74
formaları) aydınlaşdırmaq vacibdir.
Bəzi dəri xəstəlikləri müəyyən insan cinsini zədələyir.Məsələn,stafilokok sikozu,
rinofıma, düyüncüklü xondrodermatit, boyunun rombik dərisi demək olar ki, həmişə
kişilərdə rast gəlinir, rozasea, böyüklərin xroniki trixofitiyası, Foks-Fordays xəstəliyi ən
çox qadınlarda müşahidə olunur.
Xəstənin həyat anamnezi böyük əhəmiyyətə malikdir. Mütləq valideyinlərin sağlam-
lığı, ailənin xəstlikləri (vərəm, sifılis, dəri və şiş xəstəlikləri) barədə məlumat toplamaq
lazımdır. Perinatal dövrün xüsusiyyətləri və inkişafının yaş mərhələləri haqda məlumat-
lar mütləq bilinməlidir. Xəstədə dərmanlara, kimyəvi maddələrə, bəzi qida məhsullarına
qarşı allergik reaksiyaları nəzərə almaq lazımdır.
Bəzi dermatozlarda xəstənin müxtəlif yaş dövrlərində fiziki aktivliyi və intellektual
yüklənməsi və psixoemosional gərginlikləri böyük rol oynayır.
Dərinin ümumi xarakteristikasına aşağıdakı məlumatlar aiddir:
- rəngi (qaralmış, qızarmış, sarımtıl çalarlı);
- dərinin dartılması və elastikliyi,toxuma turqoru;
- piy və tər ifrazetmə (çoxalmış, azalmış, normal);
- dermoqrafizm (qırmızı, ağ, qarışıq) əmələ gəlmənin tezliyi, davam etməsi,
yayılması;
-
əzələ-tük refleksi;
-
dərinin həssaslığı (ağrı, temperatur, taktil);
-
dərialtı piy toxuması;
-
limfatik düyünlər (böyüklük, hərəkətlilik, ağrılıq, dəri ilə birləşmə)
-
selikli qişaların ümumi cəhətləri (gözlərin, göz qapaqlarının, dodaqların qırmızı
haşiyəsinin, ağız və burun boşluğunun, xarici cinsiyyət orqanlarının və anusun), rəngi,
zədələnməsi;
-
tüklər, dırnaqlar, sümük və oynaqların vəziyyəti, əzələ sistemi;
-
ürək qan-damar sistemi:ürək, damarlar, nəbz, arterial təzyiq;
-
tənəffüs orqanları: yuxarı tənəffus orqanları, ağ ciyərlər, rentgenoloji müayinə-
nin cavabı;
-
həzm sistemi: ağız boşluğu, dişlərin, damaq badamcıqlarının, mədənin, ba-
ğırsaqların, qara ciyərin, dalağın vəziyyəti;
-
endokrin sistem:qalxanabənzər vəz (böyüməsi,ekzoftalm,əllərin tremoru),
böyrəküstü vəzi (dərinin piqmentasiyası, zəiflik, yorğunluq, qanda şəkər), cinsiyyət
vəziləri (ikincili cinsi əlamətlər, libido);
-
sinir sistemi: oyanıqlıq, yaddaş, yuxu;
-
refleksləri vətərlər (diz, axil, yuxarı ətraf), bəbəkdə Romberq simptomu;
-
baş-beyin sinirləri (göstəriş olduqda), patoloji reflekslər;
-
hissiyyat orqanları: görmə, eşitmə, iy bilmə, dad bilmə, toxunma.
Dostları ilə paylaş: