402
PECET XƏSTƏLİYİ
Pecet xəstəliyi (məməciyin diskeratozu) –süd vəzisinin bir və ya bir neçə yolunda
inkişaf edən, döş giləsi nahiyəsində epidermisi zədələyən və gilə ətrafı
sahədə vəzi
toxumasının invaziyası ilə nəticələnən və regionar limfotik düyünlərdə metastazlaşan
adenokarsinomadır. Xəstəlik bədxassəli yeni əmələ gəlmələrə aiddir və süd vəzilərinin
yollarının atipik hüceyrəsindən inkişaf edir (Pecet hüceyrələri). Daha çox 40 yaşından
yuxarı qadınlar xəstələnir, bir qayda olaraq bir vəzi zədələnir.
İlkin mərhələdə klinik şəkil gilənin ekzemasını xatırladır, hansı ki, azacıq bərkimiş
ocağı olur və uzun müddət sulanma ilə gedir. Getdikcə gilə və ona bitişik nahiyə kəs-
kin sərhədli tünd qırmızı rəngli, nəm səthli, hissə-hissə qartmaqla örtülü olan, müalicə
tədbirlərinə rezistent vəziyyətə keçir. Davam etdiyi müddətdə (ay, il) periferiya boyunca
artan, süd vəzisinin çox hissəsini əhatə edən eroziya formalaşır . Bu zaman gilə tədri-
cən dartılır və fibroz bərkimə əmələ gəlməklə itir. Vəzinin toxumasında bərk dəri dü-
yünü yaranır, regionar limfatik düyünlər böyüyür, palpasiya zamanı bərk, ağrısız olur.
Dəri zədələnməsi qaşınma və göynəmə ilə müşayiət olunur. Pecet xəstəliyinin ocaqları
anogenital, qoltuqaltı, az hallarda göbək nahiyəsində əmələ gəlməsi mümkündür. Bu
nahiyələrdə apokrin tər vəziləri şiş prosesi ilə zədələnir (ekstramammar Pecet xəstəliyi).
Differensial diaqnostika
Differensial
diaqnoz ekzema, piodermiya, psoriaz, Bouen xəstəliyi ilə aparılır.
Müalicə
Cərrahi müdaxilənin həcmini və digər müalicə tədbirləri (kimya-rentgenoterapiya)
həkim-onkoloq müəyyən edir.