92
Dermatoloji plastırlar
Dermatoloji plastrların əsasını onlara qatı və yapışqanlı konsistensiya verən mum və
kanifol təşkil edir.
Salisil turşusu, sidik cövhəri, yod, karbol turşusu, sirkə turşusu və s. keratolitik kon-
sentrasiyaya daxil edirlər.
Təsiri . Aktiv sorucu, qabıqsoyucu, yumşaldıcı, dezinfeksiyaedici, fungisid.
Göstəriş. Qabarı götürmək, dırnaqları yumşaltmaq, dırnaq yastığını müalicə etmək,
qırmızı yastı dəmrovun verrukoz formasında, məhdud neyrodermitdə istifadə edlir.
İstifadə qaydası. İstifadədən əvvəl plastır qızdırılır, ocaq spirtlə silinir. 2-3 gündə bir
dəfə dəyişdirilir. Plastr dəri və dırnaq üzərində yaxşı qalır.
Rp.: Ac. Salicylici
Emplastri plumbi aa 30,0
M.D.S.
Həftədə bir dəfə çəkməli
Qaşınmaya qarşı vasitələr.
Bunları 2 qrupa bölmək olar:
Birinci qrupa dəridəki patoloji proseslərə təsir etməyərək, ancaq qaşınmanı aradan
qaldıran vasitələrdir. Bunlara: mentol, anestezin, limon və karbol turşuları, sirkə məh-
lulu, antihistamin preparatları, xloralhidrat, boyayıcılar və s. aiddir. Bu qrup vasitələr
ən çox spirtli məhlul şəklində dərinin qaşınan yerlərinə sürtmək üçün istifadə olunur.
İkinci qrup qaşınma əleyhinə dərmanlar isə həm də dəridəki patoloji proseslərə təsir edir.
Bu qrupa qətran preparatları, salisil turşusu, kortikosteroidlər və s. aiddir. Bu maddələri
əsasən çalxamaların, pastaların, məlhəm və kremlərin tərkibinə daxil edirlər.
Göstəriş. Dəri qaşınması, böyüklərdə qaşınma xəstəliyi,övrə, neyrodermit, çoxforma-
lı eksudativ eritema, həşərat dişləməsi və qaşınma ilə müşayiət olunan digər xəstəliklər.
İstifadə qaydası. Qaşınan yerlərə gündə 2-3 dəfə sürtməli.
Rp.: Mentholi 2,0
Sp. Aethylici 70% ad 100 ml
M.D.S. qaşınan yeri silməli.
Dostları ilə paylaş: