Məlhəmlər
Məlhəmlər əsası yağ və ya yağabənzər maddələr olan dərman formasıdır. Məlhəmlər
istifadə olunarkən dəri tənəffüsünü dayandırır, onun hərarətini qaldırır, səthi qatlarını
kövşəkləşdirir, zədələnmə sahəsində damarları genişləndirir, bunun sayəsində dərmanda
olan aktiv maddələr daha yaxşı sorulur.
90
Əsas qismində sarı vazelin və lanolin bərabər miqdarda, təmizlənmiş donuz yağı,
bitki yağları, naftalan, silikon birləşmələri istifadə olunur.
Məlhəm əsasına kükürd, qətran, salisil turşusu, naftalan, ixtiol, rezorsin,piodermiya-
larda- antibiotiklər əlavə olunur.
Hidrofob məlhəmlər piy əsaslı olub dərini “qızdırır” və yeridilən dərman maddələri-
nin infiltrativ iltihabi prosesə daha dərin təsir göstərməsinə kömək edir.
Hidrofil məlhəmlər isə silikon birləşmələrini özündə saxlayaraq dərinin nəfəs alma-
sını təmin edir.
Təsiri. Aşağı konsentrasiyalarda (3%-ə qədər) salisil turşusu, rezorsin məlhəmləri
keratoplastik (qabıqsoyucu,epitelləşdirici, iltihabəleyhinə, yüngül sorucu), yüksək kon-
sentrasiyalarda isə (3-5% və daha çox) keratolitik, yəni daha çox soyucu və ciddi sorucu
təsir göstərirlər.
Göstərişlər. Xroniki, yarımkəskin iltihabi xəstəliklər- psoriaz, neyrodermit, qırmızı
yastı dəmrov, xroniki ekzema,ixtioz və s, həmçinin göbələk və parazitar xəstəliklər.
İstifadə qaydası. Zədələnmə ocaqlarına gündə 2-3 dəfə çəkmək lazımdır. Həmçinin
sıxıcı sarğı altında da qoymaq olar (gündə 2 dəfə).
Kremlər
Kremlər məlhəmlərdən piy əsasında suyun miqdarı ilə fərqlənir. Əgər su hissəcikləri
yağla əhatə olunmuşsa bu zaman yağlı məlhəm-krem, əgər əksinə olmuşsa onda yağsız
emulsion məlhəm- krem əmələ gəlir.
Çox zaman bərabər miqdarda lanolin, vazelin və sudan ibarət kremlər istifadə olunur.
Bəzən patentləşdirilmiş kremlər üçün əsas qismində sintetik yağabənzər maddələr-
dən- sellüloza törəmələrindən, etilenoksiddən və s. istifadə edirlər.
Hidrofil kremlər suda 30% yağdan ibarətdir. Hidratasiyanı, dərinin yumşalmasını,
iltihabəleyhinə effekti təmin edir. Qısamüddətli təsir göstərir (bir neçə saat).
Lipobaza tərkibli kremlərin tərkibində isə piyin miqdarı daha çox- 70% ə qədər olur.
Kremlərin tərkibində ionlaşmamış emulqator olur ki, o da su qovuqcuqları ilə növbələşən
lamelyar piy kristallik strukturlar- liposomları əmələ gətirir, onlarsa öz növbəsində ən
fizioloji iltihabəleyhinə vasitə hesab olunur. Liposomların əsasında “Lokoid-lipokrem”
adlı kortikosteroid preparat hazırlanmışdır.
Hidrofob kremlər “yağda su (30%)” sistemini təşkil edirlər. Dəridə yağ plyonkası
əmələ gətirərək suyun buxarlanmasının qarşısını alır, dərini rehidratasiya edir.
Kremlərə çox zaman qaşınmaəleyhinə (dimedrol,mentol), qabıqsoyucu (salisil tur-
şusu) maddələr, sidik cövhəri, A və E vitaminləri, kortikosteroidlər və s. əlavə olunur.
Təsiri. Krem çəkilərkən dəri yumşalır və nəmlənir, qabıqlardan, qartmaqlardan tə-
mizlənir. Bu zaman onun tənəffüsü saxlanılır, soyuducu, damardaraldıcı, iltihabəleyhinə
effektləri meydana çıxır.
Göstərişlər. Quru kəpəklənən dəri,çatlar, yarımkəskin dermatitlər (ekzema), qaşınan
dermatozlar, psoriaz, neyrodermit, ixtioz və s.
İstifadə qaydası. Zədələnmiş sahəyə gündə 2-3 dəfə çəkilir.
|