346
universal ingibitorları sayılırlar və piy vəzisinin girişində korneositlərin adheziyasını
tormozlayır, epidermositlərin proliferasiyasını
gücləndirir,
keratinləşmə proseslərini
normallaşdırır, iltihab reaksiyasını azaldırlar. Ən çox məlum olan preparatlar: tretinoin
(0,01%; 0,1%); ayrol (krem, məhlul, islatmalar); izotretinoin (0,05% izotreks-gel); atre-
derm (0,05%; 0,1%); lokasid (0,05%, 0,1%); retin-A (0,1%); klinesfar – 0,025 %-li tre-
tinoin və 4%-li eritromitsinin kombinasiyası. Tretinoinin tətbiqindən ilk 8-14 gün sonra,
xüsusilə gel və ya məhlul şəklində, komedonların və pustulaların əmələ gəlməsinin güc-
llənməsi ilə birgə kəskinləşməsi baş verir. Retinoidlər yerli şəkildə sutkada 1 dəfə və
ya 2-3 ay ərzində günaşırı tətbiq olunurlar. Rusiyada 1%-li retinoy məlhəmi buraxılır
– preparat 13-sis-retinoy turşusundan ibarət olub yüksək biodəyərə malikdir.
0,1%-li gel formasında yeni 4-cü nəsil topik retinoid - adapalen (naftalin turşusunun
derivatı) hazırlanmışdır ki, iltihabəleyhinə retinoidəoxşar təsirə malikdir. Adapalen epi-
dermisin hüceyrə nüvələrinin spesifik reseptorlarını (retin turşusunun α və γ –reseptor-
ları) seçici birləşdirməklə təsir edirlər və follikulun buynuzlaşmasının normallaşmasına
səbəb olurlar. Retinoy turşusunun γ-reseptorlarının aktivləşməsi hüceyrə proliferasiya-
sına nisbətən keratinositlərin diferensiasiyasına daha çox təsir edir ki, bu da α-reseptor-
larla tənzimlənir. Birinci nəsil retinoidlərdən fərqli olaraq
adapalen plazmada retinoid
reseptorları ilə birləşmir və dəriyə daha az qıcıqlandırıcı təsir göstərir. Adapalen in vit-
ro şəraitində müxtəlif iltihab modellərini tormozlayır, həmçinin öz strukturu sayəsində
havanın oksigeninə davamlıdır
və çox güman ki, UB-şüalanmaya qarşı da rezistentdir.
Retinoidləri iltihabi aknenin papulo-pustulyoz formasında benzoilperoksidlə aparı-
lan yerli terapiya ilə bir kombinasiyada sistem antibakterial müalicədən və ya izotreti-
noinin daxilə qəbulundan əvvəl işlətmək olar.
Azelain turşusu (20%-li krem; skinoren) - bu, antikomedogen xüsusiyyətlərə malik
yerli istifadə üçün tətbiq olunan preparatdır, keratinfilament-aqqreqasiya edən protein-
lərin əmələ gəlməsi zamanı keratinləşməyə qoşulur. Preparatın müalicəvi effekti sızanaq
xəstəliyinin əsas patogenetik həlqələrinə təsir etməsi ilə bağlıdır: tük follikulunun diva-
rının hiperkeratinaziyası, piy vəzilərində mikroorqanizmlərin güclü çoxalması və orada
iltihab prosesinin inkişaf etməsi. Hüceyrə zülallarının biosintezini tormozlamaq qabiliy-
yətinə malik olmaqla azelain turşusu mülayim sitostatik effekt göstərir, bu da tük folli-
kulunun divarında keratinləşmə proseslərinin normallaşması ilə təzahür edir, həmçinin
həm dərinin səthində, həm də piy vəzilərində antimikrob (ilk növbədə Propionbacterium
acne) təsir göstərir. Toksikoloji baxımdan azelain turşusu zərərsizdir. Bu preparatı həm
gənc şəxslər, həm də qadınlar hamiləlik dövründə istifadə edə bilərlər. Yerli olaraq ilk
növbədə preparatın tətbiqindən sonrakı ilk dəqiqələrdə
yüngül giziltilər, göynəmə və
qaşınma müşahidə oluna bilər. Kontakt allergiyaları və ya fotodinamik reaksiyaları az
müşahidə oluna bilər.
Keratolitiklər, məsələn salisil turşusu follikulyar hiperkeratoza cüzi təsir edir. Akne
zamanı onlar müxtəlif formalarda, əsasən məhlullar şəklində (0,5%-dən 5%-ə qədər) tət-
biq olunur. Akne zamanı işlədilən benzoilperoksid antimikroblu təsirə malikdir, o, akne-
nin papulyoz-pustulyoz formasında yerli istifadə üçün gel, losyon, kremlər və məhlullar
şəklində buraxılır. Onların konsentrasiyası 2%-dən 10%-ə qədər, bəzi hallarda 20%-ə
çatır. Azelain turşusu, həmçinin benzoilperoksid antimikrob effektə malikdir və xüsusilə
P.acnes və Staphylococcus aureus–a təsir göstərir. Hər iki preparat
rezistentliyə səbəb
347
olmur, yəni nə in vivo, nə də in vitro şəraitində törədicinin fenotipik dəyişiklikləri baş
vermir. Ona görə də, onlar uzunmüddətli antimikrob terapiya zamanı xüsusilə faydalı-
dırlar.
Dostları ilə paylaş: