XXXII FƏSİL.QİÇS-DA OLAN DƏRI ƏLAMƏTLƏRININ
XÜSUSIYYƏTLƏRI
Ümumi xarakteristika
Müxtəlif yaş qruplarında yaranır. Atipik keçir, ağır gedişata malikdir, müalicəyə çətin
tabe olur, hərarət, zəiflik, diareya, çəki itkisi və pis proqnozlaşdırılan simptomlar kimi
GIÇS-in klinik əlamətlərinin əmələ gəlməsinə və immun cavabın kəskin aşağı enməsinə
dəlalət edir.
Xəstəliklərin şərti klassifikasiyası:
1. Neoplastik (Kapoşi sarkoması)
2. İnfeksion (virus, göbələk, bakterial, parazitar)
3. Patogenezi aydın olmayan dermatozlar (seboreyalı dermatit, teleangiektaziya-
lar, kseroderma, psoriaz, atopik dermatit və başqaları)
NEOPLASTİK
Kapoşi sarkoması
Kapoşi sarkoması əksər hallarda homoseksuallarda qeyd olunur.Bədəndə periferiya-
ya doğru böyüyən açıq çəhrayı sonralar bənövşəyi və ya qəhvəyi rəngə çevrilən ləkə və
papulalar əmələ gəlir. Dəri əlamətləri gemanqioma, piogen qranulyoma, dermatofibro-
ma, damarların anomaliyalarının əmələ gəlməsi, ekhimozu xatırladır. Səpgilər əksər
hallarda üz, qarın, ətraflar, gövdədə – qabırğalar boyunca yerləşir. Prosessə periferik
limfatik düyünlər, daxili orqanlardan - əksər hallarda bağırsaqlar (xoralı kolit, qanaxma),
cəlb olunur.
İNFEKSİON-PARAZİTAR
Dərinin və selikli gişanın kandidozu
Əksər hallarda yemək borusunun cəlb edilməsi ilə birlikdə ağız selikli qişasınn dur-
ğun kandidozu inkişaf edir, antibiotiklər, kortikosteroidlər, sitostatiklərlə müalicə alma-
yan cavan insanlarda meydana gəlir. Belə əlamətlər İÇV infeksiyasının erkən simptomla-
rıdır.Yanaqların, dilin selikli qişasını tam örtən çətinliklə qoparılan bozumtul-ağ rəngdə
örtük, ağız büküşlərində - kandidoz yalama əmələ gəlir. Nadir hallarda perianal və qasıq
büküşlərində birləşməyə xoralaşmağa meyilli olan kandidoz ocaqlar əmələ gəlir.
Sadə herpes
Əksər hallarda dodaqlarda, cinsi orqanlarda, baldırlarda, barmaqlarda, aksilyar və pe-
rianal sahələrdə (homoseksuallarda) çox ağrılı eroziyalar və ya xoraların, qovuqcuqların
əmələ gəlməsi xarakterikdir. Su çiçəyi və ya impetiqonu xatırladır.
Dostları ilə paylaş: |