250
psixovegetativ və psixosomatik dəyişiklərində rolu böyükdür.
Təxminən 30% hallarda vulqar ixtioz, daha artıq tezliklə dəri quruluğu (asteaatoz,
sebostaz), lipidlərin tərkibinin dəyişməsi, dərinin su keçiricilik qabiliyyətinin artması
(bariyer funktsiyasının pozulması) qeyd olunur. Tez – tez atopik dermatitli xəstələrdə
vitiliqo müşahidə olunur, ocaqlı dazlığın isə proqnozu qeyri-qənaətbəxş olur (alopetsia-
nın ayopik tipi). Eyni zamanda, nisbətən nadir hallarda cavan şəxslərdə göz anomaliya-
larından atopik katarakta, əsasən keratokonusa təsadüf olunur. Dishidroz (alopesiyanın
atopik tipi) ovucların dishidrotik ekzeması və urtikariya ilə əlaqələr müşahidə olunur.
Miqren
ilə əlaqəsi diskusiya olunur, lakin bu o qədərdə dəqiq deyil.
Etiologiya
Atopik dermatitin səbəbi bu günə kimi tam aydın deyil. Xüsusən
nə üçün xəstəlik
körpə yaşlarda başlayır və müxtəlif insanlarda fərqli gedişata malik olur. Mahiyyətcə
uşaq yaşlarında atopik dermatit iltihabi – ekssudativ ekzemanın (hiperemiya, qovuqcuq-
lar, qartmaq) gedişatı ilə, daha sonralar klinik gedişində iltihabi – proliferativ və dərinin
ekskoriyasiyaları ilə bağlı kobudlaşması müşahidə olunur (lixenoid papulalar, lixenifi-
kasiya və pruriginoz papulalar). Bu makro və mikromorfoloji substratların təkcə təcili ip
allergik o cümlədən qan zrdabında İgE-artması ilə əlaqələndirmək olmaz, müəyyən rolu
eyni zamanda gecikmiş ekzematoz tipli hüceyrə reaksiyası da oynayır.
Atopik dermatitin dəqiq səbəbi bilinmədiyi üçün iki nəzəriyyə təklif olunur: immun-
loji hipotez və beta-adrenergik reseptorların blokadası hipotezi. İmmunoloji nəzəriy-
yələri təsdiq edən bir neçə fakt mövcuddur: atopik dermatitin başqa allergik xəstəlik-
lərlə assosiasiya tezliyi; qan zərdabında İgE göstəricisinin kifayət qədər artması; geniş
spektrli dəri testlərinin müsbət reaksiyası;virus və göbələk infeksiyalarına meyllilik, im-
mundefisit xəstəlikləri ilə yanaşı gediş.
Beta-adrenergik reseptorların blokada nəzəriyyəsi bununla bağlıdır ki, beta-resptor-
ların disfunksiyası hiperaktivliyi əmələ gətirir, bunun da təkanverici mexanizmi kimi
müxtəlif stimullar ola bilər: fiziki,immunloji,infeksion,kimyəvi və psixi.
Dostları ilə paylaş: