Dərslik rəHBƏRLİk azərbaycan Respublikası Təhsil Nazirliyinin 24 saylı



Yüklə 18,24 Mb.
Pdf görüntüsü
səhifə55/446
tarix20.10.2023
ölçüsü18,24 Mb.
#157964
növüDərs
1   ...   51   52   53   54   55   56   57   58   ...   446
DERMATOLOGİYA-dərslik 1

Deontologiyanın sualları
Tibbi deontologiya- tibb işçilərinin (həkimlərin, tibb bacılarının, kiçik tibbi per-
sonalın) vəzifəsi, mənəvi borcu və peşə etikası haqqında elmdir. Cəmiyyət digər peşə 
sahiblərindən fərqli olaraq həkimlərə qarşı daha çox tələb irəli sürür. Belə ki müalicə 
prosesində həkimin şəxsiyyəti müxtəlif manipulyasiya və dərmanlardan daha önəmli rol 
oynayır. M.Y. Mudrov yazırdı: “...sən xəstəliyi bilirsən və xəstəni tanıyırsan, ancaq bil 
ki xəstə də səni sınayıb və səni tanıyıb.”
Həkimin deontoloji işlərindən biri xəstəyə optimizm hissi, daxili sabitlik aşılamaq, 
xəstənin inam və etibarını qazanmaqdı.
Xəstə insanlarda öz vəziyyətinə uyğun bir neçə tip reaksiya müşahidə edilir. Bu reak-
siyalar pasiyentin şəxsi xarakteristikası və psixi statusundan asılıdır: adekvat, “xəstəliyə 
uymaq”, “xəstəlikdən qaçmaq”, xəstəliyin ağırlığını qiymətləndirməmək, aqqravasiya 
və simulyasiya, dissimulyasiya və metasimulyasiya.
Gənc pasiyentlər çox vaxt öz sağlamlığına güvənir və qospitalizasiyaya çətin reaksi-
ya verir. Yaşlı pasiyentlər isə öz vəziyyətinin ağırlığını şişirdir.
İstənilən həkim, o cümlədən dermatoveneroloq, qeyri-korrekt davranış nəticəsində 


94
əmələ gələn vəziyyəti yadda saxlamalıdır. Buna yatrogeniya və sorrogeniya aiddir.
Sorrogeniya tibb bacısının düzgün olmayan hərəkəti nəticəsində vəziyyətin pozulma-
sı ilə xarakterizə olunur.
Yatrogeniya pasiyentin şəxsi xüsusiyyətlərini nəzərə almadıqda və tibbi etika qayda-
larını pozduqda əmələ gələ bilər. Dermatoloji xəstələr “dəmrov”, “bitlilik” sözlərini çox 
neqativ qəbul edirlər. İstənilən səpgi elementi yoluxucu xəstəlik əlaməti kimi başa düşü-
lür. Həkim xəstəyə elan edəndə ki, onda xroniki dəri xəstəliyidir,məsələn psoriazdır, bu 
vaxt xəstə onunla bir palatada bu xəstəliyin ağır forması ilə yatan xəstəni gördüyündən, 
onda elə bir hiss yaranır ki o da buna məhkumdur. Bir palatada müxtəlif ağırlıq dərəcə-
li dermatozlarla, müxtəlif intellektli, müxtəlif mədəni səviyyəli pasiyentin olması ona 
gətirib çıxarır ki, onlar bir-birinə xəstəliyin ağırlaşma səbəbi və müalicənin effektsiz-
liyi haqqında təhrif olunmuş məlumat verir, həkimin avtoritetinə xələl gətirirlər. Bu da 
öz növbəsində eqrotogeniyaya- digər pasiyentin təsiri ilə vəziyyətin pisləşməsinə səbəb 
olur. Bu halın baş verməməsi üçün düşünülmüş təşkilati tədbirlər görülməli, xəstələr 
palatada düzgün yerləşdirilməli, şöbədə psixoloji atmosferə daim nəzarət olunmalıdır. 
Bu işdə həkimin yaxın köməkçisi orta tibb işçisidir.
Bəzi dəri xəstəlikləri daxili orqanların xəstəliklərinin nəticəsidir. Belə halda həkim- 
dermatoveneroloq xəstəni müayinə üçün digər mütəxəssislərə də göndərməlidir. Həkim 
xəstəni inandirmalıdır ki, xəstənin etibarını itirməsin.
Dermatoloji xəstəliklər adətən xəstələrə güclü fiziki əzab vermir. Lakin onların psixi 
statusu əhəmiyyətli dəyişikliyə uğrayır. Dəri xəstəlikləri pasiyentlərdə ətrafdakılara qar-
şı fədakarlıq hissi, zöhrəvi xəstəliklər isə xəcalət və qəbahət hissi doğurur. Pasiyent hə-
kimlə söhbətində öz həyəcanlarını, intim həyatın incə məqamlarını danışa bilər. Əgər bu 
məlumatlar ictimai təhlükəli deyilsə, onları heç kimə danışmaq lazım deyil. Belə hallar-
da xəstəyə çətin vəziyyətlərdə kömək etmək, müalicənin yaxşı olacağına ümid yaratmaq 
lazımdır.
Psixiatr Balint yazır ki, “gündəlik təcrübədə istifadə olunan dərman həkimin özüdür, 
onun xəstəyə müalicə yazmaq manerası, hətta dərmanın təyin olunduğu və qəbul edil-
diyi atmosferdir.” Pasiyentin həkimlə söhbətində onu əhatə edən maddi mühit də əhə-
miyyətlidir: mebel, işıqlanma, kabinetin quruluşu, həkimin xarici görünüşü. Çox bəzək- 
düzəkli ekstravaqant geyim ya da səliqəsiz paltar pasiyenti həkimdən uzaqlaşdırır. 
Xəstə ilə söhbət zamanı nə isə yazan və telefonla danışan həkimə də xəstə o qədər 
etibar etmir. Stolun üstündə çoxlu kağızın olması həkimin aşağı kvalifikasiyalı, boş stol 
isə həkimin işsizliyi təəssüratını yarada bilər.
Xəstə ilə xeyirxahcasına,həssaslıqla davranmaq lazımdır. Xəstə ilə ünsiyyət zama-
nı söhbəti lazımi məcraya yönəltməyi bacarmalıdır. Əvvəlcə xəstəyə öz problemlərini 
deməyə imkan yaratmaq, sonra isə xəstənin vəziyyətinə dair konkret suallara keçmək 
lazımdır. Söhbətin sonunda məsləhətlər aydın və dəqiq olmalıdır.

Yüklə 18,24 Mb.

Dostları ilə paylaş:
1   ...   51   52   53   54   55   56   57   58   ...   446




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin