76
metrikliyi (dermatomikoz, mikrob ekzeması, üzükvari və ya dairəvi qranulyoma, kon-
takt dermatit); sinir və damar şaxələri boyunca yerləşmələri (kəmərləyici dəmrov, xətt-
vari nevus, xəttvari qırmızı yastı dəmrov).
-
Birincili (ləkə, papula, qabarcıq, düyün, köpüşük, qovuqcuq, qovuq, irincik, şiş)
və ikincili (piqment ləkələri, qabıq, qartmaq, eroziya, ekskoriasiya, çat, xora, çapıq, lixe-
nifikasiya, vegetasiya) elementlər.
-
Monomorf və polimorf səpgilər. Monomorf hər hansı birincili elementdən təş-
kil olunmuş səpgidir (psoriazda papulalar, vərəm qurdeşənəyində qabarcıqlar,
vulqar pemfiqusda qovuqlar).Polimorf bir neçə birincili elementdən təşkil olunmuş
səpgidir (ekzemada, çoxformalı eksudativ eritemada, Dürinq dermatitində - ləkə, papu-
la, qovuqlar, qovuqcuqlar, köpüşük).
-
Subyektiv əlamətlər - qaşınma, yanma, ağrı, dəridə dartınma hissiyyatı.
Birincili elementlərin xarakteristikası
İltihabi prosesin xarakteri: kəskin, yarımkəskin, xroniki olur. Kəskin iltihabi proses-
də
eksudasiya, qeyri-iltihabi prosesdə proliferasiya müşahidə olunur.
İltihabi prosesin rəngi müxtəlif çalarlı olur.Qırmızı yastı dəmrov üçün bənövşəyi-gö-
yümtül rəng, çoxformalı eksudativ eritema üçün göyümtül rəng, eritrazma üçün kərpi-
ci-qırmızı rəng, vərəm qurdeşənəyi üçün sarımtıl-qəhvəyi rəng xarakterikdir.
Ölçülər - sancaq başı və ya darı dənəsi ölçüsündə olan elementlər miliar, mərci və
ya noxud ölçüsündə olan elementlər lentikulyar, 2-5 qəpiklik ölçüsündə olan elementlər
numulyar adlanırlar. Elementlər bir-biri ilə birləşdikdə yetkin insanın ovuc içi və ya daha
böyük ölçülü lövhələr əmələ gətirir.
Kənarların şəkli : düzgün, qeyri-düzgün, oval, dairəvi, xəttvari, poliqonal, festonvari,
küncvari olur.
Sərhədləri : kəskin, qeyri-kəskin, aydm, silinmiş olur.Kəskin sərhəd - ən çox xroniki
iltihabi proseslərdə (sifilis, qırmızı yastı dəmrov, psoriaz) , qeyri-kəskin sərhəd - kəskin
iltihabi proseslərdə (ekzema) müşahidə olunur.
Səthi:
kələ-kötür, qabarcıqlı, hamar, parlaq, parıltısız, dənəli olur.
Forma: yastı (psoriaz), yarımkürə şəklində(lentikulyar sifilid), konusabənzər (miliar
sifilid), basıqlı yastı (qırmızı yastı dəmrov) və ya çökmüş yastı (eksudativ eritema) olur.
Konsistensiya: ağacabənzər (aktinomikozda), bərk (onkodermatozlarda), bərk-elas-
tik (sifilisdə), bərkvari (psoriazda,qırmızı yastı dəmrovda), xəmirəbənzər (lipomalarda),
yumşaq (dəri vərəmində) olur.
Zədələnmənin dərinliyi: elementlər epidermal, epidermo-dermal, dermal, subdermal
ola bilirlər.
Follikullara münasibət: elementlər follikulyar (adi follikulit, sikoz, furunkul), qey-
ri-follikulyar (tük follikulları ilə birləşməyən) olur.
Bir çox dermatozlar diaqnozun əsaslanmasında böyük rol oynayan spesifik əlamət-
lərə (fenomenlər və simptomlar) malikdirlər.
Dostları ilə paylaş: