz ekssudatla doludurlar və içərisində
çox iri, həddən artıq şişkin keratinositlər vardır. Onlar sonradan homogen eozinofil şar-
şəkilli törəmələrə çevrilirlər.
Kerasitararası əlaqələrin ikincili pozğunluqları epidermisdə deyil, dermada birinci
dəyişikliklərin yaranması ilə əlaqədar olub onun məməcikli qatında ödem əmələ gəlməsi
ilə təzahür edir. Epidermisdə baş verən dəyişikliklər ikincilidir, ödem mayesinin derma-
dan daxil olması ilə əlaqədardır. Ödem mayesi epidermisdə olan hüceyrəarası əlaqələri
zəiflədir və dağıdır və əgər epidermisin ikincili ödemi güclü nəzərə çarpırsa, onda
keratinositlərin bir qismi tələf olur, onların yerində seroz maye ilə dolu mikroboşluqlar
əmələ gəlir. Bu mikroboşluqlar daha iri qovuqlar yaradaraq sonradan birləşə bilirlər.
Bu hadisə spongioz, qovuqlar isə sponqiotik qovuqlar adlanır. Onlara leykositlər daxil
olduqda sponqiotik pustulalar əmələ gəlir.
Dostları ilə paylaş: